image-qanunla-reklam
image-1661110520-fotojet-2022-08-21t231729-488

Azərbaycan millisi tarixi uğura imza ATDI

image-lady-day-az

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında tarixi uğura imza atıb.

“Qanunla.az”  xəbər verir ki, yığma məsul yarışda 10 çəkinin 8-də təmsil olunmasına baxmayaraq, komanda hesabında dünya ikincisi olub.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında mundialda iştirak edən 8 idmançıdan 5-i fəxri kürsüyə qalxıb.

Nihad Quluzadə (55 kq), Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov dünya çempionu olub. Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (82 kq) isə bürünc medal qazanıb. Beləliklə, 3 qızıl və 2 bürünc medal əldə edən milli 119 xalla dünya ikincisi olub. İran (174) birinci, Ukrayna (93) isə üçüncü yeri tutub.

Qeyd edək ki, 119 xal bu yaş qrupu üzrə dünya çempionatlarında yunan-Roma güləşi üzrə yığma üçün yeni rekorddur. Həmçinin milli həm medalların əyarına, həm də sayına görə son 8 ilin ən yaxşı nəticəsinə imza atıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki