Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçiriləcək.
Qanunla.Az-ın məlumatına görə, Çempionlar Liqasında mübarizəni dayandıran Türkiyə “Qalatasaray”ı qitənin ikinci dərəcəli klub turnirində ilk sınağına çıxacaq. İstanbul təmsilçisi evdə Şotlandiya “Sent Conston”unu sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Şotlandiyanın digər təmsilçisi “Seltik” isə Çexiyada “Yablonets”lə üz-üzə gələcək. Kipr klublarından “Omoniya” evdə Estoniya “Flora”sı, “Anortosis” isə Avstriyada “Rapid”lə münasibətlərinə aydınlıq gətirəcək.
Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
18:00. “Kayrat” (Qazaxıstan) – “Alaşkert” (Ermənistan)
19:45. “Yablonets” (Çexiya) – “Seltik” (Şotlandiya)
20:00. “Linkoln” (Cəbəllütariq) – “Slovan” (Bratislava, Slovakiya)
20:00. “Omoniya” (Kipr) – “Flora” (Estoniya)
22:00. “Qalatasaray” (Türkiyə) – “Sent Conston” (Şotlandiya)
22:00. “Mura” (Sloveniya) – “Jalgiris” (Vilnüs, Litva)
22:30. “Rapid” (Vyana, Avstriya) – “Anortosis” (Kipr)
Qeyd edək ki, III raundun cavab oyunları avqustun 12-də oynanılacaq.