“9 noyabr 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalar aparılaraq cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, həmçinin digər lazımi prosessual hərəkətlər yerinə yetirilib”.
Qanunla.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə “RİA Novosti”yə açıqlamasında bildirib.
O deyib ki, hazırda istintaq davam edir.
G.Səlimzadənin sözlərinə görə, Azərbaycan Baş Prokurorluğu Rusiya helikopterinin vurulması ilə bağlı qanuni qərar qəbul edilməsini təmin edəcək:
“Hazırda istintaq davam edir və ekspertizanın nəticələrinə uyğun olaraq qanuni qərar qəbul ediləcək”.
Qeyd edək ki, 9 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası Müdafiə Nazirliyinin 102 saylı hərbi bazanın Mi-24 hərbi helikopterinin vurulması ilə iki ekipaj üzvü ölüb, biri orta dərəcəli bədən xəsarətləri ilə evakuasiya edilib.