image-qanunla-reklam
image-b0b052ad-8087-3db4-aff2-22c3d0f01ba4_850

Azərbaycan prezidentinin azad edilmiş torpaqlara səfərləri davam edir

image-lady-day-az

Azərbaycan prezidentinin azad edilmiş
torpaqlara səfərləri davam edir.

Prezident İlham Əliyevin azad edilmiş Kəlbəcər və Laçın rayonlarına səfəri tarixi səfərdir.Cənab Ali baş komandanın bu səfər zamanı etdiyi çıxışlar çox böyük tarixi əhəmiyyətə malikdir. Bu çıxışlar dərin siyasi təhlilin, problemin mahiyyətini dəqiq bilməyin nəticəsidir. Bu çıxışlarda dünənin,bu günün, sabahın dəqiq və qiymətli izahları var. Bu çıxışlar Azərbaycanın bu bölgədə gələcək davranışların əsasını təşkil edir. Regionda irimiqyaslı tikinti-quruculuq işləri gedir. Bu bölgənin mürəkkəb coğrafi mövqeyi, çox səfalı təbiəti vardır. Odur ki, mürəkkəb dağlıq ərazilərdən ibarət bu rayonlarda yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Tunellər əsasən çətin dağlıq ərazilərdə çəkilir. Burada heç vaxt olmayan hava limanının tikintisi böyük hadisədir. Bu layihələr bu torpaqların müdafiə qabiliyyətini daha artırır.
Bölgənin səfalı təbiəti, zəngin təbii sərvətləri vardır. Bu sərvətləri düşmən və onun qərbli “demokrat” himayədarları amansızcasına istismar və talan etmişlər. Azərbaycana vurulan bütün zərərin ödənilməsi üçün hökumət mühüm addımlar atmaqdadır. Bu proses uğurla nəticələnsə düşmən növbəti ağır zərbəni alacaq. Ermənistan dövlətinin gələcək perspektivi yoxdur. Bunu düşmən özü yaxşı dərk edir.
Dövlət başçısının toxunduğu digər mühüm məsələ 90-ci illərin əvvəllərində hakimiyyətə çevriliş yoluyla gəlmiş başı pozuq qüvvələrin kobud səhvləri haqqında idi. Siyasətin əlifbasından xəbərsiz bu “siyasətçilər” ölkəni bəlaya saldılar. Dogurdanda dünya miqyasında belə bir biabırçı hakimiyyət olmamışdır. Eyforiyanin təsiri altında olan bu qüvvələr hakimiyyətə gələndən bir müddət sonra ölkəni uçuruma yuvarlatdilar.
Prezidentin toxunduğu digər məsələ Ermənistan ərazisindəki tarixi Azərbaycan torpaqları və coğrafi adları ilə bağlı idi. Ermənistan ərazisindəki tarixi coğrafi adlar, öz tarixi adları ilə qeyd olunmalıdır.Azərbaycanlilarin bu torpaqlara qayıtması ölkə başçısı üçün əsas prioritetlərindən biridir. Bu istiqamətdə ölkə KİV-ləri,elm adamları üzərinə böyük məsuliyyət düşür. Bu prosesin yetişdirilməsi və reallığa çevrilməsi yolunda hər kəs öz vəzifəsini layiqincə yerinə yetirməlidir.

Rauf Musayev,
Saatlı rayon Mircəlal kənd tam orta məktəbin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki