image-qanunla-reklam
image-74522a7f-b7c6-3d43-a150-d15f0e5d874e_850

Avstriya Prezidenti: “Hökumət böhranı bitib”

image-lady-day-az

Avstriya kansleri Sebastyan Kurtsun istefa verməsi ilə əlaqədar hökumət böhranı sona çatıb. Avstriya Prezidenti Aleksander Van der Bellen bildirib ki, hökumət bazar ertəsindən etibarən yeni kanslerlə işləməyə davam edəcək.

Bu barədə Qanunla.az TASS-a istinadən xəbər verir.

“Bu hökumət böhranı bitdi. Sabah yeni kansler və yeni xarici işlər nazirinin andiçməsini qəbul edəcəm. Ölkəmiz üçün işlər davam edə bilər”, – Van der Bellen deyib.

O, həmçinin kansler vəzifəsindən ayrılmaq qərarına görə Kurtsa təşəkkür edib. “Hökumətin yenidən qurulması başa çatıb və indi inamı bərpa edərək işi davam etdirməliyik”, – prezident qeyd edib.

Van der Bellenin sözlərinə görə, yeni kansler və vitse-kansler əməkdaşlıq etmək istəyir. “Hər ikisi məni əmin etdilər ki, bizim vətənimizin maraqları naminə hökumətin sabit əməkdaşlığı üçün etibarlı əsas var. İndi hər ikisi buna görə məsuliyyət daşıyır”, – o deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki