image-qanunla-reklam
image-491292338_1225774342235675_5984232502129137725_n

Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir

image-lady-day-az

Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir

Azərbaycan-Gürcüstan münasibətləri hər zaman yüksək səviyyədə olub. Hazırda da ölkələrimiz arasında əlaqələr bir çox sahələri əhatə edir. Siyasi təmasların yüksək səviyyədə olması əlaqələrin davamlı inkişafını təmin edir. Mütəmadi reallaşan qarşılıqlı səfərlər özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir. Bu mənada Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin də ilk rəsmi səfərini Azərbaycana etməsi xüsusi önəm kəsb edir. Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze də “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsindən sonra ilk səfərini Azərbaycana etmişdi. Bunlar Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. İki ölkə arasında iqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Azərbaycan investorları böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. Birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 12 ölkəyə öz təbii qazını ixrac edir. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Bu, çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə qaz ixrac coğrafiyası genişlənəcək. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Bu əməkdaşlıq Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bundan əlavə, ölkələr yaşıl enerji layihələrində də birgə addımlar atır. Xüsusilə bərpa olunan enerji mənbələri üzərində işlər hər iki hökumətin məsuliyyətini və gələcək inkişaf perspektivlərini ortaya qoyur. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında bu dövlətlərin Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya və parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda hər iki ölkə bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

Azərbaycan-Gürcüstan münasibətləri elə yüksək səviyyədə inkişaf edib ki, artıq Cənubi Qafqaza qarşı Avropa İttifaqının, Fransa və digər ölkələrin həmlə imkanları sıfıra enib. Bu da Azərbaycan-Gürcüstan əlaqələrinin tarixi, strateji, siyasi müstəvidə çox güclü olmasından xəbər verir. Ən əsası odur ki, Gürcüstan 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında dayandı. Ermənistanı dəstəkləyən qüvvələr üçün hava məkanını bağladı ki, İrəvan bundan sui-istifadə edərək Azərbaycana qarşı əlavə qüvvələri regiona cəlb edə bilməsin.

 

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki