image-qanunla-reklam
image-8d218748-d716-402a-a3a1-6b2c38e557c1

AZƏRBAYCAN İLƏ GÜRCÜSTAN ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

image-lady-day-az

AZƏRBAYCAN İLƏ GÜRCÜSTAN ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

Aprelin 15-də Mixeil Kavelaşvilinin ölkəmizə Gürcüstan Prezident kimi ilk xarici səfərini məhz Azərbaycana etməsi ölkələrimiz arasında əlaqələrə verilən əhəmiyyəti bir daha göstərdi. Ertəsi gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycanın dövlət başçısı ilə təkbətək görüşü keçirildi. Görüşlərin yekununda Prezident İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Prezidenti Mixeil Kavelaşvilini salamlayan cənab Prezident İlham Əliyev bildirib ki, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar, indi də bu, belədir. Dövlətlərarası münasibətlər yüksək səviyyədədir. Azərbaycan və gürcü xalqları arasındakı dost və qardaşlıq əlaqələrinin çox qədim tarixi kökləri vardır. Qonşu xalqlar arasında hər zaman sıx əlaqələr mövcud olub və bu gün də qalmaqdadır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur. Müstəqillik qazandıqdan sonra da Gürcüstan və Azərbaycan daim bir-birinin yanındadır. Gürcüstan Şərq-Qərb arasında mühüm tranzit məntəqələrindən biri hesab olunur. Geostrateji yerləşməsinə görə mühüm nəqliyyat şəbəkəsinə malik olan Gürcüstan həm Qərb ölkələri, həm də regional dövlətlər üçün strateji tərəfdaş kimi səciyyələnir. Azərbaycanla Gürcüstan arasındakı münasibətləri sadəcə olaraq coğrafi yaxınlıq anlayışı ilə izah etmək olmaz. Bu əlaqələr dərin tarixi bağlara, ümumi maraqlara və strateji tərəfdaşlığa əsaslanır. İki ölkə arasında əməkdaşlıq təkcə ikitərəfli çərçivədə deyil, həm də regional və beynəlxalq arenada mühüm rol oynayır. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sabitlik və inkişaf üçün strateji körpü rolunu oynayır. Hər iki ölkə enerji, nəqliyyat və logistika sektorlarında birgə layihələr həyata keçirməklə regional əməkdaşlıq modeli yaradır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər strateji layihələr əməkdaşlığın uğurlu nəticələrindən yalnız bir neçəsidir. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməklə yanaşı, regional təhlükəsizlik məsələlərində də oxşar mövqedən çıxış edirlər. Azərbaycanın xüsusilə Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsində göstərdiyi açıq dəstək bu tərəfdaşlığın həm siyasi, həm də mənəvi cəhətdən nə qədər güclü olduğunu sübut edir. Azərbaycanın bu məsələdə prinsipial mövqeyi və beynəlxalq hüquqa əsaslanan yanaşması həmrəylik nümayiş etdirir. Bu əlaqələrin son vaxtlar dərinləşməsinin göstəricisi kimi Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də Azərbaycana səfərini xüsusi qeyd etmək lazımdır. Belə ki, İ.Kobaxidze yenidən baş nazir seçildikdən sonra ilk səfərini Azərbaycana edib. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi.Gələcəyə gəlincə, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın dərinləşəcəyi və qarşılıqlı əməkdaşlıq formatlarının yeni sahələri əhatə edəcəyi gözlənilir. Bu münasibətlər təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın sabitliyi və inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Əminik ki, Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri iki dövlət arasında dostluq və hərtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafına kömək olacaqdır.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının mühasibi

Qalib Nağıyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki