Avropada qazın qiyməti ticarətin sessiyasının sonunda hər min kubmetr üçün 950 ABŞ dollardan yuxarı səviyyədə müəyyən edilib.
Belə ki, Niderlandın TTF qovşağında dekabr fyuçerslərinin qiyməti günün sonuna kimi hər min kubmetr üçün təxminən 952,5 dollara yüksəlib.
Gündəlik ümumi qiymət artımı 17,5% təşkil edib.
Qeyd edək ki, ticarət sessiyasının əvvəlində qiymət 960 ABŞ dolları olub.