image-970_50
image-yenigundem_9261234143defc9c3e645da35b4eb657_u740etp3b69vqk5nwj2i-620x400

Azərbaycan müstəqil şəkildə Dağlıq Qarabağ probleminə son qoydu

image-728_90

Artıq Dağlıq Qarabağ problemi başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı şanlı tarixlə regionda və dünyada yeni reallıqlar yaradıb. Bu qələbə eyni zamanda Azərbaycanın iqtisadi qüdrətinin daha da artması üçün real zəmin formalaşdırıb.

Qarabağ probleminin həllindən sonra Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya regionlarında – bütövlükdə Türk dünyasında inkişafın yeni mərhələsinə yüksəlmək üçün real şanslar yaranıb. Bu gün həmin reallıqların ölkəmizin qarşısında geniş imkanlar açdığının şahidiyik. Hazırda “Dağlıq Qarabağ” adında ərazi subyekti yoxdur və olması da mümkün deyil. Bu gün Azərbaycan yalnız öz daxilində deyil, regionda və dünyada təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısı kimi çıxış edir. Bütün bunlar elə öz növbəsində Cənubi Qafqazda yeni reallıqların yaranması deməkdir.

Azərbaycan 44 gün ərzində Qarabağ problemini güc yolu ilə həll etməklə tarixi ədaləti, beynəlxalq hüququ yoluna qoydu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Müharibənin qalibi olan İlham Əliyev Ermənistanı Azərbaycanın milli maraqlarını tam diktə edən bəyanata imza atmağa məcbur etdi. Bəyanatın Azərbaycan ərazilərinin azad olunması ilə bağlı olan bəndləri icra olunub. Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Bütün bunların fonunda görünən həm də odur ki, Ermənistanın başına gələnlərin, bütün dünyada milli ləyaqətinin sınmasının səbəbi bu ölkənin başında duranların yürütdüyü işğal siyasətidir.

Bu gün dönüb arxaya baxanda görürük ki, İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin qayəsini torpaqlarımızın işğaldan azad olunması təşkil edib. Bu müharibə və Qələbə üçün hazırlıq işləri yalnız ordu quruculuğu ilə məhdudlaşmayaraq kompleks mahiyyət daşıyıb. Hazırlığın bir istiqaməti də Dağlıq Qarabağ məsələsi ilə bağlı, xüsusən erməni lobbisinin dünyada formalaşdırdığı stereotipləri dağıtmaq, əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq olub. Bu baxımdan Vətən müharibəsində hərbi-siyasi Qələbənin qazanılmasında İlham Əliyevin mütərəqqi informasiya siyasəti olduqca böyük rol oynadı. Lakin müharibə başa çatsa da, Azərbaycan yeni reallıqlar yaratsa da, informasiya siyasətində geri qalmaq olmaz. Çünki düşmən Azərbaycana qarşı informasiya cəbhəsində qarayaxma kampaniyasını davam etdirir.

Bu gün dövlət başçısı tarixi qələbəmizə kölgə salmaq, onun miqyasını kiçiltmək istəyənlərə tutarlı cavab verir. Birmənalı şəkildə demək olar ki, İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır. Belə ki, müharibə nəticəsində təkcə 7 rayonumuz işğaldan azad edilməyib, ordumuzun qələbəsi sayəsində keçmiş vilayətin xeyli ərazisi də düşmən işğalından azad olunub və bu yerlərə özümüzdən başqa heç kim  sahib çıxa bilməz.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki