image-qanunla-reklam
image-heyder-eliyev_1702368136

Azərbaycan qadınlarının ilk qurultayı

image-lady-day-az

Azərbaycan qadınlarının ilk qurultayı

“Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm”. Bu sözləri Ulu Öndər Heydər Əliyev 1998-ci il sentyabrın 14-də baş tutan və iki gün davam edən Azərbaycan Qadınlarının I Qurultayında səsləndirmişdi. Qadınların hər zaman aparıcı qüvvə olduğunu deyən Ümummilli Liderimiz onların potensialını olduqca yüksək qiymətləndirirdi. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrə, genişmiqyaslı və çoxşaxəli fəaliyyətinə nəzər saldıqda bir daha şahidi oluruq ki, bütün vətəndaşların, o cümlədən qadınların ictimai-siyasi həyatda iştirakı, dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə bərabər hüquqlarının təmin edilməsi məsələləri dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilmişdi. Məhz Ulu Öndərin təşəbbüsü ilə müstəqil Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artırılmasına böyük təkan verən, eyni zamanda Ümummilli Liderimizin rəhbərliyi ilə keçirilən müzakirələr və bütün təbəqələrdən olan qadın nümayəndələrin çıxışlarında səslənən təkliflər əsasında vacib qərarların qəbul edilməsi ilə əlamətdar olan bu mötəbər tədbir qadın hərəkatının və bütövlükdə tariximizin ən parlaq səhifələrindən birinə çevrilmişdir.

Həmin dövrlərə və atılan addımların əhatəliliyinə nəzər saldıqda görünür ki, Azərbaycanın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyev qədər Azərbaycan qadınına cəmiyyətdə layiq olduğu yeri təklif və təmin edən ikinci bir dövlət rəhbəri olmayıb. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli Liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycanda qadınların inkişafı məqsədilə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında çoxlu sayda fərman və sərəncamlar verilib, qanunvericilik aktları qəbul edilib. Azərbaycan qadınının ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki