image-970_50
image-416205218-1

Azərbaycan pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir

image-728_90

Azərbaycan pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir

Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə uğurla davam etdirilir

Artıq iki ilə yaxın bir müddətdir ki, bütün dünyanı öz cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. COVİD-19 pandemiyası qısa zaman ərzində dünyanın inkişaf etmiş ölkələrinin sosial-iqtisadi sahədə inkişafına öz mənfi təsirini göstərdi. Pandemiyanın yayıldığı ilk günlərdən başlayaraq dövlətimiz tərəfindən  vaxtında aparılan qabaqlayıcı tədbirlər ölkəmizin çətin iqtisadi şərait qarşısında tənəzzül etməsinin qarşısını almışdır. Ölkəmizdə virusun yayılma təhlükəsinin yayıldığı ilk gündən cənab Prezidentimiz tərəfindən vaxtında verilən düzgün qərarlar, atılan addımlar, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər bu gün ölkəmizdə bu virusdan dünyasını dəyişənlərin sayını minimum həddə saxlamışdır. Koronavirusla mübarizənin bazasının gücləndirilməsi üçün önləyici tədbirlərin davam etdirilməsi, bu məqsədlə Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, müasir avadanlıqlarla təmin olunmuş tibb ocaqlarının tikilib istifadəyə verilməsi, bununla yanaşı həkimlərimizin öz həyatlarını riskə ataraq insanların sağlamlığının qorunası yolunda etdikləri fədakarlıqlar, həmçinin ölkə ərazisində karantin rejiminin, müxtəlif məhdudiyyətlərin  tətbiqi, maarifləndirici tədbirlər növbəti dövrlərdə virusa yoluxma sayını aşağı səviyyəyə endirməyə müvəffəq olmuşdur. Hal-hazırda Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan bu sınaqdan uğurla çıxmaqdadır.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı 

 

Pandemiya ilə mübarizə işinin effektiv təşkili
üçün ölkənin bütün imkanları səfərbər olunmuşdur

Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülmüşdür. 2020-ci ilin mart ayından bu günə qədər COVİD-19 virusunun baş alıb getdiyi bu dünyada biz də bu çətinliklərlə qarşılaşmışıq. Pandemiya şəraitində yaşayaraq virusun yayılmasını azaltmağa çalışmışıq. Müəyyən addımlar ataraq virusun təsirlərini mümkün qədər azaltmışıq. İstər ölkə əhalisinin yaşayışının yaxşılaşdırılması, istər ölkənin inkişafının davamlılığı, istərsə də iqtisadi kiçilmələrin, geriləmələrin qarşısının alınması üçün Azərbaycan hökuməti sistemli tədbirlər görmüş, mütəmadi addımlar atmışdır.
Pandemiyanının ilk vaxtlarından etibarən həm qarşısı alınmağa çalışılmış, həm də müəyyən vəziyyətlərə hazırlıq üçün tədbirlər görülmüşdür, xəstəxanalar tikilmiş, müasir texnikalarla təmin olunmuş, başqa ölkələrdən tanınmış həkimlər dəvət olunmuşdur. Bununla bitməmiş, son sınaqdan keçirilmiş, ÜST tərəfindən təsdiq edilmiş vaksinlər müəyyən büdcəyə alınaraq ölkəyə əhalinin istifadəsi üçün gətirilmişdir. Xüsusi diqqətimi çəkən məqam isə budur. Bir çox ölkələrdə əhaliyə pulla satılan vaksinlər, Azərbaycan hökuməti tərəfindən xalq üçün ödənişsiz təmin olunmuşdur. Vaksinasiya prosesinin belə rahatlıqla, ödənişsiz və könüllü təşkil olunması Pandemiyanın mənfi təsirlərinin azaldılmasına bir nümunədir.
Bildiyimiz kimi, pandemiyanın ən böyük təsiri iqtisadiyyatadır. Ancaq bu təsir də azaldılmışdır. Görülmüş silsilə tədbirlər isə göz qabağındadır.

Eldar Xəlilov – Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi

 

“Peyvənd millətçiliyi”, peyvəndlərə çıxışla bağlı ölkələr  arasında getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 2021-ci il mayın 31-də keçirilən 74-cü sessiyasında çıxış edərkən Azərbaycan hökumətinin pandemiya dövründə COVID-19-un mənfi təsirinə məruz qalmış vətəndaşlarımızı və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim etdiyini bildirmişdir.
Dövlətimizin başçısı ölkəmizdə karantin rejiminin tədricən yumşaldılmasından danışarkən deyib ki, bu ilin yanvarından Azərbaycanda peyvənd kampaniyası başlanıb və artıq 99,94 faizi “Sinovak”, qalanı “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu, əhalinin 20 faizinin peyvənd olunması deməkdir. 18 yaşdan yuxarı vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir. Pandemiyaya qarşı mübarizə məqsədilə qısa vaxtda respublikamızda 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmiş, COVID xəstələrinin müalicəsi üçün 10 mindən çox xəstəxana çarpayısı ayrılmışdır.
Biz dövlət olaraq bəzi ölkələrin ehtiyaclarından bir neçə dəfə çox peyvənd əldə etməsini və inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumaq imkanından məhrum edilməsini ictimai şəkildə pisləmişik. “Peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Acınacaqlı haldır ki, dünya üzrə peyvənd dozalarının 82 faizi zəngin ölkələrin, yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.

İsaməddin Əhmədov – “Əkinçi” qəzetinin redaktoru

 

Pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik vacibdir

Azərbaycan dövləti pandemiyanın öhdəsindən gəlmək üçün güclü qlobal həmrəyliyi yüksək dəyərləndirir. Biz Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişik. Bu Hərəkatın 2020-ci ilin mayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabrında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası bu mənada xüsusi önəm kəsb edir.
Hazırda bəşəriyyətin üz-üzə qaldığı pandemiya probleminin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə bu ilin martında yekdilliklə qəbul olunmuşdur. Biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrəbir daha dəstək verməyə çağırırıq.
Bu amala sadiq qalaraq respublikamız Ümumdünya Səhiyyə Təşkilatının 2021-ci ili “Səhiyyə işçiləri ili” elan etməsini alqışlayır, ÜST-lə səmərəli əməkdaşlığı daim gücləndirir.
Onu da xatırladaq ki, keçən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırdı. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları könüllü maliyyə töhfəsi verib, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Kərim Umudov – Çallı kənd sakini, ağsaqqal

 

Pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir

COVİD-19 virusunun bütün dünyaya təsiri Azərbaycandan da yan ötüşmədi. Ölkəmizin rəhbərliyi isə bu təsiri aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görüb. Elə pandemiyanın ilk dövrlərində görülmüş tədbirlər sayəsində bütün ölkələrin xəbər kanalları Azərbaycanda çox az insanın yoluxduğundan, hətta zaman keçdikcə yoluxmaların azaldığından danışırdılar. Hətta atılmış addımların effektivliyinə görə ölkəmizi dəstəkləyir və təşəkkürlərini bildirirdilər. Çünki heç olmasa bir ölkədə yoluxmanın azalması bütün dünyaya müsbət təsir göstərəcək. Atılmış addımlar digər ölkələrdə də yoxlanılacaq və azalmanı, bu bəladan qurtulmanı təmin edəcəkdi. Bunu isə ilk vaxtlarda Azərbaycan təmin etmişdi. Hətta bəzi ölkələr karantin və izolyasiya etmədiyi üçün yoluxma və ölüm halları qonşu ölkələrdən iki dəfə çox olmuşdur. İqtisadi cəhətdən az zərər görsə də bu yoluxma və ölüm hallarının baş verməsi yolverilməz haldır.
Azərbaycanda isə həm karantin və izolyasiya elan olunmuş, xəstəxanalarda və evlərdə virusa yoluxmuş şəxslər müalicə olunmuş, toplu məkanlar, yəni virusun daha çox yoluxma yaradacağı yerlər qapadılmışdır. Bu qapanmalar iqtisadiyyatımıza zərər vura bilərdi. Ancaq ki, uzaqgörən siyasət və görülmüş qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz bu problemlərlə qarşılaşmamışdır.
Eyni zamanda qəbul olunmuş qərarlara, elan olunmuş qapanmalara, izolyasiya və karantin qaydalarına əməl edən xalqımızın dəstəyi çox əhəmiyyətlidir.
Bunu qeyd etməyimdə əsas məqsəd isə, bütün dünya pandemiyaya qalib gəlmək istəyirsə, dinindən, dilindən və irqindən asılı olmayaraq birlik göstərməlidir. Azərbaycan pandemiyanın öhdəsində gəlinməsi üçün qlobal həmrəyliyin əhəmiyyətli olduğunun tərəfdarıdır. Xüsusən də Qoşulmama hərəkatının sədri qismində bir çox yeniliklərə, problem həll etməyə açıq olan Azərbaycan bu problemin də aradan qaldırılması üçün ən güclü strategiyanın qlobal həmrəylik olduğunun tərəfdarıdır.

Vəfa Xəlilli-“Gəncliyə dəstək” İB-nin sədri

 

Pandemiya ilə mübarizə işi ölkəmizdə planlı şəkildə aparılır

2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunmuşdur. Virus ilə mübarizə sahəsində əksər ölkələrdə karantin rejimi tətbiq olunmuş, sanitar-epidemioloji vəziyyət gücləndirilmiş məhdudiyyətlər tətbiq edilmişdir.
Ölkəmizdə də pandemiyanın yayılma sürətini azaltmaq məqsədi ilə çox effektiv tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının tapşırığı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi virusla mübarizəyə xidmət edən tədbirlərdəndir. Xaricdən ölkəmizə laborator testlər, tibbi avadanlıqlar, qoruyucu vasitələr gətirilmiş, səhiyyə sisteminin effektiv fəaliyyətini təmin edən addımlar atılmış, modul tipli xəstəxanalar qurulmuşdur. Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilmiş, ölkəmiz virusla mübarizədə nümunəvi ölkələr siyahısına daxil edilmişdir.
Hazırda da ölkəmiz Koronavirusa yoluxma hallarının sürətlə yayılmasının qarşısı operativ şəkildə alınır, bu istiqamətdə mühüm işlər görülür. Dünyada hər keçən gün pandemiya ilə bağlı vəziyyət dəyişir, ölkəmizdə proseslərə çevik reaksiya verilir. Dövlətimiz tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, maddi dəstək göstərilir, xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır.
Ümid edirik ki, xalqımız, eləcə də bütün bəşəriyyət tezliklə bu bəladan xilas olacaq.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir

2020-ci il mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronavirus Yer üzündə yayılmaqda davam edir. Azərbaycan ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Koronavirusun ilk üzə çıxdığı dövrdən etibarən Azərbaycan ona qarşı ən effektiv mübarizə aparan ölkələrdən olub. Azərbaycan dövləti tərəfindən həyata keçirilən Koronavirusla mübarizə tədbirlərinin səmərəliliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmiş, görülən qabaqlayıcı tədbirlər nəticəsində istər iqtisadiyyat, istərsə də əhali pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmışdır. Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünyanın ən öndə gedən ölkələri sırasındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz öz vətəndaşlarının sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirir. Pandemiyanın başladığı vaxtdan etibarən sistemli, qabaqlayıcı tədbirlər görülüb, əhalinin sağlamlığının qorunması ilə yanaşı sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm proqram və layihələr gerçəkləşdirib. Həmçinin ölkəmiz pandemiya ilə qlobal mübarizədə bir sıra təşəbbüslərlə çıxış edib. Azərbaycan pandemiyanın ilk günlərindən başlayaraq COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması üçün sistemli tədbirlər həyata keçirməyə başlayıb. Ölkəmiz bu sahədə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə dəstəyi də verib. Bununla yanaşı, Koronavirusla əlaqədar 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bütün bunlar ölkəmizin pandemiyaya qarşı qlobal mübarizədə verdiyi töhfələrin nümunəsidir.

Vəfa Bayramova-Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Pandemiya ilə mübarizənin hazırkı mərhələsində əsas prioritet əhalinin vaksinasiyasıdır

Pandemiyanın Azərbaycanda yeni yayıldığı dönəmdə Prezident İlham Əliyevin çıxışlarında tez-tez dediyi “İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür” ifadəsi “COVID-19” pandemiyası ilə mübarizəyə dövlətin nə dərəcədə həssas yanaşdığının göstəricisidir. Azərbaycan pandemiya ilə mübarizədə ən öndə gedən dövlətlər sırasındadır.  Bu mübarizə çərçivəsində dövlətimizin başçısı İlham Əliyev insanların sağlamlığı amilini önə çəkməklə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsini, heç bir sosial layihənin təxirə salınmayacağını qarşıya əsas hədəf kimi qoydu. 2020-ci ilin ilk ayından bu günədək görülən tədbirlərə, atılan addımlara diqqət yetirsək qarşıya qoyulan məqsədə nail olunduğunu görərik. Nəzərə alaq ki, Azərbaycan ötən il koronavirus infeksiyası ilə mübarizə aparmaqla yanaşı, ərazi bütövlüyünü bərpa etdi, 30 illik işğala son qoydu, Ermənistana və ona havadarlıq edən dövlətlərə haqqın, ədalətin gec-tez qalib gələcəyini göstərdi. Təbii ki, 44 günlük müharibə, eyni zamanda, ölkəmizin bütün sahələrdə malik olduğu imkanların da təqdimatı oldu.
Azərbaycan virusla mübarizədə həm də güclü qlobal həmrəylik nümayiş etdirir. Pandemiyaya qarşı mübarizədə əksər ölkələrdən fərqli olaraq Azərbaycanda bu sahədə vəziyyət ürəkaçandır. Azərbaycan vaksinasiyaya ilk başlayan ölkələr sırasındadır. Azərbaycanda əhalinin vaksinasiyası planlı şəkildə və ədalət prinsipləri gözlənilməklə həyata keçirilir. COVID ilə mübarizədə qısa müddətdə nəticə əldə edilməsi üçün kütləvi immunitetin yaradılması vacibdir. Hazırda ölkəmizdə vaksinasiya çox sürətlə gedir. Vaksinasiyanın önəmi üçün maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacib məsələlərdəndir. Xəstəliyə qarşı mübarizə çərçivəsində ölkəmiz vaksini əldə edən ilk ölkələrdən oldu. Dərhal peyvəndləmə prosesinə başlanmış, bu günə qədər əhalinin 20 faizindən çoxuna vaksin vurulmuşdur. Görülən sistemli işlər, atılan məqsədyönlü və ardıcıl addımlar effekt verdiyi üçün artıq xüsusi karantin rejimi ölkəmizdə yumşaldılmağa başlamışdır. Yanvar ayının ortalarından etibarən peyvənd kampaniyası başlanıb və 2 milyon doza peyvənd bu günə qədər istifadə edilib. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir. Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 19-dan başlanan əhalinin vaksinləşmə prosesi doğma Zərdab rayonumuzda da yüksək səviyyədə həyata keçirilir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonumuzda əhalinin vaksinləşmə prosesinə rəhbərlik etmək üçün Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qərargah və xüsusi qrup yaradılmışdır. İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd üzrə nümayəndəliklərinə aidiyyəti qurumlarla birlikdə əhali arasında təşkilati-izahat işləri aparmaqla vaksinləşmə prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün zəruri tədbirlər görülür. Başlanan bu mühüm tədbirlə bağlı vaksinlər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayona gətirilmiş, rayon mərkəzi xəstəxanasının binasında xüsusi vaksin otağı ayrılmış, burada vaksinləşmənin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılmışdır.
Bir çox Avropa və dünya dövlətlərindən fərqli olaraq, Azərbaycanda vətəndaşların COVİD-19-a qarşı peyvənd olunmaları prosesi şəffaflıq və ədalət prinsiplərinin qorunması şəraitində həyata keçirilir.
Hesab edirəm ki, görülmüş tədbirlər nəticəsində yaxın zamanlarda koronavirus bəlasından xilas ola biləcəyik. Bunun üçün ilk növbədə, vətəndaşlar qoyulan qaydalara, verilən tövsiyələrə əməl etməlidirlər. Artıq pandemiya ilə bağlı çətin vəziyyət arxada qalmaq üzrədir, yeni yoluxmaların qarşısının alınması, habelə qısa zaman kəsiyində əvvəlki həyatımıza qayıdış yalnız bizdən asılıdır. Vaxtında vaksini vurdursaq, habelə Operativ Qərargahın tövsiyələrinə əməl etsək, tezliklə ölkə olaraq COVID-19-a qalib gələrik.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülüb

Mayın 31-də Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev videoformatda çıxışında ölkəmizin pandemiya ilə mübarizə sahəsində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə gördüyü işləri diqqətə çatdırıb.
Azərbaycan pandemiyanın ilk günlərindən başlayaraq COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması üçün sistemli tədbirlər həyata keçirməyə başlayıb. Ölkəmiz bu sahədə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir, ÜST-nin tövsiyələrini diqqətdə saxlayır. Qeyd etmək lazımdır ki, pandemiyanın başlamasından keçən qısa zaman ərzində Azərbaycanda 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib, həmin xəstəxanalar lazımi avadanlıqlar və tibbi ləvazimatlarla təmin olunub. Ölkədə COVID-19 xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının ümumi sayı 10 mindən artıqdır.
Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülüb, COVID-19-un mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə sosial-iqtisadi təşviq paketi təqdim edilib. Ölkəmiz Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə töhfəsi edib, Koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Koronavirusla uğurlu mübarizə aparılması nəticəsində ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Hazırda Azərbaycan ÜST ilə olduqca səmərəli əməkdaşlıq edir və ölkəmiz ÜST tərəfindən 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayır.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Azərbaycan pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan ölkədir

Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında yüksək səviyyəli qonaq qismində çıxış etməsi dövlətimizin başçısının dünya masştablı lider olduğunun növbəti təzahürüdür. Prezident İlham Əliyev pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanlarının səfərbər olunmasından tutmuş, Azərbaycanın pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkə olması kimi bir çox önəmli məqamlara diqqət çəkdi.
Dövlətimizin başçısının çıxışında ən önəmli məqamlardan biri Azərbaycanın dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunması məsələsində yüksək həssaslıq göstərməsi idi. Belə ki, Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləyib. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik təbii ki, digər dövlətlər tərəfindən haqlı bir narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Bu statistika onu deməyə əsas verir ki, dünyada bəzi ölkələrə qarşı açıq-aşkar ikili standartlar tətbiq olunur və bu ikili standartların əsasında “peyvənd millətçiliyi” dayanır. Dünyanın zəngin ölkələrinin insan həyatı üzərindən siyasət yürüdüb, gəlir əldə etməyə çalışmaları təəssüf doğurur.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki