image-qanunla-reklam
image-194317502_806109350091721_6501343250404749227_n

Azad olunmuş ərazilərdə abadlıq quruculuq işləri davam edir

image-lady-day-az

Azad olunmuş ərazilərdə abadlıq quruculuq işləri davam edir

Vətən müharibəsində apardığı haqq işi uğrunda mübarizə nəticəsində xalqımız tarixi bir qələbəyə imza atdı. Mənfur qonşularımız tərəfindən 30 ilə yaxın işğal altında qalan dədə-baba torpaqlarımız düşmən tapdağından azad olundu. Kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz yadelli əsarətindən qurtularaq öz əzəli sahiblərinə qovuşdu.
İşğal müddətində düşmən bu torpaqlardakı bütün infrastrukturu dağıdıb, bütün şəhərlərimiz demək olar ki, yerlə yeksan edilmiş, maddi-mədəni abidələrimiz təhqir olunmuş, milli-mənəvi dəyərlərimizin göstəricisi olan tikintilər xarabazarlığa çevrilmişdir. Bütün bunlar bir daha düşmənin necə vandal, vəhşi bir xalq olduğunun göstəricisidir.
Lakin dövlət başçısının xüsusi tapşırıq və sərəncamlarına əsasən işğaldan azad olunmuş bütün torpaqlarımızda genişmiqyaslı quruculuq, abadlıq işlərinə start verilmişdir. Artıq bu istiqamətdə xeyli işlər görülmüşdür. Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız vətəndaşların öz doğma yurd-yuvalarına qayıtması üçün müəyyən edilmiş Dövlət proqramını uğurla həyata keçirir.
Bu tədbirlərin davamı kimi Ağdam şəhərində həyata keçirilən layihələri xüsusi qeyd etmək lazımdır. Müharibənin ən acı mənzərəsini özündə əks etdirən bu şəhər demək olar ki, erməni vandalizminin ən bariz nümunəsidir.
Bu şəhərdə Böyük Qayıdışın izlərin əks etdirmək, onun əvvəlki simasını, gözəlliyini və məşhurluğunu geri qaytarmaq məqsədi ilə abadlıq, tikinti-quruculuq işlərinə başlanılmışdır. Rayonda iqtisadi-siyasi cəhətdən əhəmiyyətli obyektlərin açılması, məktəb binalarının tikintisi, dəmir yolu, avtomobil yollarının çəkilməsi, böyük meşə sahəsinin salınması və bir çox əhəmiyyətli işlərin görülməsi nəzərdə tutulmuşdur.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Münaqişənin həllində sülh və diplomatik üsullara sadiq qalan Azərbaycan ona qarşı 30 il ərzində tətbiq olunan ikili standartlar siyasəti ilə qarşılaşdı

Torpaqlarımızın bir hissəsi uzun müddət erməni təcavüzünə məruz qalmasına, xalqımızın başına görünməmiş müsibətlər gətirilməsinə baxmayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə sülhə sadiq qalıb və münasibətlərin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olub. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan qətnamələrinin icra olunması ilə bağlı möhtərəm Prezidentimiz dəfələrlə müxtəlif beynəlxalq tribunalarda, beynəlxalq qurumlar çərçivəsində məsələ qaldırsa da, dünya ictimaiyyəti tərəfindən bu ədalət bərpa olunmadı. Baxmayaraq ki, Azərbaycan tərəfi hər zaman sülh danışıqları variantında iştirak edirdi, eyni zamanda ölkədə ordu quruculuğu da paralel şəkildə ən yüksək səviyyədə aparılırdı. Buna paralel olaraq zaman-zaman Ermənistan tərəfi həm qoşunların təmas xəttində, həm də Azərbaycanın dövlət sərhədində də müəyyən təxribatlardan əl çəkmirdi. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimizi və yaşayış məntəqələrimizi güclü artilleriya atəşinə məruz qoymaqla işğalçılıq siyasətlərini davam etdirdiklərini bir daha ortaya qoymuş oldular. Ermənilərin bu təxribatları təbii ki, cavabsız qalmadı və qısa müddətdə Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. 2020-ci ilin iyul ayında erməni tərəfi yenidən hərbi təxribatlara əl ataraq, dövlət sərhədini Tovuz rayonu istiqamətində pozaraq əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdi. Yüksək səviyyədə müasir hərbi texnika ilə təchiz olunmuş Azərbaycan ordusu tərəfindən vurulan zərbə nəticəsində düşmən yerinə oturduruldu. Ermənistan tərəfinin diversiya-kəşfiyyat qrupu 2020-ci ilin avqust ayında da, təmas xəttinin Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd göstərsə də, həmin cəhd də uğursuz nəticələnmişdir. Ermənistanın davamlı olaraq işğalçı siyasətdən əl çəkməyib 2020-ci il sentyabr ayının 27-də atəşkəs rejimini kobud şəkildə pozaraq təxribatlar həyata keçirməsi həmin təxribatların qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlanılmasına və respublika ərazisində hərbi vəziyyətin elan olunmasına səbəb olmuşdur. Bu gün qalib olmasına baxmayaraq Prezidentimiz yenə sülhməramlı çağırışlar edir, Ermənistanı təcavüzdən uzaq olmağa, revanş meyllərdən uzaqlaşmağa, qonşuluq şəraitində dinc yaşamağa dəvət edir. Cənab Prezident İlham Əliyev Ağdam şəhərindəki çıxışında bir daha dünya birliyinin, müxtəlif güclərin, beynəlxalq qurumların Qarabağ münaqişəsi mövcud olduğu dönəmdə – 2020-ci ilin payızınadək, danışıqlar prosesində ikili standartlar tətbiq etmələrinə, ədalətsiz davranışlara diqqət çəkib. Cənab Prezident bir daha bəyan edib ki, ədalətsiz davranışlar, mənasız sülh danışıqları və erməni təxribatları sonda Azərbaycanı əks-hücuma keçib, torpaqlarını azad etmək – müharibə variantına əl atmağa vadar edib.
Azərbaycan Prezidenti qalib, diktə edən tərəf olmasına baxmayaraq yenə də məsələlərə bəşəri dəyərlər, insanlıq mövqeyindən yanaşır, sülhün, əməkdaşlığın təmin olunmasına böyük üstünlük verir. Bunu Ermənistanın hakim dairələri, erməni xalqı, eləcə də təcavüzkarlara dəstək verən ölkələr də dərk etməli və qiymətləndirməlidirlər.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Rəsmi İrəvan 30 ilə yaxın bir müddət ərzində yalnız təxribatlarla məşğul olub

Etnik zəmində, əsasən türklərlə bağlı münasibətdə ermənilərin siyasi ambisiyalarında qeyri-sivil davranışları, məkrli və təxribat dolu siyasi manevrlər tarixin hər dönəmində özünü büruzə verir. Təkcə 1905-ci, 1918-ci və 1992-ci illərdə ermənilərin azərbaycanlılara qarşı Bakı, İrəvan, Tiflis, Xocalı daxil olmaqla, Cənubi Qafqaz bölgəsində törətdiyi soyqırımları xalqımızın qan yaddaşına həkk olunub.
30 ilə yaxın Azərbaycanın torpaqlarını işğalda saxlayan İrəvanın siyasəti münaqişənin dondurulması olub. Ermənistan münaqişənin həllini istəməyib. 10 illiklər ərzində düşmən torpaqlarımızda hərbi hədəflər və əngəllər yaradıb. Məqsəd isə ərazilərin heç bir zaman geri qaytarılmaması olub. Münaqişə ilə bağlı isə beynəlxalq təzyiqlərin yetərli olmaması düşməni daha da həvəsləndirib. Ərazilər azad edildikdən sonra görünən mənzərə odur ki, düşmən münaqişənin həllinin olmaması üçün hər şeyi edib. Onlar nəhəng istehkamlar, müdafiə xətləri tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər.
44 günlük Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi olub. Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Çünki mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətidir. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycanın şəhər və kəndləri ballistik raketlərlə bombalandı. Bütün bunlar bir daha Ermənistan dövlətinin anti-insanı, anti-bəşəri dəyərlərə sahib olduğunun açıq göstəricisidir.
Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən düşmənin bütün təxribatlarına adekvat cavab verilir. Azərbaycan xalqı müzəffər xalq kimi, qürur hissi ilə yaşayır. Bizim uğurlarımızın əsasını güclü dövlətimizin olması və dövlətimizin apardığı müstəqil siyasət təşkil edir. Görülən tədbirlər nəticəsində işğaldan azad edilmiş bütün ərazilərimiz bərpa ediləcək. Biz əminik ki, cənab Prezidentimizin Ağdam şəhərinə səfəri zamanı da qeyd etdiyi kimi, tezliklə doğma Ağdam bərpa ediləcək, vətəndaşlarımız ora qayıdacaq və biz gözəl diyarımız olan Qarabağ torpağında əbədi yaşayacağıq.

Şahnaz Mustafayeva – Tarix diyarşünaslıq muzeyinin direktoru

 

Uğurlarımızın əsasında güclü dövlət və müstəqil siyasət dayanır

30 illik müstəqillik tarixi olan Azərbaycan bu gün inkişaf və tərəqqi dövrünü yaşayır. Hazırda müstəqil Azərbaycan möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət aparır, ölkəmiz xarici siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə əlaqələrini, müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkələri özü müəyyənləşdirir. Çünki dünya bu gün Azərbaycan xalqının və Azərbaycan Prezidentinin nəyə qadir olduğunu bir daha gördü. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi bizim şanlı tariximizdir. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaq, Azərbaycan xalqı müzəffər xalq kimi qürur hissi ilə yaşayacaq. İndi bütün dünya bizim gücümüzü bilir və görür. Azərbaycan güclü dövlətdir və Azərbaycan istər bölgədə istərsə də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsinin sübutudur. Xalqın etimadını qazanan, tarixi şəxsiyyətə çevrilən cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. Beləliklə, əldə edilən nailiyyətlərin əsasında düşünülmüş siyasət dayanır. Dövlət başçısının məqsədyönlü siyasi-diplomatik fəaliyyəti Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsinə, qəbul etdiyi strateji proqramlar Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə yönəldilmişdir və bu fəaliyyət Azərbaycanı daha işıqlı sabahlara aparır.
Ölkə prezidenti cənab İlham Əliyevin Ağdam şəhərinə səfəri, təmas bölgəsində, ön xətdə bir sıra açılışlar etməsi çox müsbət haldır. Ölkə başçısının Ağdama səfəri düşmənə növbəti ismarıcdır. Bu mesajın arxasında bizim hər zaman Dağlıq Qarabağı işğaldan azad etmək əzmimiz dayanır.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Azərbaycan yeni reallıq yaratdı,Ermənistanın kapitulyasiyası oldu

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi, işğal altında olan torpaqlarımız azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.
Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməzdir.
30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu. Ölkə Prezidenti cənab İlham Əliyev isə yeni reallıq yaratdı. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Bu gün Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də ermənilərin əsl simasını ortaya qoydu

Dünya erməni vəhşiliyinin ölçüyəgəlməz dərəcəyə yüksəlməsinin fərqindədir. Azərbaycanın mədəni irsinə qarşı erməni barbarlığının bir adı var ki, o da vandalizmdir. Amma çox təəssüflər olsun ki, yenə də ermənilərin bu vandalizm əməllərinə göz yummaqda davam edir. Bu günümüzün real mənzərəsi budur ki, Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində Azərbaycan 30 il o kor gözləri, kar qulaqları açdı, işğalçı Ermənistanı çökdürməklə ona havadarlıq edən dövlətlərə tarix, hüquq və hərb dərsi keçdik. Ermənilər işğaldan azad edilmiş ərazilərimizi tərk edərkən özləri ilə apara bilmədikləri hər şeyi yandırır, məhv edirdilər. Müharibənin davam etdiyi günlərdə də təqdim olunan videogörüntülərdən onların bizim tarixi torpaqlarımızda bütün tikililəri tamamilə dağıtdıqlarını görərkən, hər kəs onların vandalizm hərəkətlərini pisləməklə yanaşı, bir daha bu reallığın şahidi oldu ki, 90-cı illərin əvvəllərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyindən, idarəçilik təcrübələrinin yoxluğundan, ordumuzun zəifliyindən bəhrələnərək torpaqlarımızı işğal edən ermənilər elə ilk anlardan bu ərazilərin tarixi sahibinin Azərbaycan olduğunu bildikləri üçün orada tikinti deyil, dağıntı işləri həyata keçiriblər.
Dövlətimizin başçısı cənab İlham Əliyev bu faktı xüsusi qeyd etmişdir ki, Füzuli şəhərini işğaldan azad edəndə orada bayrağımızı ucaltmaq üçün bircə salamat bina tapa bilmədik. Bu gün Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də ermənilərin əsl simasını ortaya qoydu, Ermənistanın işğalçılığı, vandalizmi həyata keçirdiyi siyasətin əsas xəttinə çevirdiyini təsdiqlədi.
Düşünürük ki, nəhayət, dünyanın 30 ildən sonra açılan gözləri, eşidən qulaqları ədalət meyarının bundan sonra bütün dövlətlərə eyni mexanizm əsasında tətbiq olunmasına yardımçı olacaq. Quldur, cinayətkar və terrorist bir ölkə – Ermənistan beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq.

