image-qanunla-reklam
image-ktmt

Azərbaycan “Rus NATO-su”na üzv ola bilməz – Şərh

image-lady-day-az

Rusiyada Azərbaycan üçün yeni mövzu tapıblar: Dağlıq Qarabağ münaqişəsi bitdiyindən Azərbaycan Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsun.

Qanunla.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Rusiya müharibədən əvvəl və müharibə zamanı Ermənistanı istənilən qədər silahla təchiz etdi və bu proses indi də davam edir:

“Rusiya bugünə qədər Azərbaycan ərazisinə atılan İsgəndər–M raketlərinə aydınlıq gətirməyib. Bunun qarşılığında Azərbaycanın Türkiyə ilə hərbi ittifaqı güclənib və bu ittifaq getdikcə güclənəcək. Buna görə də Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkün deyil. İki il öncə “Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkündür” fikrini səsləndirən millət vəkillərindən biri ilə qiyabi polemikamız oldu. O, fikrini belə əsaslandırırdı ki, Azərbaycan KTMT-yə üzv olsa, Rusiyadan daha münasib qiymətə hərbi texnika alacaq. Həqiqətən Azərbaycan bir neçə il ərzində Rusiyadan hərbi texnika alıb, ancaq sonra bu sahədə əsas tərəfdaşlarımız Türkiyə, İsrail və Belarus oldu. Misal üçün, Azərbaycan ötən il Rusiyadan hərbi texnika almayıb. Rusiyanın hərbi texnikası ilə Hərbi Qənimətlər Parkında tanış olmaq mümkündür. Ona görə “KTMT-yə Rusiyadan ucuz qiymətə hərbi texnika almaq üçün üzv olaq” tezisi artıq keçərli deyil.

Avrasiya İqtisadi Birliyinə gəldikdə, bu quruma üzv olan ölkələr belə təşkilatdan narazıdır. Türkiyə və Azərbaycan Türk Şurasını gücləndirməyə qərar verib. Avrasiya İqtisadi Birliyinin üzvü olan Qazaxıstan və Özbəkistan da bunda maraqlıdırlar. Ancaq əgər Zəngəzur dəhlizi işə düşərsə və bununla regional layihələrin reallaşması sürətlənərsə, Avrasiya İqtisadi Birliyinə maraq arta bilər. Bu məsələdə Bakı ilə Ankaranın koordinasiyası vacibdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki