image-qanunla-reklam
image-media-eliyev-cixish-yeni-k53q7mniuvpwzoh2afg8

Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır

image-lady-day-az

Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır

Azərbaycan balanslaşdırılmış xarici siyasi kursunu son dərəcə effektli şəkildə həyata keçirir və dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni sahələrdə problemsiz əməkdaşlığı qeyd olunanların təsdiqidir. Dünya birliyi, mötəbər təşkilatlarla qarşılıqlı hörmət və ehtiram üzərində qurulan əməkdaşlıq ölkəmizi  beynəlxalq münasibətlərin önəmli tərəfdaşına çevirib. Azərbaycan istər Şərq və Qərb, istərsə də Şimal və Cənubla milli maraqlarını qorumaqla fəal əməkdaşlıq edir.  Bu da onu deməyə əsas gətirir ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır.  Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir.

Azərbaycan bir çox inkişaf etmiş ölkələrlə, xüsusilədə Çinlə mühüm əlaqələr qurur. Azərbaycan və Çin arasında əlaqələri hələ ötən əsrdən başlayaraq  öz inkişaf yoluna qədəm qoymuşdur, Azərbaycanın BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlarla münasibətdə mövqeyi, ölkəmizin təhlükəsizlik, ticarət, iqtisadi inkişaf nöqteyi-nəzərindən Qlobal Cənubla bağlı aparılan müzakirələrə münasibəti ölkəmizin  beynəlxalq arenada getdikcə daha çox çəkiyə malik olduğunu göstərir. O cümlədən Azərbaycanda Çin Qlobal Cənubun lideri hesab olunur və burada bu prinsiplər əsasında ölkələrin əlaqəsi baxımından Çin xüsusi rol oynayır.

O cümlədən  ölkəmizin COP29-a ev sahibliyi beynəlxalq münasibətlər sistemində müstəsna yerinin və rolunun nümayişi oldu. 197 ölkədən 80 dövlət və hökumət başçısının bu tədbirdə iştirakı Azərbaycana beynəlxalq dəstəyin hansı səviyyədə olduğunu təsdiqlədi. Bir daha sübut olundu ki, ölkəmiz qlobal problemlərin həllində qlobal birliyə çağırışını atdığı real addımları ilə nümayiş etdirir. Daim xalqlar və dövlətlər arasında əməkdaşlığa, yeni körpülərin qurulmasına çağırışlar edən Azərbaycanın bütün qitələrdə dostlarının sayı artır, ənənəvi tərəfdaşlarla münasibətləri daha da inkişaf edir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Onu da qeyd etmək lazımdır ki bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. Hal-hazırda Azərbaycan heyətləri enerjinin tədarükü imkanları üzərində işləyirlər və ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişlər.

Bu gün  Azərbaycan-Çin münasibətlərinin qısa təhlili göstərir ki, hər iki ölkə arasında qarşılıqlı etimad münasibətləri yüksələn xətlə inkişaf edir. Ümumilikdə, dövlət başçısı İlham Əliyevin Çin Xalq Respublikasına səfəri  iki ölkə arasında dialoqu daha da intensivləşdirəcək, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki