image-qanunla-reklam
image-1735131609-1121296-ilham

AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində görülmüş təxirəsalınmaz işlər

image-lady-day-az

AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində görülmüş təxirəsalınmaz işlər.

25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb.

Qazaxıstan hökuməti və xalqı bu faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib və dəstək nümayiş etdirib. Qazaxıstanın rəsmi qurumları qəza yerində xilasetmə və tibbi yardım işlərinə fəal şəkildə cəlb olunub, yaralıların müalicəsi və həlak olanların meyitlərinin müəyyən edilməsi istiqamətində işlər aparılıb.

Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayevin verdiyi məlumata görə, təyyarə Qazaxıstan hava məkanına yerli vaxtla 11:00-da daxil olub və 28 dəqiqə sonra hava gəmisi ilə əlaqə itib. Əlaqə kəsilməzdən əvvəl təyyarə hava limanı yaxınlığında iki dəfə dövrə vurub, üçüncüdə isə yerə çırpılıb.

Bu faciə hər iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini bir daha göstərir.

Ölkə başçısı cənab İlham Əliyev təyyarə ilə Sankt-Peterburqa keçiriləcək MDB Zirvə görüşünə uçan zaman qəza barədə məlumat alan kimi dərhal Bakıya qayıtmaq barədə qərar qəbul edib və Bakıda hava limanında operativ müşavirə keçirib. Hələ yolda olarkən Prezidentin göstərişinə əsasən Dövlət Komissiyası yaradılıb və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilib. Dövlət Komissiyasənın üzvləri hadisə yerində qəzanın təfərrüatları ilə yaxından tanış olmaq və zərərçəkmişlərin vəziyyətini yaxından öyrənmək üçün Aktau şəhərinə ezam olunaraq, hadisə yerinə baxış keçirib, Azərbaycan, həmçinin digər ölkələrin zərərçəkən vətəndaşları ilə görüşüblər.

Təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda matəm elan edilib. Həmin gün ölkədəki bütün məscidlərdə və digər dini ibadət yerlərində qəza qurbanlarının xatirəsi yad edilib, dini məqasimlər keçirilib.

Dekabrın 29-da təyyarə qəzasında həlak olan üç ekipaj üzvü – gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb. Qəzada həlak olan sərnişinlər də ölkənin müxtəlif bölgələrində dəfn ediliblər. Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  qəza nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki