Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində V tura start veriləcək.
Qanunla.Az xəbər verir ki, Azərbaycan millisi A qrupunda 4-cü matçına çıxacaq.
Canni de Byazinin yetirmələri İrlandiya ilə üz-üzə gələcək. Dublindəki matç autsayderlərin dueli olacaq.
Hər iki komanda buna qədər keçirdiyi üç matçda uduzub. Sonuncu sırada olan millimiz irəliləmək üçün mütləq qalib gəlməlidir. İrlandiya isə heç-heçə ilə də mövqeyini qoruyacaq. Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa eyni – 1:2 hesabı ilə uduzan de Byazinin komandası uğursuz seriyanı səfərdə qırmağa çalışacaq.
Qeyd edək ki, millimiz sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.