image-qanunla-reklam
image-cingiz

“Avropa Məhkəməsini minalanmış ərazilərin xəritələrinin verilməməsi ilə bağlı məsələyə müdaxilə etməyə çağırırıq”

image-lady-day-az

“Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinasının heç bir strateji, hüquqi və ya mənəvi əsasları yoxdur və yeganə məqsəd bölgədə Azərbaycan əhalisinin həyatına qəsd etməkdir”.

Qanunla.Az-ın  məlumatına görə, bu sözləri Ali Məhkəmənin sədr müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib. O bildirib ki, Ermənistanın hərəkətləri azad olunmuş torpaqlarda yaşayan ermənilərin həyatını təhlükə altına qoyur.

“Biz bir daha Ermənistandan minalanmış ərazilərin xəritələrini və digər müvafiq məlumatları təqdim etməklə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edirik. Ermənistanın bu vəziyyəti davam etdirməsi nəzərə alınaraq Avropa Məhkəməsini müdaxilə etməyə çağırırıq”, – deyə Ç.Əsgərov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) dövlətlərarası şikayət göndərib. Bu müraciət Ermənistana qarşı ikinci dövlətlərarası şikayət olmaqla bu ölkəyə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməsi istiqamətində təzyiqi artıracaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki