Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır
Prezident cənab İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri ikitərəfli münasibətlərin inkişafı istiqamətində növbəti bir addımdır. Dövlət başçısının səfərləri ölkələr arasında inteqrasiyanın daha da güclənməsinə və yeni-yeni əməkdaşlıq imkanlarının yaranmasına öz töhfəsini verərək uzunmüddətli perspektivlər yaradır. Artıq Azərbaycanın nəhəng istehsal mərkəzi kimi dünyanın ikinci ən böyük iqtisadiyyatına malik fövqəldövləti ilə genişmiqyaslı və uzunmüddətli əməkdaşlığına dair çoxsaylı razılaşmalar mövcuddur.
Pekində olarkən Prezident cənab İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına geniş müsahibə verib. Azərbaycan və Çin arasında münasibətlərin yüksək dəyərləndirildiyi bu müsahibə aprelin 25-də həmin televiziya kanalında yayımlanıb. Müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirb ki, “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm”.
Prezident cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb və bu Bəyanatda Azərbaycan və Çin ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş də öz əksini tapıb.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşir. Son illərdə görülən işlər nəticəsində Azərbaycanda 8 beynəlxalq hava limanı inşa edilib, dəmir yolları, dəniz limanları, magistral yollar inşa edilib və ya əsaslı şəkildə yenidən qurulub. Beləliklə, əsas hədəf bu marşrut üzərində biznes qurmaqdır. Bu istiqamətində işlərdə Çin şirkətləri də yaxından iştirak edir. Onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzalayıblar. Müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirib ki, “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm”.
Müsahibəsi zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev Çin Sədri Si Cinpinlə münasibətlərindən danışarkən deyib: “Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında öz aramızda fikir mübadiləsi apardığımız zaman mənim üçün onun mövqeyini bilmək hər zaman vacibdir, çünki o, çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. İqtisadi münasibətlər istənilən halda digər münasibətlərə – həm siyasi münasibətlərə, həm iki dövlət arasındakı digər sahələrdəki münasibətlərə, eləcə də iki xalq arasında münasibətlərin inkişaf etməsinə rəvac verən müsbət amillərdir. Azərbaycan iqtisadi cəhətdən regionun aparıcı dövlətidir və ölkəmizin iştirak etməyəcəyi hansısa layihə bu regionda reallaşa bilməz. Bu səbəbdən də Çin Xalq Respublikası, eləcə də bu ölkənin şirkətləri Azərbaycan üzərindən tranzit daşımalarına, iqtisadi sahədə münasibətləri daha da inkişaf etdirməyə maraq göstərirlər. Bu mənada Çin-Azərbaycan münasibətlərinin gələcəkdə daha da surətdə inkişaf edəcəyi gözlənilir.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova