image-qanunla-reklam
image-s1200-18_1017x593_756-780x470

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur

image-lady-day-az

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur.

Dövlətlərin inkişafını və beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin edən çoxsaylı faktorlar mövcuddur. Ən mühüm amil isə həyata keçirilən daxili və xarici siyasətin müasir çağırışlara, milli maraqlara uyğun olmasıdır.

Bu kontekstdə Azərbaycan təcrübəsi mütərəqqi və müsbət nümunə kimi diqqəti cəlb edir. Ümumiyyətlə, müstəqil Azərbaycanın müasir mənzərəsini səciyyələndirən ən mühüm amillər möhkəm ictimai-siyasi sabitlik və dinamik iqtisadi inkişafdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və müasir çağırışlara uyğun həyata keçirilən uğurlu siyasət Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edib. Bütövlükdə, əldə edilən möhtəşəm nailiyyətlər Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətinin, milli gücünün artmasını təmin edib.

Azərbaycanın müstəqil dövlət kimi dinamik inkişaf yolunda inamla irəliləməsini təmin edən mühüm amillərdən biri milli maraqlara əsaslanan xarici siyasətin həyata keçirilməsidir. Bu strateji kurs respublikamızın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib. Regional güc mərkəzi olan respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Dünyada böyük etimad qazanan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir Bütövlükdə, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.

Cənab Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibəsi zamanı qeyd etmişdir ki, “Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Azərbaycan güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurdu. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faizdir. Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz. Hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, namizədliyimizi təqribən 200 ölkə və beynəlxalq təşkilat yekdilliklə dəstəklədi. Bundan əvvəl 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir”

Bəli nəticə etibarilə, dünya birliyinə uğurla inteqrasiya edən, qlobal təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan beynəlxalq müstəvidə müstəqil, praqmatik xarici siyasət kursuna malik olan ölkə, həmçinin nüfuzlu və qüdrətli dövlət kimi tanınır.

Hikmət Novruzov – Zərdab rayonu Alıcanlı kənd ümumi orta məktəbin müəllimi

 

 

 

Azərbaycan və Çin strateji tərəfdaşlıq üzrə Bəyannamə qəbul ediblər.

Çin və Azərbaycan Respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.

Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf etmişdir.

Cənab Prezident İlham Əliyev fevral ayının 12-də Davosda Çinin CGTN televiziya kanalına müsahibə vermişdir.  Cənab prezident müsahibə zamanı Çin və Azərbaycan arasındakı münasibətlərlə əlaqədar  bir sıra vacib məsələlərə toxunaraq qeyd etmişdir ki, “Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay Çinin Sədri ilə görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”.

Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər daim inkişaf edir. İki ölkə arasında heç bir problem yoxdur. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqların toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiklərini bildirir.

Ruxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki