image-qanunla-reklam
image-377509725_864563698356743_8890964712120685920_n

Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir

image-lady-day-az

Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir.

44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu növbəti qələbəyə imza atdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Sentyabrın 19-da lokal antiterror tədbirlərinə başlanılması və 1 sutka ərzində uğurla başa çatması ordumuzun peşəkarlığının növbəti təqdimatı oldu. Tarixi Zəfərimizdən sonra ölkəmizin əsas hədəfləri sırasında dayanan mühüm məsələlərdən biri müdafiə gücümüzün artırılmasıdır. Azərbaycan dövləti hər zaman ordu quruculuğu prosesini diqqətdə saxlayır. Rəşadətli Ordumuzun postmünaqişə dövründə Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha Ordumuzun artan gücünün nümayişidir. Prezident cənab İlham Əliyev xalqa müraciətində bildirdi ki, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratdı. Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi. Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı. Tarixi Zəfərimizdən sonra Azərbaycan dövləti dəfələrlə erməni silahlı birləmələrinin ərazilərimizdən çıxarılmasını tələb etdi. Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın öhdəliklərinə laqeyd yanaşması, onların icrasına maraq göstərməməsi, sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün mütəmadi təxribatlar törətməsi vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəf məcbur etdi.
Azərbaycan hər zaman istədiyinə nail olur, hədəfləri reallığa çevirir. Təbii ki, bu uğurlara əsas verən ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətidir. 30 illik işğal dövründə xalqımız hər zaman bu əminliyi ifadə etdi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərində onlar üçün yaradılan şəraitin müvəqqəti olması, tezliklə münaqişənin həll edilərək öz dogma yurd-yuvalarına qayıdacaqları ilə bağlı böyük inamla söylədiyi fikirlər, bu istiqamətdə atılan addımlar xalqın gələcəyə əminliklə baxmasını şərtləndirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunun təsdiqi oldu. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazdı.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır.

Qarabağ ərazisindən qanunsuz hərbi birləşmələrin çıxarılmaması və tərksilah olunmamasında Ermənistan üzərinə böyük məsuliyyət düşür. Çünki 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatına imza atanlar arasında həmin ölkə də var. O cümlədən hazırda danışıqlarda vasitəçi kimi missiyanı öz üzərinə götürən Avropa İttifaqı da qanunsuz erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasına nail olmalıdır.
Bu günlərdə separatçıların qeyri-qanuni silahlılarının bir hissəsi Qarabağı tərk ediblər. Maraqlısı budur ki, separatçı dəstənin arasında bir nəfər də olsun qadın yoxdur. Sosial şəbəkələrdə yayılan görüntülərə diqqətlə baxsaq görərik ki, oradakı şəxslər arasında yaş fərqləri də olduqca böyükdür.
Bölgədə yaşayan ermənilər əgər təşviş yaratmaq və təxribat törətmək niyyətindədirsə, o zaman Azərbaycan tərəfinin antiterror tədbiri keçirməyə tam haqqı vardı. Vətən müharibəsindən sonra rəsmi Bakı müxtəlif platformalarda dəfələrlə bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər burada qala bilərdilər. Bu şərti qəbul etməyənlər üçün isə qapılar açıqdır, Qarabağı tərk edib istədikləri yerdə yaşaya bilərlər. Yəni buradakı ermənilər üçün iki yol vardı, üçüncü yol mövcud deyildi. Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyi dəyişməzdir. Ölkə ərazisində yaşayan və yaşamaq istəyən hər kəs ilk növbədə onun qanunlarına hörmət etməlidir.
Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların havadarlarına müraciət edərək deyirdi ki, bu ölkənin silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur. Qanunsuz xunta rejimi dırnaqarası bayraqlarını cibinə qoyub torpağımızdan çıxmalıdır. Son üç ildə kiçik lokal antiterror tədbirləri aparılıb. Odur ki, erməni silahlı birləşmələri ərazini tərk etmədiyi üçün bu proses yenə də davam etdi. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlayıb. Onlar şərtləri qəbul edərək silahların təhvil verilməyə başlayıblar.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

Sülh və barış içində birgə yaşayış.

Hazırda azad Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Dövlət başçısı cənab İlham Əliyevin sözügedən müraciətində söylədiyi “Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib – elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!” fikirləri özündə bu günümüz və gələcəyimizlə bağlı hədəfləri açıqlayır.”
Antiterror tədbirlərinin uğurla başa çatması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətinin, müdrik və uzaqgörən siyasətinin, xalqımızın dövlət başçısının ətrafında “dəmir yumruq” kimi birləşməsinin məntiqi nəticəsidir.
Azərbaycanın Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən görüşdə Azərbaycanın gələcək birgə yaşayış baxışları onlara çatdırıldı. O da məlumdur ki, Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir neçə ay ərzində Azərbaycan nümayəndələri ilə görüşdən imtina edirdilər.
Cənab İlham Əliyev müraciətində bu məqama diqqəti yönəldərək bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir.”
Dövlət başçısı cənab İlham Əliyevin hər bir çıxışı, xalqa müraciəti, müsahibələri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə zəngindir. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi: “Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər – nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin.”

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

Erməni terroru.

Terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Terrorizm siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır. Çox təəssüf ki, bu gün tarixi, dini, mədəniyyəti, dili olmayan ermənilər tərəfindən bu törədilir. Terror aktları insan tələfatları ilə nəticələnir və güclü psixoloji gərginliklər yaşanılır. Real həyatda terror aktlarından daha çox günahsız kütlə, dövlət adamları ziyan çəkir. Bu siyasi, iqtisadi və mənəvi ziyanla nəticələnir və hər bir dövlət, hər bir insan bunun qurbanına çevrilə bilər. Azərbaycan da zaman-zaman ermənilər tərəfindən terror aktları törədilmiş terror aktlarının acı nəticələrini yaşayıb.
Vurğulamaq yerinə düşər ki, təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər.
Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı olaraq sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində hərbi qulluqçularımız, mülki şəxslər həlak olub və yaralanıb. Bütün bu genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə məhv edilib.
Kimsəyə sirr deyil ki, hazırda dünyada sülhü və təhlükəsizliyi əsas götürən bütün ölkələrin gündəmindəki ana maddələrdən birini məhz terrorçuluğa və beynəlxalq terrorizmə qarşı mübarizə təşkil edir. Eyni zamanda, uzun illərdir ki, erməni terroruna məruz qalan ölkəmiz də bu mübarizədə ön sıralarda yer alır. Beynəlxalq terrorizmə qarşı mübarizədə sərgilədiyi əməkdaşlıqla yanaşı, Azərbaycan həm də yerləşdiyi bölgədə sülhün bərqərar olmasında mühüm rola malikdir. Lakin Ermənistanın işğalçı və terrorçu siyasəti hazırda Cənubi Qafqaz bölgəsinin inkişafına, dövlətlərarası münasibətlərin daha yüksək səviyyədə qurulmasına, o cümlədən, dünyaya inteqrasiyanın daha yüksək sürətlə baş tutmasına və sülhün təminatına ən böyük maneədir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

İşğaldan azad olunmuş bütün ərazilər inkişaf olunacaqdır.

Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcəkdir. Əldə olunan Qələbə iqtisadiyyatda yeni inkişaf perspektivləri müəyyən edib. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunur.
Dövlətimizin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınıb. Ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilir. Regionda həm iqtisadi inkişafına, həm də dünya dövlətləri arasında nüfuzuna görə lider olan Azərbaycanla birgə layihələr həyata keçirməyə maraqlı olan dövlətlər yaxşı bilirlər ki, dövlətimiz gündən günə güclənir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Erməni terroru.

Azərbaycanın Rəşadətli Ordusunun Qarabağda qanunsuz erməni hərbi birləşmələrinə qarşı həyata keçirdiyi lokal antiterror tədbirləri xalqımız tərəfindən böyük qürur hissi ilə qarşılanır. Qarabağda mövcud olan Ermənistan hərbi birləşmələri və qondarma rejimin qanunsuz silahlı dəstələri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdid idi. Ordumuzun peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri nəticəsində qarşı tərəf qısa müddətdə ağ bayraq qaldırmağa məcbur oldu. Prezident cənab İlham Əliyev sentyabrın 20-də xalqa müraciəti zamanı antiterror tədbirlərinin səbəb və məqsədləri barədə geniş məlumat verdi.
Son zamanlar erməni tərəfinin hərbi təxribatları xeyli artmışdı. Buna paralel olaraq Ermənistan və xarici havadarları guya Azərbaycanın Qarabağ ermənilərini “blokadada saxlaması” barədə beynəlxalq miqyasda qərəzli kampaniya aparırdılar. Lakin dövlətimiz bu yalanı konkret faktlarla ifşa edirdi. Qarabağda antiterror tədbirləri də məhz belə bir şəraitdə keçirildi. Bu, Prezidentimizin dəmir iradəsinin, qətiyyətinin və milli maraqlarımızı dönmədən qorumasının parlaq ifadəsidir. Xalqa müraciətində də Prezident qeyd etdi ki, beynəlxalq vasitəçilər antiterror tədbirlərinin hansı şərtlər əsasında dayandırılacağını soruşduqda cavab konkret olub. Dövlətimizin başçısı deyib: “Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir”. Bundan sonra bizim şərtlərimiz qəbul edilib və bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə də məcbur oldular. Prezidentimizin dediyi kimi, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir.
Dövlətimizin mövqeyi regionumuzda sülhün təmin olunmasından ibarətdir. Amma müəyyən beynəlxalq güclər var ki, gərginliyi saxlamağa çalışırlar. Prezident cənab İlham Əliyev xalqa müraciətində bununla bağlı bildirdi ki, bu bölgə əsrlər boyu davalar, savaşlar məkanı olub və buna son vermək lazımdır. Dövlətimizin başçısı Azərbaycan və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyinə, sülh müqaviləsinin imzalayacağına və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacağına ümid etdiyini diqqətə çatdırdı.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – Alagöz Namazova

 

 

Rəsmi İrəvanın mina terrorunun acı fəsadları.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakət ağlasığmaz dərəcədə böyükdür. Qarabağ bölgəsini 30 ilə yaxın işğal altında saxlayan ermənilər orada kütləvi yanğınlar törədib, meşəlikləri, xüsusi ağac və bitki növlərini məhv edib, vəhşi heyvanları belə öldürməkdən çəkinməyiblər. Erməni vandallarının törətdiyi ekoloji terror su mənbələrimizin korlanmasına, flora və fauna sisteminin ciddi məhvinə, meşələrimizin qırılmasına, regionun ekoloji tarazlığının pozulmasına gətirib çıxarıb. Ərazilərimiz düşmən tapdağında olduğu müddətdə tanınmaz hala salınıb, viran edilib, xarabalığa çevrilib.
SSRİ dövründə əsas mina zavodlarından birinin Ermənistanın paytaxtı İrəvanda yerləşdiyindən bu ölkənin Azərbaycana təhvil verdiyi xəritələrə görə, yalnız Ağdam və Füzulidə 97 min mina basdırılıb.
Rəsmi Bakı erməni sabotaj qruplarının Azərbaycan ərazilərində basdırdığı minaların altı azərbaycanlının, o cümlədən dörd polis əməkdaşının həlak olmasına səbəb olduğunu bəyan edib. Azərbaycan ermənilərin bu terror aktlarının Ermənistanla sülh prosesinə ciddi zərbə vurduğunu bəyan edir, həmçinin İrəvandan qanunsuz hərbi birləşmələrini Qarabağdan dərhal çıxarmağı tələb edir. Prezident cənab İlham Əliyev ermənilərin mina terrorunun azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasında başlıca əngəl olduğunu dəfələrlə bildirib. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisələri terror aktı kimi qiymətləndirib və müvafiq maddələrlə cinayət işi açılıb.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi.

24 saatlıq anti-terror əməliyyatı növbəti dəfə Ermənistana, onun havadarlarına Azərbaycan ordusunun gücünü və nəyə qadir olduğunu göstərdi. 24 saatlıq lokal xarakterli anti-terror əməliyyatı Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı. Ordumuzun Qarabağdakı separatçı rejimə və oradakı qeyri-qanuni erməni silahlı qüvvələrə qarşı apardığı 24 saatlıq lokal xarakterli anti-terror əməliyyatı növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm zəfəri ilə nəticələndi. 1 günlük lokal xarakterli anti-terror əməliyyatı Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin təslim olmasına kifayət etdi.
Sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Razılığa əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxır, tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir və qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirəsi ilə bağlı Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirildi. Ermənilər Azərbaycanın şərtləri ilə razılaşmağa məcburdur.
Cənab Prezidentin öz çıxışında toxunduğu məsələlər Azərbaycanın yaratdığı yeni
reallıqlardan qaynaqlanır. Başqa sözlə desək Azərbaycan bütün dünyaya güclü dövlət
olduğunu, güclü orduya sahib olduğunu sübüt edə bilib və həm Ermənistan, həm də ona
havadarlıq edənlər də bilir ki, bu gün nə qədər revanşist açılamalarla çıxış etsələr də
müharibə dövründə fərarilik edən erməni toplumu ilə Azərbaycanın yaratdığı reallığa qarşı gəlmək mümkün deyil. Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün mümkün ssenarilərə uyğun davranmağa hazırdır və bütün şərtlərdə dövlətimizin maraqları ən yüksək səviyyədə təmin ediləcək”.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki