image-qanunla-reklam
image-1598352318_shusha

Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar

image-lady-day-az

Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar.
Ötən bir il ərzində şəhər və kəndlərimizin bərpası ilə bağlı böyük işlər görülüb. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – yüz mindən çox mina basdırılıb. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki bazanın demək olar ki, məhv edilib. Lakin dövlətimizin başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, həyat əhəmiyyətli infrastrukturların, həmçinin içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bu da o deməkdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı müharibədən sonra vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmaları üçün müəyyən edilmiş Dövlət proqramlarını uğurla həyata keçirir. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran əsas vəzifələrdən biridir. Dövlət başçısı Daşkəsənə səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə vurğulayıb ki, biz siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi”. Həmçini dövlət başçısı qeyd edib ki, bu, cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz nəticəsində mümkün olub. Ermənistan bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir. Bu gün xalqımız bu müqəddəs savaşın önündə gedən, Vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir, Prezidentinə, dövlətinə, ordusuna güvənir. Müzəffər Ali Baş Komandanın ətrafında gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, o cümlədən müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yumruq kimi birləşib. Özünü müstəqil dövlət kimi təsdiq edən güclü Azərbaycanın vətəndaşları olmaqdan qürur hissi keçirən bugünkü gənc nəsil də quruculuq və bərpa işlərinə böyük töhfələr vermək iqtidarındadır. Əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində olduğu kimi, bərpa və quruculuq işlərindəki əsas yükü və vəzifəni də gənc nəsil layiqincə yerinə yetirəcək. Az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər o cümlədən Kəlbəcər də Laçın da dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Qarabağ dünyanın Cənnət məkanına çevriləcək.
Səmədağa Məmmədov,
Saatlı rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki