image-qanunla-reklam
image-3bc78c89-bc8a-46fd-9143-bb831d69a91e

AZƏRBAYCAN-ÇİN MÜNASİBƏTLƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ İNKİŞAF EDİR!

image-lady-day-az

AZƏRBAYCAN-ÇİN MÜNASİBƏTLƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ İNKİŞAF EDİR!

Azərbaycan və Çin arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaq.Azərbaycanla Çin dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycan Prezidenti cənab  İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir.Aprelin 22-24-də cənab Prezident İlham Əliyevin Çinə səfəri ikitərəfli əlaqələrin daha da genişlənməsinə böyük köməklik göstərir. Səfər çərçivəsində Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat da daxil olmaqla əməkdaşlıq sənədləri imzalanıb.Səfər günlərində cənab Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib və ölkələrimiz arasında münasibətləri yüksək dəyərləndirib. Aprelin 25-də dövlət başçısının müsahibəsi həmin televiziya kanalında yayımlanıb.İlk növbədə qeyd edilməlidir ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çin Xalq Respublikası bu müstəqilliyi 27 dekabr 1991-ci ildə tanımış və 1992-ci il 2 aprel tarixində ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə Çin Xalq Respublikasının Bakıda, 1993-cü ilin 3 sentyabr tarixində isə Azərbaycanın Pekində səfirliyi fəaliyyətə başlamışdır. Bu münasibətlərin formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olmuşdur. Onun xarici siyasətdə tarazlı və strateji baxışı sayəsində Azərbaycan-Çin münasibətlərinin təməli sağlam əsaslar üzərində qurulmuşdur. Beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi ilə bağlı razılıqlar Asiya və Cənubi Qafqaz ölkələrinin birgə fəaliyyətini təsdiqləyən amil kimi dəyərləndirildi. «Bir kəmər, bir yol» təşəbbüsünün , Azərbaycanın İpək Yolunun dirçəldilməsi ilə bağlı ” göstərdiyi səylər dəstəkləndi, 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf strategiyaları barədə razılıqlar əldə olundu. Ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici və rəhbər rolunun gücləndirilməsi tövsiyə olundu. Hər iki ölkə arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı, münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirən cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, müsbət dinamikaya malik münasibətlər Asiya və Cənubi Qafqaz bölgələrini birləşdirən başlıca amildir. Hər iki ölkənin rəsmi nümayəndələrinin qarşılıqlı səfərləri, ÇXR-in Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə kimi dəyərləndirilib. Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyimizi bildirən Azərbaycan Prezidenti, ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirdiyimizi, münasibətlərimizin çox müsbət dinamikaya malik olduğunu qeyd etdi. Müsahibəsinin sonunda bir daha geniş spektrli  Azərbaycan-Çin əməkdaşlığına toxunan Prezident İlham Əliyev Çini dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biri adlandırdı. Prezident İlham Əliyevin və xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasına səfərləri zamanı keçirilən görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar bunu deməyə əsas verir ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. İnanırıq ki,  bu səfər də, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcəkdir.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının məsləhətçisi

Kənan İslamov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki