image-qanunla-reklam
image-b69bdd64ef15271abc3b2dffbdaee4c9_5428477

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu

image-lady-day-az

2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu.

Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji səviyyəyə yüksəlib. Dövlətimizin başçısı ilə Çin Lideri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur.  Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaşdırlar. 2023-cü ildə Çinin Sədri ilə görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addım idi. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində 2023-cü ilin iyulun 3-də Astanada qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” son illərdə ən yaxın müttəfiqlik blokunda yer alan Azərbaycan-Çin münasibətlərinin iqtisadi vizyonunu da tamamilə yeni çağırışlara əsaslandırdı.

Bəyannamədə iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanların daha da səfərbər edilməsi, əlavə güc mənbələrinin hərəkətə gətirilməsi sayəsində ticari balansın yüksəldilməsi, beynəlxalq iqtisadi münasibətlər sistemində qarşılıqlı fəaliyyətin gücləndirilməsi və əlaqələndirilməsi, iki ölkənin ümumi iqtisadi mənafe və maraqlarının təşviqi kimi fundamental prinsiplər öz əksini tapıb.

Birgə Bəyannamənin əsas bəndlərindən biri iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını daha yüksək səviyyəyə qaldırmaq, bu məqsədlə Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının əlaqələndirici rolunu artırmaqdır.

Qeyd edək ki, dünya iqtisadiyyatında iqtisadi liderlərdən biri olan Çin Azərbaycanın ilk 5-likdə dayanan əsas ticarət partnyorlarından biridir və hazırda ticarət həcmlərinin mübadiləsinə görə, 4-cü yerdə qərarlaşır. Azərbaycanın idxal balansında isə 3-cü yeri tutur. Xüsusilə də iqtisadi əlaqələrin dinamikası 2010-cu ildən sonra davamlı olaraq hər il yüksələn trayektoriya ilə müşayiət olunub. 2015-ci ildə isə qarşılıqlı mal dövriyyəsinin həcmi 500 milyon dolları idisə, cəmi 2 il sonra (2017-ci ildə) 1 milyard dolları ötdü. 2019-cu ildə isə əmtəə dövriyyəsi 2 milyard dolları keçməklə iqtisadi hərarəti daha da artırdı. 2023-cü ildə isə ölkələr arasında ticari dövriyyə 3,1 milyard dollar təşkil etməklə rekord həddə çatıb. Ümumilikdə, iki ölkə arasında son 9 ildə mal mübadiləsi 6 dəfə yüksəlib.

Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki