image-qanunla-reklam
image-media-333-9u3h6amgyf0vwes4qp5n

Azərbaycan-Pakistan əlaqələri yeni inkişaf dövrünü yaşayır

image-lady-day-az

Azərbaycan-Pakistan əlaqələri yeni inkişaf dövrünü yaşayır

Tarixi Zəfərimizdən sonrakı dövrün reallıqları Azərbaycanın bütün sahələrdə, xüsusilə xarici siyasətdə yeniliklərə imza atdığını təsdiqləyir. Bu, özünü həm ikitərəfli əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsində, həm də beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsində özünün aydın ifadəsini tapır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu daim artırmasına stimul verir. Belə ki, Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri iki dost, qardaş ölkənin münasibətlərinin dünəni və bu günü əsasında yeni prioritetlərin müəyyənləşdirilməsinə geniş imkanlar açacaq. “Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq” fikirləri ilə dostluğumuzun, qardaşlığımızın dildə deyil, atılan hər bir real addımda öz təsdiqini tapdığını əsaslı şəkildə diqqətə çatdıran Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif  belə bir əminliyi də ifadə  etdi ki, bu  səfər iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmlənməsini təmin edəcək.

Tarixi Zəfərimiz Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının sarsılmazlığının  təqdimatı oldu. Hər iki qardaş ölkə  müharibə başlanan andan Azərbaycana  siyasi və mənəvi dəstəyini əsirgəmədi. Təbii ki, bu dəstək ölkəmizə böyük güc verdi. Xalqımız bu dəstəyin yaratdığı sevinc və qürur hissini  üç qardaş ölkənin  bayraqlarını birgə dalğalandırmaqla nümayiş etdirdilər. Pakistan və Türkiyənin ölkəmizə dəstəyi yalnız  44 günlük İkinci Qarabağ müharibəsi ilə bağlı deyil. 30 illik işğal dövründə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən haqlı mövqeyi hər iki dost ölkə tərəfindən ən yüksək tribunalardan bəyan edilib və müdafiə olunub.  Bu fakt da hər kəsə məlumdur ki, Pakistan Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. 1993-cü ildə  BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 saylı  qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib. Dövlət başçısı İlham Əliyev  Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşündə   bu məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Hər bir səfər münasibətlərdə yeni bir səhifənin açılmasıdır

Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edən  dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir.  Hər bir səfərin əhəmiyyətini nümayiş etdirən mühüm məqamlardan biri də əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanmasıdır. Dövlətimizin başçısının bu səfəri çərçivəsində 10-dan artıq   sənəd imzalandı. Ümumilikdə indiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır. Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Bu baxımdan bu günlərdə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşü oldu. Hər bir səfər münasibətlərdə yeni bir səhifənin açılmasıdır. Səfər çərçivəsində cənab İlham Əliyevin pakistanlı həmkarı Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü keçirildi və əməkdaşlığın gələcək prioritetləri müzakirə olundu.

Ölkələrimiz arasında əməkdaşlığın yeni və daha güclü formatlarda inkişaf etdirilməsi də  diqqətdən kənarda qalmır.  Astanada “ŞƏT plyus” formatında keçirilən görüş çərçivəsində  Prezident İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə  üçtərəfli görüş keçirildi. Üç dost ölkə arasında əlaqələr müxtəlif səviyyələrdə qurularaq uğurla inkişaf edir. O da məlumdur ki, ötən ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Bakıda üçtərəfli görüşü keçirildi və imzalanan Bakı Bəyannaməsi münasibətlərin hazırkı inkişafının yol xəritəsi oldu. Astana görüşündə iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini söyləməyə əsas verir. Dövlət başçısı İlham Əliyevin Pakistana sözügedən səfərinin yekunu olaraq mətbuata bəyanatında bildirdi ki, hər zaman əməkdaşlıq etmişik. Hazırda  ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar planlarımızdır və bütün planlarımız icra olunacaq.

Əlbəttə,  2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Azərbaycanın  Cəmmu və Kəşmirlə bağlı mövqeyi məlumdur.  İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycan-Pakistan əlaqələri illər ərzində yüksələn xətlə inkişaf edib, strateji müttəfiqlik səviyyəsinə çatıb

Azərbaycanın müstəqilliyinin ilk illəri son dərəcə ağır keçib. Demək olar ki, bütün sahələr böhran içində idi, iqtisadi, siyasi tənəzzül getdikcə dərinləşirdi. Bir tərəfdən də işğalçı Ermənistanın ərazilərimizi hərbi yolla zəbt etməsi, vətəndaşlarımızın məcburi köçkün vəziyyətinə düşməsi vəziyyəti daha da gərginləşdirirdi. Bundan başqa, ölkəmizin həm daxili, həm də xarici siyasətində çaşqınlıq hökm sürürdü, vahid dövlət siyasəti formalaşmamış, ortada konkret mövqe də yox idi. Təbii ki, bütün bunlar xarici ölkələrlə münasibətlərin qurulmasına, ümumiyyətlə, ölkəmizin mövcud beynəlxalq sistemə daxil olmasına ciddi maneələr yaradırdı. Belə bir durumda bizə ürəkdən dəstək verən, Türkiyədən sonra dövlətimizin müstəqilliyini ikinci tanıyan, ilk diplomatik münasibətlər quran qardaş Pakistan olub. Dost ölkə bu əlaqələrə hər zaman xüsusi önəm verib və daim gündəmdə saxlayıb. Odur ki, Azərbaycan-Pakistan əlaqələri bu illər ərzində yüksələn xətlə inkişaf edib, strateji müttəfiqlik səviyyəsinə çatıb.

Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin dekabrında beynəlxalq tədbir çərçivəsində həmin vaxt Pakistanın Baş naziri olmuş Benazir Bhutto ilə görüşünü xatırladan AHİK sədri bildirib ki, məhz bundan sonra təmaslar və qarşılıqlı səfərlər intensivləşdi, ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə Pakistanın ovaxtkı prezidentinin ölkəmizə, 1996-cı ildə isə Ümummilli Lider Heydər Əliyevin qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizdə yeni səhifələr açdı. Dövlətimizin başçısı İlham Əliyev ilk dəfə prezident seçildikdən sonra da Pakistanla əlaqələr ölkəmizin xarici siyasətində prioritet olub, yüksək səviyyəli münasibətlər davam etdirilib. Qarşılıqlı rəsmi və işgüzar səfərlər, eləcə də beynəlxalq tədbirlər çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində baş tutan görüşlər, faydalı əməkdaşlığa dair aparılan müzakirələr münasibətlərin dinamikasına təkan verib, bir çox sahələr üzrə əməkdaşlığın genişlənməsinə şərait yaradıb”.

Ümumiyyətlə, münaqişə dövründə Azərbaycanın xarici siyasətinin əsas istiqamətini Ermənistanın işğal siyasətini dünyaya çatdırmaq və onun həllinə nail olmaq təşkil edib. Həmin dönəmlərdə Pakistan bizim haqq işimizə səmimi-qəlbdən dəstək verib, qəti və birmənalı mövqe sərgiləyərək ölkəmizin ərazi bütövlüyünü qlobal aləmdə davamlı şəkildə müdafiə edib, Azərbaycan dövləti və xalqı ilə həmrəy olub. Pakistan bu səbəbdən Ermənistanla diplomatik münasibətlər qurmayıb, hətta onun müstəqilliyini, bir dövlət kimi varlığını belə tanımayıb. Yeri gəlmişkən, Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul olunmasında rəsmi İslamabadın xüsusi xidmətləri danılmazdır. Bütün bunlar, sözsüz ki, haqq və ədalətə söykənən siyasətdir, səmimi və təmənnasız dostluğun təzahürüdür”.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Ölkəmizdə və dünyada bir sıra nəcib missiyaların, humanitar layihələrin müəllifi olan Heydər Əliyev Fondu Pakistanda da sosialyönümlü işlər görüb

Eyni zamanda, dünyaya səs salan, bənzərsiz Qələbə ilə tariximizdə yeni səhifə açan, təcavüzkar ordunun məhvi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi zamanı dost ölkə möhtəşəm dəstəyini ifadə edərək Azərbaycanın yanında olduğunu rəsmən bəyan etdi. Hər gün Pakistanın mediası yenilənən xəbərlərlə müharibə ilə bağlı məlumatlar verir, reallığı, əsl həqiqəti qardaş ölkə və dünya ictimaiyyətinə çatdırırdı. Qələbə xəbərlərinə isə qardaş xalqın nümayəndələri bizim qədər sevinir, sosial şəbəkələr vasitəsilə hisslərini bölüşürdülər. Buna minnətdarlıq rəmzi olaraq ölkəmizin hər yerində Pakistanın bayrağı bizim bayraqla birgə qaldırılırdı. Nəzərinizə çatdırım ki, Cəmmu və Kəşmir məsələsində də Azərbaycanın mövqeyi dəyişməzdir. Belə ki, dövlətimiz problemin beynəlxalq hüquq çərçivəsində, BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir.

Ölkəmizdə və dünyada bir sıra nəcib missiyaların, humanitar layihələrin müəllifi olan Heydər Əliyev Fondu Pakistanda da sosialyönümlü işlər görüb. Fondun dəstəyi ilə qardaş ölkədə pulsuz tibbi diaqnostika və əməliyyatlar həyata keçirilib, dəfələrlə xeyriyyə tədbirləri təşkil olunub. Bilavasitə Mehriban xanım Əliyevanın dəstəyi ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub. Təbii ki, qeyd etdiklərim Fond tərəfindən qardaş ölkədə görülən işlərin sadəcə bir qismidir. Bu möhtəşəm xidmətlərinə görə, Mehriban xanım dəfələrlə Pakistanın ali mükafatları ilə təltif olunub.

Prezident İlham Əliyevin qardaş ölkəyə budəfəki səfərinin münasibətlərimizin gələcək inkişafı baxımından böyük önəm kəsb etdiyini vurğulayan Konfederasiya sədri bildirib: “Öncə onu deyim ki, dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında dost ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Bu, Azərbaycan Prezidentinə xüsusi hörmətin və dərin ehtiramın əlamətidir. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr, həmçinin imzalanan sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsinə, strateji tərəfdaşlığın genişlənməsinə və inkişafına ciddi təsir edəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatında ölkəmiz, Prezident İlham Əliyev haqqında səsləndirdiyi səmimi fikirlər, iki ölkənin dostluğunun səviyyəsini əks etdirən ifadələr, həqiqətən də qürurvericidir. Prezident İlham Əliyev də çıxışında ikitərəfli münasibətlərdə bir sıra vacib məqamlara toxundu, xüsusilə iqtisadiyyat, ticarət və sərmayələr sahəsində tərəfdaşlığın gücləndiriləcəyini bəyan etdi. Eləcə də beynəlxalq səviyyədə qardaş ölkələrin bir-birini müdafiə edəcəyi, həmrəylik göstərəcəkləri xüsusi olaraq qeyd olundu. Bu, göstərir ki, Azərbaycanla Pakistanın əlaqələri mövcud və yeni əlavə olunmuş istiqamətlər üzrə bundan sonra da dinamik inkişaf edəcək.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, ölkələrdən biri də qardaş Pakistandır

Tarixi Zəfərimizdən sonrakı dövrün reallıqları Azərbaycanın bütün sahələrdə, xüsusilə  xarici siyasətdə yeniliklərə imza atdığını təsdiqləyir. Bu, özünü həm ikitərəfli əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsində, həm də beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsində özünün aydın ifadəsini tapır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu daim artırmasına stimul verir. Belə ki, Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

Dövlət başçısı İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri iki dost, qardaş ölkənin münasibətlərinin dünəni və bu günü əsasında yeni prioritetlərin müəyyənləşdirilməsinə geniş imkanlar açacaq. Tarixi Zəfərimiz Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının sarsılmazlığının  təqdimatı oldu. Hər iki qardaş ölkə  müharibə başlanan andan Azərbaycana  siyasi və mənəvi dəstəyini əsirgəmədi. Təbii ki, bu dəstək ölkəmizə böyük güc verdi. Xalqımız bu dəstəyin yaratdığı sevinc və qürur hissini  üç qardaş ölkənin  bayraqlarını birgə dalğalandırmaqla nümayiş etdirdilər.

Pakistan və Türkiyənin ölkəmizə dəstəyi yalnız  44 günlük İkinci Qarabağ müharibəsi ilə bağlı deyil. 30 illik işğal dövründə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən haqlı mövqeyi hər iki dost ölkə tərəfindən ən yüksək tribunalardan bəyan edilib və müdafiə olunub.  Bu fakt da hər kəsə məlumdur ki, Pakistan Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. 1993-cü ildə  BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 saylı  qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.

Dövlət başçısı İlham Əliyev  Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşündə   bu məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Əlbəttə,  2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Azərbaycanın  Cəmmu və Kəşmirlə bağlı mövqeyi məlumdur.  İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq, ədalət, beynəlxalq hüquq Pakistanın  tərəfindədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir.

Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edən  dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir.  Hər bir səfərin əhəmiyyətini nümayiş etdirən mühüm məqamlardan biri də əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanmasıdır. Dövlətimizin başçısının bu səfəri çərçivəsində 10-dan artıq   sənəd imzalandı. Ümumilikdə indiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir

İki ölkənin münasibətləri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Münasibətlərimizin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. 11-12 iyul tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana dövlət səfəri və ölkəmizin başçısının yüksək səviyyədə qarşılanması da bu faktı təsdiqləyir. Səfər çərçivəsində bir sıra mühüm tədbirlər baş tutub, ikitərəfli və regional məsələlər ətrafında aktual müzakirələr aparılıb.

Pakistan Ermənistanın işğalçılıq siyasətinə görə bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Bu isə qardaşlıq mövqeyidir. Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxışında qeyd etdiyi kimi, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olub. Dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır”. Cənab Prezident, həmçinin, Cəmmu və Kəşmir məsələsində Azərbaycanın Pakistana dəstəyini ifadə edib.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə ölkəsində Azərbaycana xüsusi rəğbət bəslənildiyini diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin dərinləşməzinə Azərbaycan Prezidentini xüsusi töhfə verməsindən məmnunluğunu ifadə edib. Pakistanın Baş naziri ölkəsinin həmişə Qarabağla bağlı Azərbaycanın mövqeyinizi dəstəklədiyini vurğulayıb. Sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib. Eynilə mənim əziz qardaşım, Siz həmişə kəşmirlilərin haqq işini dəstəkləmisiniz… Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur.

Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə də geniş tərkibdə görüşü olub. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi.

Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Onların sırasında ticarət, sərmayə və enerji məsələsi diqqət mərkəzindədir. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlıq da perspektivlidir. Səfər zamanı dövlətimizin başçısı İlham Əliyevin İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda hərbi sərgi ilə tanış olması da müdafiə sahəsində əməkdalığın nümunəsi kimi dəyərləndirilə bilər. Bütün bunlar bir daha münasibətlərimizin uğurla inkişaf etməsinin göstəricisidir. Səfər zamanı imzalanmış dövlətlərarası sənədlər isə əlaqələrimizi daha da gücləndirəcək.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc

 

 

Azərbaycan və Pakistan arasındakı əlaqələr tarixi köklərə, ortaq dini dəyərlərə və qardaşlıq münasibətlərinə əsaslanır

Son illər ərzində Azərbaycanın dünyada nüfuzunun artması, mövqeyinin güclənməsi respublikamızın münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələri daha da inkişaf etmiş və genişlənmişdir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək verir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır.

Azərbaycan və Pakistan arasındakı əlaqələr tarixi köklərə, ortaq dini dəyərlərə və qardaşlıq münasibətlərinə əsaslanır. Bu əlaqələr siyasi, iqtisadi, hərbi və geosiyasi sahələrdə müxtəlif formatlarda özünü göstərir. İki ölkənin strateji mövqeyi və regional təsiri onların qarşılıqlı əlaqələrinin daha da inkişaf etməsinə zəmin yaradır. Azərbaycanın müstəqilliyinin ilk günlərindən etibarən Pakistanın dəstəyi və bugünkü əməkdaşlıq platformaları bu əlaqələrin nə qədər dərin və möhkəm olduğunu göstərir.

Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin dekabrında beynəlxalq tədbir çərçivəsində həmin vaxt Pakistanın Baş naziri olmuş Benazir Bhutto ilə görüşünü xatırladan Çingiz Qənizadə qeyd edib ki, məhz bundan sonra təmaslar və qarşılıqlı səfərlər intensivləşdi, ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə Pakistanın ovaxtkı prezidentinin ölkəmizə, 1996-cı ildə isə Ulu Öndər Heydər Əliyevin qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizdə yeni səhifələr açdı. Dövlətimizin başçısı İlham Əliyev ilk dəfə Prezident seçildikdən sonra da Pakistanla əlaqələr ölkəmizin xarici siyasətində prioritet olub, yüksək səviyyəli münasibətlər davam etdirilib. Qarşılıqlı rəsmi və işgüzar səfərlər, eləcə də beynəlxalq tədbirlər çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində baş tutan görüşlər, faydalı əməkdaşlığa dair aparılan müzakirələr münasibətlərin dinamikasına təkan verib, bir çox sahə üzrə əməkdaşlığın genişlənməsinə şərait yaradıb.

Prezident İlham Əliyevin bu il iyulun 11-12-də Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və uzunmüddətli perspektivdə dərinləşməsini təmin edəcək. Bu səfər dost, qardaş ölkələrimizin münasibətlərinin dünəni və bu günü əsasında yeni prioritetlərin müəyyənləşdirilməsinə geniş imkanlar açacaq. “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır” deyən dövlətimizin başçısı Pakistan ilə Azərbaycanın hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəklədiyini bildirib.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan və Pakistan bütün sahələrdə olduğu kimi, humanitar sahədə əməkdaşlığa da böyük önəm verir

Azərbaycan və Pakistan arasındakı qardaşlıq və müttəfiqlik münasibətləri regional geosiyasətə də mühüm təsir göstərir. Hər iki ölkə strateji mövqelərdə yerləşir və regional təhlükəsizlik və sabitliyə töhfə verir. Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biridir. Bu illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır. Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birinə dəstək verir. Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşdə bu məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Əlbəttə, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Azərbaycanın Cəmmu və Kəşmirlə bağlı mövqeyi məlumdur. İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq, ədalət, beynəlxalq hüquq Pakistanın tərəfindədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir.

Hər bir səfərin əhəmiyyətini nümayiş etdirən mühüm məqamlardan biri də əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanmasıdır. Dövlətimizin başçısının Pakistana dövlət səfəri çərçivəsində 10-dan artıq sənəd imzalandı. Möhkəm qardaşlıq əlaqələri hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. Səfər zamanı imzalanmış sənədlər ticarət, investisiya, tranzit, kiçik və orta biznesin inkişafı, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın yeni səviyyəsinə çatmaq üçün zəmin yaradır. Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarında da qarşılıqlı ticarətin həcminin birmənalı olaraq artırılacağını bildiriblər. Səfər zamanı enerji, infrastruktur və digər sektorlarda 2 milyard dollar məbləğində ilkin investisiyalara dair aparılan müzakirələr hər iki ölkədə iqtisadi inkişafı stimullaşdırmaq və birgə müəssisələr yaratmaq məqsədi daşıyır. Elmi və texnoloji əməkdaşlıq haqqında razılaşmalar isə innovasiya və tədqiqat sahəsini inkişaf etdirərək, yeni iqtisadi imkanlar yaratmağı hədəfləyir. Beləliklə, Azərbaycan-Pakistan əməkdaşlığının şaxələndirilməsi ölkəmizin regional iqtisadi inteqrasiyada rolunu gücləndirir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri kimi Pakistan ölkəmizlə siyasi, iqtisadi və mədəni əlaqələrin yeni tarixi şəraitə münasib şəkildə yenidən qurulmasına çalışmışdır

“Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.

Bu bağlantının böyük sərvət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.

Azərbaycanın dost, qardaş ölkə olan Pakistanla əlaqələr yüksələn bir xətlə inkişafdadır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərməsi münasibətlərin inkişafında müstəsnadır.

Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri çərçivəsində dövlət başçılarının təkbətək görüşü və geniş tərkibdə görüşləri zamanı aparılan müzakirələrdə qarşılıqlı inam və etimad özünü büruzə vermiş oldu. İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanan sənədlər dövlətlərarası münasibətlərdə yeni imkanlar açacaqdır, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında preferensial ticarət Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” və digər sənədlərin imzalanması gələcək əməkdaşlıqda yeni imkanlar vəd edir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Pakistanin Yüksəkrütbəli Rəsmilərinin birmənali bəyanatları bizə əlavə gücqüvvət verdi

Pakistan-Azərbaycan əlaqələri həm də hərbi əməkdaşlıq müstəvisində inkişaf edir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası ilə Pakistan arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş bunun bariz nümunəsidir. Qeyd olunan sənəddə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Pakistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir və bu münasibət qarşılıqlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, günahsız insanlara qarşı hücumları Pakistan xalqı, dövləti tərəfindən daim pislənilmişdi. Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır. “Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Biz əlbəttə, xatırlayırıq ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi” – deyə Prezident bildirib. 2020-ci ilin 27 sentyabr tarixində ölkəmizdə Vətən müharibəsi başlayanda Pakistan xalqı Azərbaycana dəstək nümayiş etdirdi və bizim yanımızda olduqlarını nümayiş etdirdilər. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan da hər zaman mövqeyini bildirdi. Azərbaycana dəstək nümayiş etdirərək yanımızda oldu. “Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur”, – deyən Prezident bildirib ki, İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi: “Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır.” Bu dəstək xalqımız tərəfindən çox böyük rəğbət və sevgi ilə qarşılandı, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqları da dalğalandırılır.

Pakistan dövləti Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəkləyib, ölkəmizə maddi və mənəvi dəstək olub. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından, dostluq və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır. Dövlətlərarası münasibətlərin qısa tarixi dövrünə nəzər salsaq görərik ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki