image-qanunla-reklam
image-parad-1607492910

Azəbaycan xalqı intiqamını düşməndən döyüş meydanında aldı

image-lady-day-az

Azəbaycan xalqı intiqamını düşməndən döyüş meydanında aldı

Sülh sevər Azərbaycan xalqı əsirlər boyu xalq təsərrüfatının bütün sahələrində əzimkarlıqla çalışmış və ölkəmizin çiçəklənməsi naminə dini quruculuq işləri ilə məşğul olmuşdur. Amma mənfur qonşularımız olan ermənilər ölkəmizin və xalqımızın daima paxıllığını çəkmiş, tarixin ayrı-ayrı dönəmlərində fürsət düşən kimi zərər toxundurmağa cəhd göstərmişdlər. Ötən əsrin 80-ci illərinin sonlarında ermənilərin ölkəmizə və xalqımıza qarşı məkirli niyyətləri daha da fəallaşmışdı.Tarix heç zaman heç nəyi unutmur. 1905-1907 daha sonra 1918-20-ci illər, 1948-1953-cü illərdə xalqımıza qarşı törətdiyi vəhşiliklərin və vurduqları yaraları, qanı qurumamış XX əsrin ən böyük dəhşətli soyqırımını törədərək Xocalıda dinc əhalimizi xüsusi qəddarlıqla qətlə yetirən ermənilər üstəlik torpaq iddialarındanda əl çəkmirdilər. Onların bu haqsız tələblərinə və vəhşiliklərinə dünya ictimaiyyəti, Beynəlxaq təşkilatlar susurlar. Azərbaycan xalqı isə səbr və dözüm nümayiş etdirərək, necə deyərlər dünyadan ədalət gözləyirdi.
Ermənistan qalib bir ölkə kimi özünü öyür və xislətindən irəli gələn xülyalarla yeni-yeni Azərbaycan torpaqlarını da ələ keçirmək həvəsinə düşmüşdü. 30 il ərzində onların bu məkirli niyyətlərinə göz yuman dünya ictimaiyyətinin və Beynəlxalq təşkilatların susduğunu və vaxt uzatdığını görən məğrur və müdrik xalqımızın səbr kasası doldu. Axı səbrin də bir həddi vardır! Nəticədə Ermənistanın illər uzunu xalqımıza qarşı apardığı məqsədyönlü və məkirli siyasətinin qarşısına “Stop” işarəsi qoyuldu. Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz müdrik və əzmkar xalqımız bir yumruq kimi birləşərək əks hücuma keçib, 44 gün ərzində ən müasir silıahılardan istifadə etməklə döyüş meydanında düşməni darmadağın etdi. Beləliklə nəinki təkcə Xocalının, I və II Qarabağ müharibəsi şəhidlərinin eyni zamanda Azərbaycan xalqının əsirlər boyu qəlbində dövr eyləyən intiqamını qan tökərək cəsarətlə aldı. Düşmən torpaqlarımızdan qovuldu, ərazi bütovlüyümüzü bərpa elədik. Ədaləti təmin etdik. İndi şəhidlərimizin ruhu şaddır. Onların yaxınlarının ən böyük təsəllisi odur ki, torpaqlarımız murdar erməni tapdağından azad olunmuşdurş Tarixi qələbəyə nail olmuşuq.
Bəli bu şanlı qələbə Azərbaycanın qüdrətinin göstəricisidir.

İslam Cəfərli,
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki