image-qanunla-reklam
image-avropa-parlamenti

Avropa silkələnir, bütün siyasi elita dəyişir – Nə baş verir?

image-lady-day-az

Avropa Parlamentinə başa çatan seçkilər sağ və millətçi siyasi qüvvələrin böyük üstünlüyü ilə keçdi. Demək olar ki, bütün ölkələrdə sağ/millətçi/mühafizəkarlar yaxşı nəticə göstərdilər.

Qanunla.Az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, əslində bu, gözlənilən nəticədir:

“Bu trend “antielita” hərəkatı kimi 10-15 il əvvəl başlamışdı, amma son 5 ildə yaşananlar seçicini boğaza yığdı, Qərbin inkişafına səbəb olan bütün trendləri, təməlləri yıxdılar, Qərb “sovetləşməyə” başladı.

Cinayətkarcasına aparılan “pandemiya” sürəci, çox vacib, insanlıq üçün həyati əhəmiyyəti olan ekoloji problemlərin həlli yerinə “iqlim dəyişikliyi” adı altında insanların axmaq yerinə qoyulması, söz azadlığının “politkorrekt” donu altında boğulması – yəni kollektiv “liboşizim” siyasəti insanları bezdirdi.

Qərbdə seçki institutu var deyə, vətəndaş bu səhvləri düzəltməyə çalışır, etiraz edir, çürümüş elitanı dəyişmək istəyir. AB seçkilərindən sonra ölkələrin öz milli seçkilərində də sağ/millətçi/mühafizəkarlar qalib gəlməyə başlayacaqlar, zatən bir neçə ölkədə artıq qalib gəliblər.

Beləliklə, 30 ildir əsl liberalizmi təhdid edən, onu sıradan çıxardan “liboşizm” məğlub olacaq – insan azadlığını, orta sinfi boğmaq olmaz, indi bir neçə il sağ/millətçi/mühafizəkar dalğa “liboşizm”in fəsadlarını aradan qaldıracaq, amma onlar da aşırı uca yuvarlanacaqlar, sonra yenidən əsl liberal dalğa gələrək onları cəzalandıracaq, beləliklə, siyasətdə “saat kəfkiri” qaydası işləməyə başlayacaq. Son 30 ildə bu qayda işləmirdi deyə, fəsadlarlar böyüdü, artdı, indi əsl Qərb ayarlarına dönmək vaxtıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki