image-qanunla-reklam
image-1606555364-ogurluq-kondis8

Axtarışda olan şəxs mağazadan oğurluq etdi

image-lady-day-az

Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Qanunla.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Z.Əliyeva küçəsindəki mağazalardan birinin kassasından 2300 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Məmmədzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülüb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması, həmçinin Bakı şəhər sakinləri olan iki qadına qarşı dələduzluq edərək birinin 500, digərinin isə 980 manat pullarını alması da müəyyən edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki