image-qanunla-reklam
image-save_20210713_115700

Azərbaycan İslam mədəniyyətinin inkişafında böyük töhfələr verir

image-lady-day-az

Azərbaycan İslam mədəniyyətinin inkişafında böyük töhfələr verir

Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərə qayıdış istiqamətində mühüm addımlar atıldı. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını İslam dini təşkil edir. Bu dəyərlər sistemi xalqımızın mənəvi dayağına çevrilmişdir. Sonuncu səmavi din olan İslam dini öz universallığı, mütərəqqiliyi və rasionallığı ilə digər səmavi dinlərdən fərqlənir. Dini dəyərlər hər bir xalqın taleyində mühüm rol oynayır. Bu dəyərlər yad mədəniyyətlər qarşısında ən güclü və yeganə özünüqoruma vasitəsidir. Qloballaşma və sivilizasiyaların toqquşması kimi qərb imperiyalizminə xidmət göstərən nəzəriyyələr, milli dəyərlərin dağıdılmasına yönəlmiş planların tərkib hissəsidir. S.Hantinqton, H.Kissincer və digər yəhudi əsilli amerikalı filosof və srateqlər dünyanın Qərb dəyərlər sisteminə uyğunlaşdırmaq üçün digər sivilizasiyaların məhv edilməsini nəzərdə tutan uzunmüddətli strateji nəzəriyyələr irəli sürmüşlər. Bu gün təbliğ olunan Qərb dəyərləri xalqımızın min illərdir formalaşan dəyərlərinə ziddir. Postkilsə dövrünün sekulyarzminin tətbiq olunması müsəlman dövlətlərinin Qərbin siyasi, iqtisadi, mədəni hərbi təsirinə düşərək və istismar olunmasına gətirib çıxarıb. Azərbaycan islam dünyasının önəmli bir parçasıdır. Müstəqil Azərbaycan öz inkişaf tempinə görə müsəlman dövlətləri arasında qabaqcıl mövqe tutur. Ateist sovet cəmiyyətinin dağılmasından sonra öz milli dəyərlərnə qayıdan Azərbaycan xalqı dövlət din münasibətlərində mühüm mərhələ keçmişdir. Azərbaycanın dövlət din münasibətlərində tətbiq etdiyi model digər dövlətlər üçün nümunə ola bilər. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə məscidlər, ziyarətgahlar bərpa və təmir edilmişdir. Bibiheybət ziyarətgahı ( Həkiməxanım ), Nardaran ziyərətgahı ( Rəhiməxanım ) və Mirmövsüm ağa ziyarətgahı milli memarlıq üslubunda bərpa edilmişdir. Bugün də bu proses davam edir. İşğaldan azad edilmiş torpaqlarda erməni vandalzminə məruz qalmış məscidlər, tarixi abidələr bərpa edilir. Ölkədə digər dinin təmsilçilərinə də tolerant münasibət mövcuddur. Azərbaycanın qısa müddət ərzində tətbiq etdiyi uğurlu model bir çox müsəlman dövlətləri tərəfindən öyrənilir. Azərbaycan bu gün dünyada və islam aləmində böyük nüfuz sahibidir. Bugün atılan addımlar Azərbaycanın parlaq gələcəyini təmin edəcəkdir.

Rauf Musayev,
Saatlı rayon Mircəlal kənd tam orta məktəbinin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki