image-qanunla-reklam
image-mancester-roma

Avropa Liqasında finalçılar bəlli oldu

image-lady-day-az

UEFA Avropa Liqasında finalçılar bəlli olub.

Qanunla.Az xəbər verir ki, yarımfinalın cavab görüşlərindən sonra İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Vilyarreal” klubları finala vəsiqə qazanıblar.

“Qırmızı şeytanlar” İtaliyanın “Roma” klubunu mübarizədən kənarlaşdırıb. İlk matçda 6:2 hesablı qələbə qazanan Mançester təmsilçisi cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, adını finala yazdırıb.

“Vilyarreal” isə 2 oyunun nəticəsinə əsasən, İngiltərə “Arsenal”ından güclü olub. İspaniyada rəqibinə 2:1 hesabı ilə qalib gələn “Vilyareal” Londonda qolsuz bərabərliyə nail olaraq, finala adlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki