image-qanunla-reklam
image-9c80f0ca-c28e-3357-b937-a8f4c1854343_850

Azad edilən ərazilərdə 100 hektara yaxın sahədə ağac əkiləcək

image-lady-day-az

“Yaşıl marafon çərçivəsində ərazisində Bakı və Abşeron yarımadası da daxil olmaqla ümumilikdə 400 minə yaxın ağac əkilib və payız-qış mövsümündə daha 800 min ağacın əkilməsi nəzərdə tutulub. Xocahəsən, Müşfiqabad qəsəbəsində, Bakı-Sumqayıt yolunun üzərində, şimal qərb, şimal və cənub istiqamətindəki yolların üzərində və digər ərazilərdə boş sahələrdə ağacların əkilməsi nəzərdə tutulub. Bundan başqa meşə-bərpa işləri həyata keçiriləcək və seyrəkləşmiş ərazilər ağaclarla doldurulacaq”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 100 hektara yaxın sahədə ağac əkilməsi nəzərdə tutulub: “32 hektar Zəngilan, 40 hektar Cəbrayıl, 20 hektar türkiyəli qardaşlarımızla salınacaq dostluq parkında, 10 hektar Ağdamda və digər ərazilərdə ağaclar əkiləcək. Nəzərdə tutulmuş ərazinin 60 hektarında bu payız əkin mövsümündə əkiləcək. İşğaldan azad edilmiş ərazilərdə hara giriş imkanımız var, həmin ərazilərdə bu işləri həyata keçiririk”.

V. Kərimov bildirib ki, bütün tinglər nazirliyin ting təsərrüfatlarında yetişdirilib və meşələrə uyğun növlər seçilir: “Abşeronda həmişəyaşıl ağaclar və həmişəyaşıl meyvə ağacları əkilir. Ən böyük ərazi isə Xocahəsəndədir. 100 hektara yaxın ərazidə artıq ağac əkini tamamlanmaqdadır. Həmkar şirkətlərin də dəstəyindən yararlanırıq. 20 oktyabrdan payız əkin mövsümünə start verilib. Gələn həftədən həm nazirliyin, həm İDEA İctimai Birliyinin və digər dost qurumların iştirakı ilə ağaclar əkiləcək. Noyabrın 1-dən isə Aran rayonlarında əkin işlərinə başlanılacaq. Payız əkinində 800 min, ümumilikdə 1 milyon ağacın əkilməsini planlaşdırırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki