image-qanunla-reklam
image-1615270964_save_20210309_102136

“Azərbaycan etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkədir” – Zərdab rayon idarə və siyasi partiya təmsilçilərinin açıqlamaları

image-lady-day-az

“Azərbaycan etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkədir” – Zərdab rayon idarə və siyasi partiya təmsilçilərinin açıqlamaları

Azərbaycan  Respublikası  müstəqillik  qazandıqdan  sonra nəqliyyat  sistemi inkişafının  yeni  mərhələsinə  qədəm  qoymuşdur

Azərbaycan  Şərq-Qərb  nəqliyyat  dəhlizinin  fəal  iştirakçısıdır. Nəqliyyat  sisteminin  inkişafı  Azərbaycan  Respublikası  üçün  böyük  əhəmiyyət  kəsb  edir. Ölkə  iqtisadiyyatının  infrastruktur  sahələri  olan  enerji, rabitə, təhsil, səhiyyə  ilə  yanaşı, nəqliyyat  cəmiyyətin  həyat  fəaliyyətinin  ilkin  tələbatını  təmin  etməklə  sosial, iqtisadi, xarici  siyasət  və  digər dövlət  prioritetlərinə  nail  olmaq  üçün  mühüm rol  oynayır. Nəqliyyat yalnız sərnişin və yük daşımalarını həyata keçirmir, eyni zamanda məhsuldar qüvvələrin inkişafında, təbii ehtiyatların və əmək resurslarının istehsal dövriyyəsinə operativ cəlb olunmasında, əhalinin məskunlaşmasında və məhsuldar qüvvələrin ərazi üzrə optimal yerləşdirilməsində mühüm rol oynayır. Dünya ölkələri arasında iqtisadi əlaqələrin səmərəliliyinin yüksəldilməsi və yük axınlarının əlverişli tənzimlənməsinin həyata keçirilməsi hər bir nəqliyyat sahəsində beynəlxalq normalara uyğun təkmilləşdirmə işlərinin aparılmasını tələb edir. Ölkələr yerləşdikləri coğrafi mövqedən asılı olmayaraq çalışırlar ki, öz məhsullarını daha sərfəli yollarla dünya bazarlarına çıxarsınlar və daha çox səmərə əldə etsinlər. Məhz bu baxımdan beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Respublikasının əlverişli nəqliyyat sisteminə malik olması dünyanın bir çox ölkələri ilə qarşılıqlı səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə münbit şərait yaradır.
Azərbaycan bərpa olunan enerji mənbələri yüksək potensialına malik olan ölkələrdəndir. Dünyada enerji daşıyıcılarına tələbatın təklifdən getdikcə daha çox geri qalması fonunda zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə yanaşı, enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi də yerinə yetirilməsi vacib sayılan vəzifələrdən birinə çevrilib. Azərbaycan hökuməti uzun illərdir ölkənin enerji potensialının tam olaraq üzə çıxarılması və bundan istifadə üçün müvafiq addımlar atır, bu sahədə uyğun siyasət yeridir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri 

Milli mənafeyini müdafiə edən müstəqil dövlət

Azərbaycan xalqı azad, demokratik hüquqi cəmiyyət quruculuğu yolu ilə irəliləyərək bütün dövlətlər və xalqlar ilə sülh, dostluq və əməkdaşlıq şəraitində  yaşamaq, dünya birliyi ilə sıx inteqrasiya xətti tutduğunu bəyan etmişdir və bu yolda sadiqdir. Bu mənada Azərbaycan Respublikası  dünyanın ən mötəbər nüfuzlu beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa müstəsna əhəmiyyət verir və müstəqillik qazandığı ilk gündən ölkəmiz ilə BMT arasında əlaqələrin yaranması, daim inkişaf  etdirilməsi üçün hər cür səylər göstərir. Azərbaycan, Gürcüstan və Moldova dostluğu,  qarşılıqlı dostluq və qardaşlıq münasibətləri cənab prezidentimiz İlham Əliyevin sülhsevər siyasəti nəticəsində daim yaşayacaq və yaşayacaqdır.
Azərbaycanın həyata keçirdiyi məqsədyönlü xarici siyasət, sözün tam mənasında, postsovet məkanı dövlətləri üçün model ola bilər. Çünki bu kurs milli maraqların, Azərbaycan dövlətinin maraqlarının maksimal təminatına yönəlmişdir və müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya kimi özünü uğurla doğruldur. Azərbaycanın həyata keçirilməkdə olan milli və dövlət maraqları ümumi inkişaf və tərəqqi, xalqın maddi rifahının yüksəldilməsi, eyni zamanda, Azərbaycanın dünyada mövqelərinin möhkəmləndirilməsi deməkdir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru 

Azərbaycan beynəlxalq aləmdə
sarsılmaz mövqe və nüfuz sahibidir

Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirir.
Ölkəmizin həyata keçirdiyi xarici siyasət prinsipial, qətiyyətli və xalqımızın mənafeyinə tam uyğundur. Bu gün Azərbaycanda dövlətimizin güclənməsinə xidmət edən və xalqımızın siyasi iradəsinə əsaslanan siyasət həyata keçirilir. Əlbəttə, Azərbaycan dünyanın diqqət mərkəzində olan geosiyasi məkanda yerləşir, böyük enerji ehtiyatlarına malikdir. Bu amillərə görə, ölkəmizin inkişafını istəməyən bir sıra xarici qüvvələr mövcuddur. Bununla belə, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirməkdədir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri 

Azərbaycanın xarici siyasəti ən uğurlu siyasət kimi qəbul edilir

Azərbaycanın xarici siyasət kursunun əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Bu, çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir. Xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan nəticələr həm də gələcəyə ümidlə baxmağa əsas verir. Bu bağlılıqda cənab Prezident İlham Əliyevin xarici siyasətin qarşısında duran yeni vəzifələri müəyyənləşdirməsi xüsusi əhəmiyyətli məsələ kimi göz önünə gəlir.Bu gün Azərbaycan dövləti inkişaf etməkdə olan  ölkələr arasında  özünün  dinamik və hərtərəfli mövqeyi, mütərəqqi xarici  siyasəti  ilə seçilir. Azərbaycanın müstəqil dövlət kimi  bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə heç bir dövlətdən asılı olmaması  birbaşa uğurlu daxili və xarici siyasətin göstəricisidir. Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadı modelini  özünəməxsus  uzaqgörənliklə həyata keçirən liderimiz cənab İlham Əliyev bu inkişaf strategiyasının yalnız demokratik  tərəqqiyə əsaslanan möhkəm  ictimai-siyasi sabitlik  şəraitində davamlı  nəticələr verə biləcəyini  əvvəlcədən  müəyyən etmişdir. Dövlətimizin qısa zaman ərzində  böyük,  əsrə bərabər inkişaf yolu keçməsi, dövlət-vətəndaş  münasibətlərinin hüquq müstəvisində tənzimlənməsi, insan  hüquq  və azadlıqlarının yüksək səviyyədə qorunması, humanizm  ideyalarının möhkəm  təmələ çevrilməsi  dünya ölkələrinə bir nümunədir. Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri  və beynəlxalq təşkilatları tərəfindən ən uğurlu siyasət kimi qəbul edilir və ediləcəkdir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Azərbaycanın beynəlxalq aləmdə yeni hərbi imici

Hər bir suveren dövlət beynəlxalq münasibətlərini, yəni özünün xarici siyasətini həyata keçirir. Bu siyasət sosial-iqtisadi və ictimai-siyasi inkişafın vəziyyəti, suverenliyin və təhlükəsizliyin təmin edilməsi məqsədləri ilə müəyyən edilir. Bu amillər xarici siyasətdə milli maraqlara əsaslanır.
Milli maraqlar bir çox amillərin – siyasi, iqtisadi, hərbi, mədəni və ərazi amillərin təsiri altında formalaşır. Biz tarix boyu dünyada mədəni xalq kimi tanınmışıq. Bunu dünya tarixinə bəxş etdiyimiz şəxsiyyətlər, memarlıq abidələri, yaratdığımız dövlətlərimizlə və qonşu xalqlara mehriban münasibətimizlə göstərmişik. XX əsrin əvvəllərindən başlayaraq səmimi xalq olmağımızdan istifadə edən mənfur ermənilər xalqımıza qarşı qırğınlar törətməyə başladılar. Əliyalın insanlara qarşı törədilən bu cinayətlər dünyada soyqırım kimi qiymətləndirilir. Ötən əsrdə xalqımızın başına gətirilən faciələr göstərdi ki, hər bir dövlətin özünü müdafiə etmək və təhlükəsizliyini təmin etmək üçün güclü hərbi qüvvələri olmalıdır. Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən ordu quruculuğu XXI əsrdə dünyanın güclü ordularından birinə sahib olmağımıza səbəb oldu. Bu gücümüzü bir daha  şanlı 44 günlük müharibə zəfərində dünyaya nümayiş etdirdik.

Vüsalə Kərimova Zərdab şəhər 1 nömrəli məktəb-liseyin direktoru

Azərbaycanın beynəlxalq aləmdə yeni siyasi imici

Bütün dövrlərdə milli maraqların düzgün müəyyən edilməsində və onlara riayət olunmasında uğurlu xarici siyasət xəttinin seçilməsi böyük rol oynayır.
Dövlətin xarici siyasəti daxili siyasətin davamı, onun təzahürüdür. Xarici siyasət, ilk növbədə, milli dövlətin digər dövlətlərlə milli maraqların müdafiəsi uğrunda mübarizəsidir. Bu maraqlar dövlət suverenliyi, milli suverenlik və xalq suverenliyində birləşmişdir. Bu səbəbdən də dövlətdə birlik nə qədər möhkəm olarsa, dövlətin xarici siyasəti bir o qədər uğurlu olur. Bununla yanaşı, ümummilli maraqların formalaşdırılması tarixi təcrübənin mütləq nəzərə alınmasını tələb edir ki, bunun da dövlət tərəfindən yerinə yetirilməsi olduqca böyük zəhmət tələb edən məsələdir.
Müasir dövrdə hər bir demokratik dövlətin siyasəti vətəndaş cəmiyyətinin istəklərinin formalaşmış ümumi rəyinə əsaslanır. Milli maraqları ifadə edən bu ümumi rəyin ardıcıl və davamlı fəaliyyətə çevrilməsini isə dövlət həyata keçirir. Azərbaycan dövlətinin müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə vaxtında reaksiya nümayiş etdirərək özünü doğruldan, ölkənin milli və dövlətçilik maraqlarının təmin olunmasına uğurla xidmət edən müstəqil siyasətə  malikdir. Həmin ideyalar ümummilli lider Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə Prezident olduğu dövrdə yaradılmışdır. Bu siyasi xətti Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Şəhla Eminova  Zərdab şəhər 1 nömrəli məktəb-liseyin direktor müavini

Azərbaycan müttəfiqləri ilə səmimi olub

Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq,  tərəfdaşlıq qurması xarici siyasəti necə qurmasından bilavasitə asılıdır.
Möhtərəm prezidentimiz cənab İlham Əliyev həyata keçirdiyi yüksək səviyyəli  xarici siyasəti ilə Azərbaycanın hazırkı çoxşaxəli uğurlarının təmin edilməsinə,  Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur.
Bu gün dünya arenasında Azərbaycanın beynəlxalq imici  çox müsbətdir. Bunun səbəbi ölkə rəhbərinin  həyata keçirdiyi  düzgün  xarici siyasət, ölkəmizin uğurlu inkişafı, ədalətli mövqeyi, diplomatiya sahəsində qazandığımız nailiyyətlərdir.
Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, Azərbaycanın  dost  dövlətlərlə əməkdaşlığı  daha da dərinləşmiş, regionda tərəfdaşlarımızın sayı artmışdır.
Vətən müharibəsi zamanı hər bir tərəfdaş ölkə öz mövqeyini açıq şəkildə nümayiş etdirdi  və əlbəttə ki, ölkəmiz öz müttəfiqləri ilə tərəfdaşlıq qurarkən  bu amillər əsas olacaqdır.
Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan  bu münasibətlər  Azərbaycanın  xarici  siyasətində qazanılan uğurların   təcəssümüdür.

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru 


Azərbaycanın beynəlxalq aləmdə imici hər zaman müsbət olub

Müstəqillik hər bir dövlətin sərvətidir Dövlətimiz müstəqillik dönəmində kifayət qədər möhkəmlənmiş, regionun ən sabit və ən qüdrətli ölkəsinə çevrilmişdir. Dövlətimizin regional və beynəlxalq aləmdə həyata keçirdiyi siyasət ölkəmizi müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mövqeləri qorumağa yönəlmiş, dövlətlərlə uğurlu tərəfdaşlığa söykənmişdir.
Bu gün Azərbaycan Respublikası öz milli maraqları çərçivəsində iştirak etdiyi bütün layihələrdə əhəmiyyətli bir ölkə kimi nüfuzunu ortaya qoymuşdur. Öz məsuliyyətli yanaşması, mövqelərini qoruması istiqamətində və etibarlı tərəfdaş qismində özünü təsdiqləmişdir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycan Respublikasını müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu bir dövlət kimi tanıtmaqdadır.  Artıq, dövlətimiz qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edən beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini möhkəmləndirmişdir.
Azərbaycanın yeritdiyi siyasət əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanır və etibarlı, bərabərhüquqlu bir tərəfdaş kimi qəbul edilir.

Maisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

Azərbaycanda həyata keçirilən uğurlu  xarici siyasət  ölkəmizin  dünyada böyük etimad qazanaraq nüfuzlu dövlətə çevrilməsini təmin etmişdir

Ulu  öndərin  hakimiyyəti  dövründə  Azərbaycan  dövlətinin beynəlxalq  arenada müsbət imici formalaşmış, ölkəmiz regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında, əməkdaşlığın möhkəmlənməsində  fəal  rol oynamışdır. Ulu öndərin əsasını qoyduğu bu siyasət  cənab Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilir və bu gün  Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir, aparılan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun davamlı  olaraq  artmasını  təmin  edir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur və ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətində olan tərəfdaşların sayı artır. Bu gün tolerantlıq nümunəsi olan ölkəmizdə irəli sürülən mütərəqqi ideyalar və təşəbbüslər ümumbəşəri əhəmiyyətə malik olmaqla dünyada xalqlararası əməkdaşlığın güclənməsinə xidmət edir.  Bütün bunlar  isə, beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ümumilikdə, Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun və yüksək nüfuzunun bariz nümunələrini təşkil edir. Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi dövlətimizin gücünün göstəricisidir.
Cənab Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. «Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır», deyən cənab Prezident bildirib ki, biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Dövlət başçısının siyasi iradəsi, qətiyyətli mövqeyi nəticəsində bu gün doğma evimizə – Qarabağa yol alırıq.
Xalqın öz Prezidenti ətrafında bir yumruq olaraq birləşməsi bizi Böyük Qələbəyə apardı, Azərbaycan bayrağının işğaldan azad olunan torpaqlarımızda ucaldılmasını hər kəsin 30 ilə yaxın bir zamanda gözlədiyi möhtəşəm hadisə olduğunu bildirdi.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan öz gücünə arxayın olan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli bir regional amildir. Bir sözlə, müstəqil xarici siyasət kursu, mötəbər beynəlxalq qurumlarda uğurlu təmsilçilik Azərbaycanın regional güc mərkəzi kimi nüfuzunu gücləndirmiş və sarsılmaz mövqeyini təmin etmişdir.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

Azərbaycan enerji, nəqliyyat sahəsində yeni zirvələr fəth edir

Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkəmiz nəqliyyat sahəsində qonşu ölkələrlə daim əməkdaşlıq edib. “Böyük İpək yolu”nun bərpası üzrə həyata  keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya ilə nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir.  Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır.
Azərbaycan enerji sahəsində də əməkdaşlığa böyük əhəmiyyət verir və bu sahədə də öz imkanlarını təqdim edir. Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, əhalinin elektriklə təminatı 100 faiz təşkil edir. Azərbaycan bütün qonşu dövlətlərlə əməkdaşlıq edən müstəqil dövlətdir. Rusiya, Türkiyə, İran kimi böyük dövlətlərin rəhbərləri cənab Prezident İlham Əliyevlə həm yaxın münasibətlərdədirlər, həm də ölkələrarası əməkdaşlığın bütün istiqamətlərini inkişaf etdirməkdə maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatında yer alan rəqəmlər tamamilə normal və gözləniləndir. Azərbaycanın vurğulanan istiqamətlərdə irəliləməsi məntiqidir. Hətta, Azərbaycan bununla kifayətlənməyəcək. Ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atacaqdır.

Vaqif Məmmədov – təqaüdçü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki