image-970_50
image-5d4fa824-5bea-3d0e-9386-dc9465a04a11_850

Avtomobil Yolları Dövlət Agentliyi elektronlaşma sahəsində islahat aparacaq

image-suni_mayalanma_qiymeti

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun sədrliyi və qurumun rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilib.

Məlumata görə, müşavirədə bu il agentliyin yol infrastrukturunun yenilənməsi və müasirləşməsi istiqamətində, xüsusən də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edib yekunlaşdırdığı və davam etdirdiyi layihələr barədə məlumat verilib.

Həmçinin 2022-ci ilin iş planına əsasən qarşıda duran vəzifələr, ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun konsepsiyanın hazırlanması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Belə ki, agentliyin fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə S.Məmmədov əmr imzalayıb. Müşavirədə əmrin icrası ilə bağlı rəhbər şəxslərə tapşırıqlar verilib.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki