image-qanunla-reklam
image-berpandjbjbvbdknnnjkndnknkd

Azad edilmiş ərazilərdə fəal şəkildə bərpa işləri aparılır

image-lady-day-az

Azad edilmiş ərazilərdə fəal şəkildə bərpa işləri aparılır.
İkinci Qarabağ müharibəsindən Azərbaycanın qələbəsi ilə bitməsi birinci Qarabağ müharibəsinin nə qədər səriştəsiz olduğu barədə xəbər verir.Bizim xalqımız hər zaman qəhrəman xalq olsada Birinci Qarabağ müharibəsində hakimiyyət səriştəsizliyi və hakimiyyət uğrunda gedən mübarizə məhz mənfur düşmənlərimiizin bizim torpaqlarımızı işğal etməyə şərait yaratmışdı.Nəhayət ikinci Qarabağ müharibəsi zamanı qəhrəman xalq və əvəz olunmaz dövlət liderimiz İlham Əliyev cənabları sayəsində torpaqlarımız geri qaytarıldı lakin mənfur düşmən bizim torpaqlarımızı 30 ilə yaxın bir vaxt ərzində talan etmiş və viran qoymuşdu.
Bu viran qalmış torpaqlarıda yenidən bərpa etmək heç də asand iş deyil.Bu torpaqları yenidən bərpa etmək üçün yeni bir mübarizə yeni bir başlanğıc lazımdır.Lakin hər bir öhdəliyini layiqincə yerinə yetirən cənab İlham Əliyev bu öhdəliyidə layiqincə yerini yetirməyə başlayıb.İşğaldan azad olunmuş torpaqlarda müasir infrastruktur layihələri həyata keçirir.İşğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərimiz tarixi mədəni dini abidələrimiz artıq bərpa olmağa başlanıb.Tez bir zamanda geri qayıtmaq istəyən yerli əhalinin təhlükəsizliyini qorumaq və onların doğma yurdlarından dayanıqlı etmək üçün lazımi şərait yaradılıb.Elektrik enerjisi təbii qaz,su,rabitə,yol,təhsil,səhiyə, mədəniyyət, mənzil,komunal və digər zəruri infrastrukturların yenidən qurulması yaşayış evlərinin tikintisi və.s məqsədilə azad olunmuş ərazilərin bərpası praqramına 2021-ci ilin dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılıb.Prezident İlham Əliyev MDB dövlət başçıları şurasının iclasında çıxışı zamanı Azərbaycan dövlətinin Qarabağın yenidən qurma və bərpa prosesinə yerli mütəxəssislərin cəlb olunması ilə yanaşı xarici investorlarla Türkiyə,Pakistan,İsrail,İran,İtalya, Böyük Britaniya və.s  ölkələrlə əməkdaşlıq etmək niyyətini bildirib ilk öncə Türkiyə şirkəti ilə bağlana dostluq münasibətləri daha sonra azad olunmuş torpaqlarda infrastruktu genişləndirmək üçün İtaliya şirkəti ilə bağlamaq planlaşdırılır.İşğal olunmuş ərazilərdə ən vacib məsələlərindən biridə elektrik enerjisinin təmin olunmasıdır.Bu elektrik enerjisinin infrastrukturu artıq bitmək üzrədir Qarabağın elektrik enerjisi zəncirinin əsas hissələrini təşkil edən 8 meqavat gücə malik Güləbird  Su elektrik stansiyası Şuşa,Füzuli və Şükürbəyli yarımstansiyaların açılışı bu ilin sonuna qədər azad edilmiş ərazilərdə bütün elektrik enerjisi infrastrukturunun vurulmasının qurulmasının yekunlaşacağına əsas verir daha sonra ağıllı şəbəkə konsepsiyası çərçivəsində izolyasiyalı kabel sistemi tətbiq edirki,bu hətda qeyri- sabit hava şəraitində belə əhalinin elektrik enerjisi ilə təmin edilməsinə imkan verəcək.
Laçında,Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib,artıq onlar enerji verir.Bir neçə yardımçı stansiya tikilib.Bütün istiqamətlərdə yollar çəkilir.Şuşaya zəfər yolu həmçinin Füzuli,Şuşa,ikinci magistral avtomobil yolu çəkilir bu yol daha qısa olacaq.Zəngilanda,Qubadlıda Ermənistan sərhədinə qədər yollar Göygöldən Kəlbəcərə tunel yolu çəkilir ilkin infrastruktur layihələrinin icrasında Əhmədbəyli,Alxanlı,Füzuli,Şuşa yolu Toğanalı,Kəlbəcər yolu eyni zamanda Horadizdən Zəngilana,Qubadlıya və Laçın rayonuna qədər yol çəkilişi Horadiz,Füzuli və Füzul iŞuşa dəmir yolunun tikintisi,Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla həyata keçirilir.

Vəliyeva Südabə Eminağa qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki