image-qanunla-reklam
image-bakida-quotzefer-paradiquot-kecirilidi

Azərbaycan BMT-təhlükəsizlik şurasının qətnamələrini həyata keçirdi

image-lady-day-az

Azərbaycan BMT-təhlükəsizlik şurasının qətnamələrini həyata keçirdi

Məlum olduğu kimi özünü təcavüzkar kimi tanıdan, düşmən rolunu oynayan Ermənistan uzun illər ərzində Azərbaycanın bir çox rayonlarını işğala məruz qoymuş və bu bölgəni xarabazarlığa çevirmişdir. İşğal altında olan ərazilərin terror yuvasına çevrilməsi, kəndlərin, şəhərlərin viran qoyulması, həmçinin insanlıqla bir araya sığmayan fauna və floranın vəhşicəsinə məhv edilməsinin Ermənisatan dövlət siyasəti olduğu dünya dövlətlərinə məlumdur.
Birləşmiş millətlər təşkilatının bir neçə dəfə ermənistan qoşunlarının qeyri şərhsiz Azərbaycan ərazilərindən çıxarılmasına dair qərar çıxarmasına baxmayaraq erməni faşistləri bu ərazilərdən çıxmamış və bəyan etmişlər ki, onlar yeni-yeni ərazilər işğal edərək böyük ermənistan yaratmaq fikirlərindədir. Mütamadi olaraq ölkəmizin dinc sakinlərinin yaşadıqları ərazilərin ağır artreliyadan atəşə tutması və sakinlər arasında ölən və yarılıların olması Azərbaycan ordusunun əks həmlə əməliyyatına məcbur etdi. Bizim apardığımız müharibə ədalətli müharibə idi. Çünki bu işğal olunmuş ərazilər tarixən Azərbaycan ərazisi olaraq ata-babalarımızın vətəni olmuşdur. Aparılmış 44 günlük vətən müharibəsində Azərbaycan ordusu tarixi ədaləti bərpa edərək ermənistanı bölgə üçün zərərsizləşdirib onların ordusunu məhv etdi.
Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında BMT-təhlükəsizlik şurasının qərar və qətnamələri eyni zamanda beynəlxalq hüququn norma və prinsipləri bərpa edilmişdir. Azərbaycan tarixən öz torpaqlarını işğaldan azad etmişdir. Hazırda bu bölgələrdə quruculuq və abadlıq işləri aparılır.
Cənab Prezident vaxtı ilə dəfələrlə qeyd edirdi ki, əgər danışıqlar yolu ilə ermənistan işğal etdiyi Azərbaycan ərazilərini sülh yolu ilə qaytarmasa biz məcburuğ ki, bu torpaqları hərb yolu ilə geri qaytaraq. Azərbaycan doğurdanda tarixi ədaləti bərpa etdi və torpaqlarımızı geri qatarmağa nail oldu.

Orxan Məmmədov,
Saatlı rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki