image-qanunla-reklam
image-1739340552_173934032848889144_1200x630

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur

image-lady-day-az

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur.

Azərbaycan tarixi, coğrafi, siyasi və iqtisadi üstünlükləri ilə regionda sabitlik və inkişafın təminatçısı kimi çıxış edir. Azərbaycan, Qafqaz və Xəzər dənizinin qovuşduğu nöqtədə yerləşərək Avropa və Asiya arasında körpü rolunu oynayır. “Əsrin Müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri kimi layihələr Azərbaycanın enerji sektorunda beynəlxalq mövqeyini növbəti dəfə möhkəmləndirdi. Ölkənin enerji siyasəti regionda etibarlı enerji təchizatçısı kimi çıxış etməsinə səbəb olub.

Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı beynəlxalq ticarət yollarını genişləndirir. Bu layihələr Azərbaycanın nəqliyyat mərkəzi rolunu daha da artırır. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyadan Avropaya daşınan yüklər üçün ən qısa marşrutlardan biridir. Azərbaycan, Çin və Avropa arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün önəmli tərəfdaşdır. COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə də ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq arenada yüksək etimada sahib olmasının növbəti təzahürü idi. Bu Azərbaycanın regional və qlobal siyasətdəki rolunu gücləndirir.

Prezident cənab İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibədə qeyd olunduğu kimi Azərbaycanın regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionundakı etibarlı mövqeyi onun strateji coğrafi yerləşməsi, enerji resurslarının idarəedilməsi, nəqliyyat-logistika layihələri və sabitlik təşəbbüsləri ilə möhkəmlənir. Enerji təhlükəsizliyinin təminatçısı və beynəlxalq ticarət yollarının mərkəzi kimi çıxış edən Azərbaycan, həm regional, həm də qlobal arenada sabit və etibarlı tərəfdaş statusunu qoruyur. Azərbaycanın bu mövqeyi gələcəkdə də regional liderliyini və beynəlxalq nüfuzunu daha da artıracaqdır.

Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva

 

 

Azərbaycan və Çin strateji tərəfdaşlıq üzrə Bəyannamə qəbul ediblər.

Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində cənab Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək dəyərləndirib. Dövlət başçısının dediyi kimi, Çin və Azərbaycan dost, strateji tərəfdaş ölkələrdir. Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. Cənab Prezident İlham Əliyev hələ 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən, iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

Beynəlxalq baxışın yüksək səviyyədə olması Azərbaycana böyük inamın, etimadın göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkələrin dövlət başçılarının şəxsi dostluq münasibətləri də əlaqələrin möhkəmlənməsində, yeni prioritetlər üzrə inkişafında əsas faktorlardan biridir. Bu gün Azərbaycan-Çin münasibətlərinin fonunda həm ölkələrin, həm də liderlərin şəxsi dostluq münasibətlərinin yol açdığı uğurları görürük. Şanxay Əməkdaşlıq təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Astanada səfərdə olan Prezident İlham Əliyevin Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan liderləri ilə keçirdiyi görüşlər münasibətlərimizin dünəninin, bu gününün və onların əsasında perspektivlərin aydın mənzərəsini yaratdı. Bu görüşlər Azərbaycanın, onun  Prezidentinin beynəlxalq nüfuzunun təsdiqidir. Bu mühüm məqam beynəlxalq səviyyədə də qeyd edilir ki, tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq əsas diqqət Azərbaycana yönəlir. Təbii ki, bu diqqəti şərtləndirən xeyli sayda amillər mövcuddur. Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanması, yerləşdiyi coğrafi məkan, ölkələr, xalqlar arasında qurduğu yeni körpülər daim yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir.

Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru-Nailə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki