image-qanunla-reklam
image-media-ilham_eliyev6-6t1zmbypq8f4cgxsael5

Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır

image-lady-day-az

Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır.

Prezident cənab İlham Əliyevin Çinə səfəri çərçivəsində CGTN (China Global Television Network) telekanalına müsahibəsi də mühum məqamlarla yadda qaldı. Ölkəmizin başçısı müsahibəsində Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanata toxunaraq vurğuladı ki, bu sənəddə ikitərəfli əlaqələrin geniş gündəliyi açıq şəkildə görünür. Birgə Bəyanatın mahiyyətinin çox əhəmiyyətli oldğunu söyləyən Prezident bəyan etdi ki, Azərbaycan öz bölgəsində bir çox ölkələrlə, eləcə də bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. “Vahid Çin” siyasətini qətiyyətlə dəstəklədiyini bildirən Prezident cənab İlham Əliyev Tayvanda qeyri-qanuni seçkiləri açıq şəkildə pisləyən ilk ölkələrdən birinin də Azərbaycan olduğunu qeyd etdi.

Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmağın tərəfdarı olduğunu qeyd edən dövlətimizin başçısı Prezident Si Cin tərəfindən bu qurumun Zirvə toplantısına dəvət olunduğunu və bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyini diqqətə çatdırdı.  Prezident cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, bu təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar: “Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır”.   Çünki Azərbaycan güclü siyasi münasibətlərə və eyni zamanda nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir, bu da ŞƏT üçün cəlbedici məqamdır.  Beləliklə, Prezident cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, səsləndirilən bəyanatlar onu deməyə əsas verir ki, Çin və Azərbaycan tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf edir. İki dövlət arasındakı iqtisadi-siyasi münasibətlərin inkişafı həm də qlobal arenada böyük önəm daşıyır.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki