Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyuna start verilib.
Qanunla.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da Avstriya – Fransa matçı başlayıb.
Görüşü ispan Xesus Gil Manzano idarə edir.
***
38-ci dəqiqədə avtoqol sayəsində Fransa millisi irəli çıxıb: 0 – 1.
***
Görüşün taleyini bir qol həll edib. Maksimilian Vöberin 38-ci dəqiqədə avtoqolu fransızlara qələbə qazandırıb.