image-qanunla-reklam
image-1623409638_1460294503

ATƏT PA-nın Büro iclası keçirilib

image-lady-day-az
İyunun 10-da ATƏT Parlament Assambleyası (ATƏT PA) Bürosunun onlayn iclası olub. İclas çərçivəsində gələn ay ATƏT PA-nın illik sessiyasının keçirilməsi ilə bağlı  məsələlər müzakirə edilib.
ATƏT PA-nın prezidenti Lord Piter Bouness Büro iclasını açaraq sözü qurumun Baş katibi Roberto Montellaya verib. R.Montella ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik, eləcə də İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, həmçinin Demokratiya, insan hüquqları və humanitar suallar komitələrinin iclaslarının tam olaraq onlayn formatda, 05 iyul tarixində daimi komitənin və 06 iyul tarixində isə plenar iclasın hibrid formatda keçirilməsini təklif edib.
Büro üzvləri iclasların keçirilmə qaydası ilə bağlı Baş katibin səsləndirdiyi təklifə müsbət yanaşdıqlarını bildirərək illik sessiyanın formatını təsdiq ediblər.
ATƏT PA-nın vitse-prezidenti və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev görüşün gündəliyindəki məsələlərə münasibət bildirib, müzakirə edilən sənədlərə təklif və tövsiyələrini səsləndirib. Azay Quliyev çıxışında 04 iyun tarixində 2 nəfəri jurnalist olmaqla 3 nəfərin minaya düşərək həlak olmasını toplantı iştirakçılarının diqqətinə çatdırıb. Bu günə qədər 140 azərbaycanlının minalardan ciddi xəsarət aldığını, 27 nəfərin isə həlak olduğunu bildirib. O, Ermənistan tərəfindən minalanmış sahələrin xəritəsinin verilməməsinin beynəlxalq hüququn və 1949-cu il Cenevrə Konvensiyasının ciddi pozuntusu olduğunu vurğulayıb.
İclasda həmçinin ATƏT PA rəsmilərinin onlayn seçkisinin keçirilməsi ilə bağlı məsələlər, eləcə də illik sessiyada komitələr tərəfindən təqdim ediləcək hesabatların ilkin layihəsi müzakirə edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki