image-qanunla-reklam
image-save_20210328_182312

Azərbaycan Ordusu öz şərəfli missiyasını yerinə yetirdi

image-lady-day-az

Azərbaycan Ordusu öz şərəfli missiyasını yerinə yetirdi

Bu gün Azərbaycan cəmiyyəti Qələbə sevincini yaşayır. Bildiyimiz kimi dekabrın 10 – da Bakıda Zəfər paradı keçirildi .Bu möhtəşəm tədbir cəmiyyətimizdə böyük ruh yüksəkliyi ilə qarşılanıb. Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirtdiyi növbəti hərbi təxribat düşmən ölkənin acınacaqlı və biabrçı məğlubiyyəti ilə başa çatdı. Belə ki, bu təxribata cavab olaraq Ali Baş Komandan ilham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması və işğalçı ölkə üçün kapitulyasiya aktı kimi dəyərləndirilən üç tərəfli Bəyanatın imzalanması ilə nəticələndi.Beləliklə Azərbaycan 30 ilə yaxın davam edın münaqişəni həll etdi,özü də buna güc yolu və siyasi vasitələrlə nail oldu.Yəni Azırbaycan öz gücü hesabına hərbi- siyasi yolla bu problemi həll etdi.
Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu və möhkəmləndirdiyi, minalandığı mürəkkəb konsturuksiyalı mühəndis – istehkam qurğuları və digər müdafiə sistemləri ordumuz tərəfindən ilk həmlədə yarıldı.Beləliklə ,Azərbaycan Ordusu gücü və qüdrəti barədə söylənən fikirləri ilk gündən döyüş meydanında sübuta yetirdi.Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəsmi instagram səhifəsində etdiyi paylaşımda da vurğulandığı kimi,”Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq!Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq.Onlar bizim qəlbimizdə daim yaşayacaq”.Bəli hər zaman mənfur qonşuların ərazi iddiaları nəticəsində suverenliyimiz və müstəqilliyimiz təhdid altında olsa da ,Azərbaycan xalqı bir yumruğa çevrilib erməni qəsbkarlarının layiqli cavabını verə bildi.Prezident İlham Əliyevin də dediyi kimi ,bizim dəmir yumruğumuz həm birliyimizi ,həm də gücümüzü təcəssüm etdirir.Bu dəmir yumruq düşmənin belini qırdı,düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bütün dünyaya sübut etdik ki,Azərbaycanın öz əzəli -əbədi torpaqlarını heç vaxt düşmən tapdağı altında qoymaz.Azərbaycanın müzəffər Ordusu buna imkan vermədi və öz tarixi missiyasını şərəflə yerinə yetirdi.

Rübabə Quliyeva
Saatlı rayon Fətəlikənd tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki