image-qanunla-reklam
image-bf89b84b-dd15-3582-84c2-107f890ef0ea_850-1

Azərbaycan Kubokunun 32 illik tarixində qol rekordu qeydə alınıb

image-lady-day-az

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində 32 qol vurulub.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, bu, yarışın 32 illik tarixində mütləq rekorddur.

Bu raundda “Sabah” – “Qarabağ” (1:7, 4:3), “Sumqayıt” – “Neftçi” (2:3, 1:1), “Səbail” – “Zirə” (1:2, 0:3) və “Araz-Naxçıvan” – “Qəbələ” (1:1, 0:2) duelləri baş tutub.

Bununla da 1/4 final mərhələlərinin ən yüksək məhsuldarlığı qeydə alınıb.

Əvvəlki illərdə rekord 2015/16 mövsümündə reallaşıb. Həmin vaxt dörd cütdə 29 qol vurulub.

Həmin vaxt “Rəvan” “İnter”lə (2:1, 0:3), “Qarabağ” “Sumqayıt”la (2:0, 4:1), “Xəzər Lənkəran” “Neftçi” ilə (3:2, 0:2), “Zirə” “Qəbələ” ilə (1:2, 1:5) üz-üzə gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki