image-qanunla-reklam
image-bez-nazvaniya-1

Azərbaycan bayrağı Xudafərin körpüsündə dalğalanır

image-lady-day-az

Azərbaycan bayrağı Xudafərin körpüsündə dalğalanır.

Azərbaycan memarlıq abidəsi olan Xudafərin körpüsü XI əsrə aid abidədir. Körpü Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı dağılmış və sonradan yenidən bərpa edilmişdir. Xudafərin körpüsünün bir hissəsi dövrümüzədək gəlib çatmışdır.

II Qarabağ müharibəsində Azərbaycan Respublikasının Milli ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində 04.10.2020-ci il tarixdə Cəbrayıl şəhəri işğaldan azad olundu. II Qarabağ müharibəsində Azərbaycanın böyük qələbəsindən sonra 2020-ci ilin noyabrın 16-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırmışdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Qarabağda parlaq qələbələrə imza atan müzəffər ordumuz bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 4-ü tariximizə daha bir şanlı tarix kimi qeyd olundu.

Nahidə Əzizli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

 

 

Cəbrayıl əməliyyatının əhəmiyyəti və mürəkkəbliyi.

Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən, məğlub Ermənistanın kapitulyasiya aktını imzalamasından 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə ilk səfəri oldu.  Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı.

İşğaldan azad olunan ilk ərazilərə – Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı Şuşa şəhərinə yol çəkilişi ilə bağlı elə həmin gün göstəriş verdi. Bununla da Zəfər yolunun başlanğıcı  qoyuldu.

Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü

Torpaqlarımız işğaldan azad olunduqdan sonra minatəmizləmə əməliyyatları həyata keçirildikcə, cənab Prezidentin tapşırığı ilə həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən işlər sürətlə davam etdirildi. Ali Baş Komandan mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir, görülən işlərlə yerində tanış olur və təməlqoyma mərasimlərində iştirak edir.

Cəbrayılın işğaldan azad olunmasının ilk ilində Prezident İlham Əliyev rayona səfər edərək təməlqoyma tədbirlərində iştirak etdi. Belə ki, həmin gün Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin əsası qoyuldu.

Zəfərdən sonra Vətən müharibəsi ilə əlaqədar təsis edilən orden və medallar sırasında “Cəbrayılın azad olunmasına görə” medalı da xüsusi yer tuturdu. Dövlət başçısı tərəfindən bu yolda canı, qanı bahasına döyüşərək şəhadətə yüksələnlər, həmçinin qazilərimiz də mükafatlandırıldı.

Nurəli Mənsimov – Zərdab rayonu sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki