image-qanunla-reklam
image-img_20210519_170557

Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur

image-lady-day-az

Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur

Otuz ilə yaxın bir zamanda Azərbaycan ərazilərinin düşmən işğalında qalması onu göstərir ki, dünyadakı nəhəng güc birlikləri öz maraqlarına işləyərək, təcavüzkarın tərəfini tutmaqla dünyada ikili standartların olduğunu bir daha öz çirkin əməlləri ilə sübuta yetirmiş olurlar. Təssüflər olsun ki, Azərbaycana qarşı daimi işlədilən ikili standartlar istər işğal dövründə, istərsə də işğaldan sonrakı dövrdə özünü büruza verir.
Bu illər ərzində dünya birliyinin Azərbaycan ərazilərinin işğaldan azad edlməsi istiqamətində apardıqları dırnaqarası danışıqlar düşmən dəyirmanına su tökməkdən başqa bir şey olmamışdır. Nəhayət otuz illər bu danışıqlar naminə danışıqlara, otuz illik həsrətə Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyev və Azərbaycanın şanlı ordusu son qoydu. 44 günlük müharibədə Azərbaycanın şanlı ordusu düşmənə sözün əsl mənasında diz çökdürdü. Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında.
Otuz ildə heç bir sülh danışıqlarına məhəl qoymayan düşmən Azərbaycan ordusu qarşısında tab gətirə bilməyəcəyini görüb anladı ki, tezliklə təslim olmasa qalan torpaqları da itirəcək. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulasiya aktına imza atsın. Bunun başqa yolu da yox idi, əgər düşmən təslim olmasaydı Azərbaycan ordusu Qarabağla yanaşı Zəngəzuru da işğaldan azad etmək ruhuna, gücünə malikdir. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Baxmayaraq ki, bir çox dünya dövlətləri münaqişənin müharibə yolu ilə həll variantı yoxdur deyirdilər, lakin görünən odur ki, Azərbaycan Ali Baş Komandasının, Azərbaycan ordusunun yüksək əzmkarlığı, iradəsi nəticəsində, çətin dağlıq relyefdə ildırım sürətli müasir döyüş üsulları ilə münaqişəni cəmi 44 günə müharibə yolu ilə həll etdi və düşməni qarşısında diz çökdürdü. Bununla da düşmən ölkənin uzun illər öz ordusunun yenilməzliyi haqqında uydurduğu miflər parçalandı, düşmən ordusu darmadağın oldu. Torpaqlar azad olundu.
Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb. Dağlıq Qarabağ münaqişəsi həll olunub.

Soltanova Zahidə Cəmilağa qızı

Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki