image-qanunla-reklam
image-eliyev-musahibe

ATƏT-in Minsk qrupu ləğv olunmalıdır

image-lady-day-az

ATƏT-in Minsk qrupu ləğv olunmalıdır.

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq”, – deyən dövlət başçısı bundan sonra da belə olacağına əminliyini ifadə edib. O deyib ki, əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik.

Dövlət başçısı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir: “Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq”.

Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlət başçısı qeyd etdi ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru

 

 

COP29 çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik.

Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda çox güclü mövqelərə sahib çıxmış,  nəticədə dünya ölkələri böyük etimad göstərərək, COP29 beynəlxalq konfransın Azərbaycanda keçirilməsi barədə səs vermişlər. Bu qərarın antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunması bir daha dünya ictimaiyyətinin ölkəmizə olan dəstəyinin ifadəsidir. Şübhəsiz ki, COP29 beynəlxalq konfrası yüksək səviyyədə keçirilmiş, dünya ictimaiyyəti ölkəmizin və xalqımızın növbəti uğuruna şahidlik etmişdir.

Bu tədbir vasitəsilə dünyanın hər yerindən insanlar bir araya gələrək problemin həll yollarını müzakirə edir, yeni təklif və təşəbbüslər irəli sürürlər. Konfransa gələn dövlət, hökumət nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri, elm, sənət adamları və ekspertlər birgə fəaliyyət göstərərək bəşəri problemə çevrilən təhlükənin həlli istiqamətində yollar axtarırlar. Azərbaycanda keçirilən bu tədbir qlobal səviyyədə müsbət nümunəyə çevrilib.

Cənab Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində qeyd etmişdir: “Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi… Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik. Yəni, bildiyimə görə, bu konfransın keçirildiyi bütün vaxt ərzində təşkilatçılıqla bağlı on şikayət olub, amma onlar operativ şəkildə nizamlanıb və belə demək mümkündürsə, bütün qonaqlar razı qalıb”.

Hikmət Novruzov – Zərdab rayonu Alıcanlı kənd ümumi orta məktəbin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki