AZƏRBAYCAN DAHA BİR MÖTƏBƏR TƏDBİRƏ ÇOX YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA EV SAHİBLİYİ ETDİ!
13-15 mart 2025-cil il tarixlərdə ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Gülüstan sarayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”nə mövzusunda XII Qlobal Bakı Forumu çox yüksək səviyyədə və uğurla öz işinə başlayaraq bitirdi. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Mərkəzin təşkil etdiyi tədbirlərə marağın ildən-ilə artması da məhz bunun məntiqi nəticəsidir. Qlobal Bakı Forumu geniş fikir müxtəlifliyini təmsil edən insanları neytral və mehriban bir mühitdə bir araya gətirərək, onların dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparmasına imkan yaradır. Azərbaycanın ev sahibliyi etdiyi Qlobal Bakı Forumu artıq qlobal səviyyədə nüfuz qazanmış mühüm beynəlxalq platformadır. Forum çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu ekspertlər mühüm məsələləri müzakirə edirlər. Cənab Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesdəki rolu əhəmiyyətlidir və Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarını uğurla idarə etməsi qlobal siyasətdəki mövqeyini gücləndirir. Azərbaycan bir dövlət və millət kimi bəşəri ideyaların qorunmasında, insanlığı narahat edən problemlərin həllində maraqlıdır və bu sahədə əlindən gələni edir. Dövlət başçısı səviyyəsində həyata keçirilən tədbirlər ilk növbədə ölkənin və xalqın düşüncə tərzindəki bəşəri ideyalardan xəbər verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi fəal praqmatik siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləridir ki, bu gün ölkəmiz böyük imicə sahibdir. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Belə ki, ölkəmiz çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verir.
XII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayacaq. Əminik ki, burada aparılacaq diskussiyalar beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək. Qeyd edilənlər göstərir ki, Azərbaycan xalqının, dövlətinin dünya birliyində mövqeyi aydın və möhkəmdir. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur. Əlbəttə ki, bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində mümkün olmuşdur.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının mühasibi
Qalib Nağıyev