image-qanunla-reklam
image-1639459445-4397914

Avtobusda sərnişin huşunu itirdi, sürücü onu xəstəxanaya çatdırdı

image-lady-day-az

Avtobus marşrutu dəyişərək sərnişini təcili xəstəxanaya çatdırıb.

Qanunla.Az-ın məlumatına görə, hadisə Mingəçevir şəhərinin əsas marşrut xətlərindən birində hərəkət edən avtobusda qeydə alınıb. Kimliyi hələlik məlum olmayan, təxminən 40-45 yaşlı qadın qəfildən huşunu itirib.

Avtobus sürücüsü təcili yardım xidmətini gözləmədən dərhal marşrutu dəyişərək huşsuz vəziyyətdə olan sərnişini xəstəxanaya çatdırıb.

Qadının şəhərdəki Kəlbəcər rayon məktəbində müəllimə işlədiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki