image-970_50
image-putin_merkel

Avropa “Putini başa düşən” bir siyasətçini itirir

image-728_90

Almaniya kansleri Angela Merkel 2014-cü ildə Ukraynada yaranmış böhran səbəbindən Moskvaya qarşı sanksiyaların hər zaman güclü tərəfdarı olub. Bununla yanaşı, Almaniya və Avropa onun gedişi ilə Rusiya və Prezident Vladimir Putini başa düşən, eyni zamanda çətin problemlərin dialoq yolu ilə həll edilməli olduğuna inanan bir siyasətçini itirəcək.

Qanunla.Az xəbər verir ki, bunu “Nəşnl İnterest” nəşrinin yazarı Torrey Taussiq qeyd edib.

Yazar vurğulayıb ki, Vaşinqton və Kiyev Merkeli Ukraynadan yan keçən qaz boru kəmərinə görə sərt tənqid ediblər:

“Almaniyada sentyabr seçkiləri ərəfəsində ölkənin əsas siyasi partiyaları Rusiyaya qarşı fərqli yanaşmalar təqdim ediblər. Yaşıllar fraksiyasının nümayəndəsi Annalena Berbok iqtidara gələrsə, Şimal Axını-2-ni bloklaya və Moskva və Pekinə qarşı çıxa bilər. Müşahidəçilərin fikrincə, bu mövqe Vaşinqtonda da rezonans doğurur”.

T.Taussiq bildirib ki, Armin Lasçet qələbə qazanarsa, Almaniya-Rusiya münasibətləri hər şeydən əvvəl iqtisadi maraqlarla şərtlənəcək və geosiyasət arxa plana çəkiləcək.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki