image-qanunla-reklam
image-1617883384_7898421f-14b0-4f67-8aeb-4cfc8ae21593-1

Ayasofyanın baş imamı vəzifəsindən istefa verdi – SƏBƏB…

image-lady-day-az
Buna səbəb Ayasofyanın muzey statusunun ləğv edilərək məscidə çevrilməsi olub.
Qanunla.Az xəbər verir ki, Ayasofyanın baş imamı professor Məhmət Boynuqalın 6 aprel tarixindən etibarən vəzifəsindən istefa verdiyini bildirib.
M.Boynuqalın açıqlamasında akademik və elmi işlərə vaxt ayırmaq istədiyi üçün işindən ayrıldığını deyib. Daha əvvəl İstanbul Konvensiyası və iqtisadiyyatla bağlı şərhləri ilə gündəmə gələn Boynuqalın, istefası ilə əlaqədar yazılan şərhlərin haqlı olduğunu söyləyib:
“Qərarımı verməyimin digər səbəbi, milli iradəyə qarşı ehtiyatsızlıqla yayımlanan məlum bəyannamə ilə bağlı şərhlərdə yalan və yalnış müqayisələr edərək “Ayasofya İmamı danışır və biz niyə danışmırıq” deyənlərə meydan verməkdir. Boynuqalın  açıqlamasında Dini İşlər Müdirliyinin tələbi ilə Ayasofyadakı vəzifəsinə təyin olunduğunu bildirib.
Ayasofya 24 iyul 2020-ci il tarixli qərarla məscid statusu alıb və Məhmət Boynuqalın  isə baş imam təyin edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki