ARB TV-nin “SözBaz” verilişinin növbəti müsahibi aktrisa Oksana Rəsulova olub.

Qanunla.Az xəbər verir ki, aktrisa atası ilə olan münasibətindən söhbət açıb:

“Qızların atalarının yanında nəsə deməyə haqqı yoxdur. Çünki, ata başqa şeydir. Atamla nə qədər dost, sirdaş olsam da aramızda pərdə var. İndiyə qədər atamın yanında şortikdə, mini yupkada gəzməmişəm. Atam çox gülərüz, pozitiv, danışıb-gülən insandır. Həyatım boyu onun yanında ayağımı qaldırıb oturmamışam. O sərhəddi biz hər zaman saxlamışıq. Ailə həyatım uğursuz alınanda belə valideyinlərimdən dəstək gördüm”.