Abbas Nağıyev-Dəli Quşçu kənd sakini, ağsaqqal

Erməni təxribatları cavabsız qalmadı

1988-ci ildən Dağlıq Qarabağda başlayan erməni separatizmi nəticəsində ərazilərimizi işğal edən erməni qüvvələri ilə 1994-cü ilin mayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan edildi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqlarına başlanıldı. Azərbaycan ərazi bütövlüyünü sülh danışıqları ilə təmin etməyə çalışır, Ermənistan isə status-kvonu saxlamağa, danışıqları sonsuza qədər uzatmağa çalışırdı. Danışıqları uzatmaq üçün tez-tez təxribatlara əl atan Ermənistan həmişə Azərbaycanın sülhməramlı imicinə zərbə vurmaq və onu sülh danışıqlarını pozmaqda günahlandırmağa çalışıb. Təmas xətti boyunca mövqelərimizin atəşə tutulması, erməni rəhbərlərinin Şuşaya səfərləri və təxribatçı bəyanatları buna misaldır. Azərbaycan isə həmişə sülh danışıqlarına beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirmişdir.
2016-cı ilin aprelin 2-də ermənilərin genişmiqyaslı təxribatı, 2020-ci ilin iyul ayında Dağlıq Qarabağ münaqişəsinə aid olmayan Tovuz rayonu istiqamətində dövlət sərhədində törədilən təxribat və nəhayət 2020-ci ilin sentyabrın 27-dəki hücum əməliyyatı Ermənistanın sülh danışıqlarını kobudcasına pozması və beynəlxalq hüquqa hörmətsizliyi kimi qiymətləndirildi. Azərbaycan Ordusu bu təxribatların cavabını 44 günlük müharibədə şanlı qələbə ilə verdi. Qəhrəman Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə BMT-nin qəbul etdiyi Qətnamələri yerinə yetirdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.
Əfsuslar olsun ki, Ermənistan öz təxribatçı əməllərindən bu gün də əl çəkmir. Lakin biz əminik ki, bu təxribatlar nəticəsində bizim üçün hər hansı bir təhlükə yaranarsa, Ali Baş Komandanımızın başçılığı altında müzəffər ordumuz tərəfindən düşmən tamamilə məhv ediləcəkdir.

Hüseyn Həsənov – Zərdab şəhər sakini, ağsaqqal

 

Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi

Ordu quruculuğu kimi geniş, əhatəli bir prosesi şərtləndirən amillərin hər birinə ayrılıqda və vəhdətdə xüsusi  diqqət yetirilir. Ordunun döyüş qabiliyyətinin artırılmasında taktiki təlimlərin olduqca böyük əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiqlədi ki, ordumuz güclüdür, Ali Baş Komandanın ordu quruculuğu sahəsindəki uzaqgörənliyi xalq olaraq qələbəmizi təmin etdi. Belə ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Ermənistanın imzaladığı kapitulyasiya aktında öz əksini tapan müddəalar möhtəşəm qələbəmizin təqdimatıdır. 30 il düşmən tapdağında olan torpaqlarımız öz tarixi sahiblərinə qayıdıb.
Ali Baş Komandanımız 44 günlük müharibə dövründəki və şanlı qələbəmizdən sonrakı bütün müsahibə və müraciətlərində beynəlxalq ictimaiyyətin rəyinə böyük hörmət və ehtiramla yanaşdığını söyləyir və Azərbaycanın haqq işinin hamı tərəfindən dəstəklənəcəyinə inandığını bildirirdi. Bu inamın nəticəsi artıq göz qabağındadır. Təkcə türkdilli ölkələr, yaxın qonşularımız, müsəlman dövlətləri deyil, az qala dünyanın bütün ölkələri Azərbaycanın qələbəsini alqışlayır, son 30 ildə ərazilərimizin 20 faizini viranəyə çevirmiş terrorçu, təxribatçı, oğru, qarətçi, vəhşi xislətli düşmənlərimizi lənətləyirlər. Nəinki bu gün, bütün yüzilliklər boyu çoxəsrlik tariximizin bu şanlı səhifəsi daim qürur hissi ilə xatırlanacaq və qeyd ediləcəkdir.

Elnur Məmmədov – Çallı kənd sakini, fəal gənc

 

Azərbaycan əsgəri Vətənimizin hər qarış torpağı uğrunda canından keçməyə hazırdır

Azərbaycan hərbçiləri ardıcıl olaraq NATO və digər ölkələrin hərbi əməkdaşlıq planlarına əsasən keçirilən tədbirlərdə fəal iştirak edirlər. Ən müasir silahı da idarə edən insan beynidir, – deyimi də sübut edir ki, hərbi qulluqçular müasir silah və texnikaların istifadə qaydalarını mükəmməl mənimsəməyə borcludurlar” – fikri Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsini xarakterizə edir.
Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinin, zabit-əsgər heyətinin yüksək hərbi hazırlığa və vətənpərvərlik əhval-ruhiyyəsinə malik olmasının nəticələri özünü Vətən müharibəsində parlaq şəkildə göstərdi. Şanlı Ordumuz Azərbaycanın işğal olunmuş ərazilərini erməni qəsbkarından azad etdi. Bu qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirdi.
Ali Baş Komandan cənab İlham Əliyevin müdrikliyi, Milli Ordumuzun müasir tələblərə tam cavab verən silahlarla təchiz olunması, yüksək mənəvi-psixoloji hazırlığı, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş möhtəşəm qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Xalqımız bu şanlı qələbəni böyük səbirsizliklə gözləyirdi və hər birimiz üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması sübut etdi ki, Azərbaycan əsgəri Vətənimizin hər qarış torpağı uğrunda canından keçməyə hazırdır. Özüm də vətən müharibəsi iştirakçısı olaraq Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi qazandığımız qələbə ilə fəxr edirəm və hazırda azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri ilə qürur hissi duyuram.

Bəhruz Mustafayev – Vətən müharibəsi iştirakçısı

 

Artıq bütün dünya Azərbaycanın gücünü gördü

Hər zaman qeyd edildiyi kimi, düzgün qurulan siyasət, möhkəm təməl ölkəni daim inkişafa aparar. 44 gün  davam edən və noyabrın 10-da Azərbaycanın siyasi Qələbəsi ilə  başa çatan Vətən müharibəsi xalqımızın 30 illik  torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanda illərdir güclü dövlət quruculuğu istiqamətində aparılan strategiyanın və müəyyən hədəflərə hesablanmış  siyasətinin  məntiqi nəticəsi oldu. Bu gün əbəs yerə demirik ki, 44 gündə  bütün dünya ordumuzun gücünə, möhkəm siyasi iradəmizə, xalqımızın sarsılmaz birliyinə, böyük iqtisadi imkanlarımıza və Qələbəmizi şərtləndirən bu kimi digər amillərə şahidlik etdi. Azərbaycan isə öz prinsipial mövqeyi ilə bütün dövrlərdə seçilmişdir. Azərbaycan xalqı  şərəflə yaşayır, Azərbaycan dövləti ləyaqətli siyasət aparır və bu siyasət ümumbəşəri prinsiplər üzərində qurulub və bu da Azərbaycanın 44 günlük müharibə dövründə siyasi Qələbəsini şərtləndirdi. Azərbaycan illərdir gözlədiyi ədaləti bərpa etdi. Dövlətimizin başçısı, Müzəffər  Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, məğrur, yenilməz xalqımızın iradəsi, rəşadətli Ordumuzun gücü, dəmir yumruq kimi birliyimiz, həmrəyliyimiz sayəsində Vətən müharibəsi  Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu qələbə xalqımızın inamını özünə qaytarmaqla yanaşı xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan bu zəfəri həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri bizim hər birimizə sevinc dolu anlar yaşadır. Möhtərəm Prezidentimizin işğaldan azad edilmiş ərazilərə səfərləri, təməlqoyma mərasimlərində iştirakı qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Cavid Məmmədov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki