image-970_50
image-1637932346-261171719_462317378581379_2201916028713308188_n

Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır

image-suni_mayalanma_qiymeti

Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır.

 

Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır. Ölkələrarası münasibətlər strateji tərəfdaşlıq xarakteri daşımaqla yanaşı, qarşılıqlı maraq üzərində qurulub.

Hökumətlərarası komissiyaların fəaliyyəti ölkələrimiz arasında iqtisadi potensialı düzgün dəyərləndirərək bu müstəvidə əməkdaşlığımızı dərinləşdirir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
“Ölkələrimiz arasında ticarət dövriyyəsi artan templə inkişaf edir və müəyyən olunmuş hədəflərin icrasına yönəlib. Humanitar sahədə əməkdaşlığımız günü-gündən genişlənir. Azərbaycanda 340-dan çox məktəbdə rus dilində tədris aparılır. Rusiyanın aparıcı universitetlərinin filialları Bakıda fəaliyyət göstərir və ölkəmiz üçün vacib mütəxəssislər hazırlanır. Azərbaycanın Rusiyada ticarət evləri açılır və qeyri-neft məhsullarımızn təşviqi üçün işlər görülür. Rusiyanın müəsisələrinin Azərbaycanda filialları açılır. O cümlədən, işğaldan azad olunmuş ərazilərimizdə “KamAZ” zavodunun filialının yaradılması ilə bağlı razılıq əldə olunub”. Rusiyanın 500-dən çox müəssisəsi Azərbaycana investisiya qoyub və fəaliyyət göstərir.
“Son bir həftədə Rusiya prezidentinin xüsusi nümayəndəsinin, Baş nazirin müavininin, Elmlər Akademiyasının prezidentinin Azərbaycana gəlməsi və 30-dan çox şirkətin iştirakı ilə Bakıda biznes konfransının keçirilməsi ölkələrimizarası münasibətlərin dərinləşməsindən xəbər verir. Biz qonşularımızla səmimi münasibətlərin möhkəmlənməsinə çalışırıq”.
Rusiya-Azərbaycan münasibətləri fəal dialoq formatına malikdir. “Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfəri həm Rusiya-Azərbaycan arasında qarşılıqlı fəaliyyətin, həm də regional problemlərin önəmli istiqamətlərinin müzakirə edilməsi baxımından olduqca vacib oldu.
Rusiya-Azərbaycan əlaqələri siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə sürətlə inkişaf edərək, münasibətlərimiz strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşımaqla çox fəal dialoq formatına malikdir.
Önəmli amillərdən biri də odur ki, iki ölkənin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin dinamikası yüksək səviyyədədir. Belə ki, son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edibdir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Rusiya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşlarından biridir

Rusiya-Azərbaycan əlaqələri siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə sürətlə inkişaf edərək, münasibətlərimiz strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşımaqla çox fəal dialoq formatına malikdir.
Önəmli amillərdən biri də odur ki, iki ölkənin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin dinamikası yüksək səviyyədədir. Belə ki, son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edibdir.
Nəzərə alsaq ki, Rusiya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşlarından biridir və Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard birbaşa investisiya qoyulub, deməli, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq var.
“Bu baxımdan da sadəcə siyasi sahədə deyil, iqtisadi sahədə də ciddi addımlar atılır. Pandemiya və bundan irəli gələn iqtisadi məhdudiyyətlərə baxmayaraq, cari ilin ilk doqquz ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 11 faiz artıb. Rusiyanın 900 müəssisəsi Azərbaycanda fəaliyyət göstərir. Həftə ərzində isə Rusiya ekspert mərkəzinin, Rosekzimbankın, ümumilikdə Rusiyanın 30-dan çox şirkətinin iştirak etdiyi biznes konfransı keçirilib. Bu, ölkələrimiz arasındakı münasibətlərin inkişafına çox mühüm töhfə verir. Eyni zamanda, mövcud amil ondan xəbər verir ki, həm Rusiya, həm də Azərbaycan qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin daha da yüksəldilməsində maraqlıdırlar”.
Hal-hazırda Azərbaycanla Rusiya arasında 7 yol xəritəsi icra olunur ki, bu da iqtisadiyyat və humanitar sahələrin əksər istiqamətlərini özündə ehtiva edir: “Təhsil sahəsində də iki ölkə arasında qurulan körpü uğurludur. Belə ki, Azərbaycanda 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34 faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir. Rusiyada isə azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb ki, 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır. Görüşdən yayılan görüntülərdə Vladimir Putinin Prezident İlham Əliyevi səmimi salamlaması səfərin ən diqqət çəkən məqamı hesab oluna bilər ki, bu amil də prezidentlər arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Nailə Əliyeva – Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib

26 noyabr 2021-ci il tarixində Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndiririk.
Bildirilib ki, görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib:
“Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır.
Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Azərbaycan tərəfi, bundan sonra da 26 noyabr Bəyanatında da əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını davam etdirəcək”.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Soçi görüşünün nəticələri: İlham Əliyevin növbəti siyasi uğuru

Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutmuş üçtərəfli görüşün nəticələri haqqında fikir yürütməzdən əvvəl mən ilk növbədə regional məsələlərin həllində Rusiya faktoruna, Rusiya-Azərbaycan münasibətlərinə toxunmaq istərdim. Belə ki, görüşdən əvvəl ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji müstəvidə inkişaf edir”.
Son hadisələr fonunda Azərbaycan və Rusiya arasında çox fəal dialoq aparılıb, ikitərəfli münasibətlər sürətlə inkişaf edirilib.
İkitərəfli formatda çox məsələlər həllini tapa bilib. Bundan başqa, son dövrlərdə əmtəə dövriyyəsi artmaqda davam edir, iqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında əməkdaşlığa maraq güclənir. Bunun nəticəsidir ki, hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır.
Ötən ilin noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin Qarabağda fəaliyyətə başlaması ilə əlaqədar regionda ciddi hadisələrə, geniş miqyaslı toqquşmalara rast gəlinməyib.
“Birmənalı olaraq qeyd etmək olar ki, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir”.
Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib.
“Azərbaycan delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın və yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlanılsın. Azərbaycan həmişə, istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir

Vətən müharibəsində Azərbaycanın hərb meydanında qazandığı şanlı Qələbə diplomatik müstəvidə də üstünlüyümüzü təmin edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev güclü və məntiqli diplomatik potensialına əsaslanaraq ölkəmizin maraqlarını ləyaqətlə təmsil edir. Bu il noyabrın 26-da Soçi şəhərində Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bir daha bunun şahid olduq. Hər üç ölkə lideri tərəfindən imzalanan Bəyanat, həmçinin səslənən açıqlamalardakı fikirlər Azərbaycanın maraqlarına tam cavab verir və qalib ölkə olaraq mənafeyinə uyğundur 26 noyabr bəyanatında Qarabağ adının keçməməsi artıq bu münaqişənin tarixə qovşduğunu bir daha göstərir. Sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan həmişə sərhədlərin qarşılıqlı olaraq tanınmasına, delimitasiya və demarkasiya prosesinə başlanılmasına, həmçinin sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib və bu barədə bir sıra təkliflər irəli sürüb. Azərbaycan qarşısına qoyduğu məqsədlərinə çatıb. Azərbaycan uzun illər münaqişənin siyasi yolla həll olunmasına çalışıb, amma Ermənistanın işğalçı mövqeyi və danışıqlar prosesini pozan həm siyasi, həm də mütəmadi hərbi təxribatları bunun qarşısını alıb Növbəti hərbi təxribata cavab olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini heç bir kənar dəstək olmadan, özü təkbaşına yerinə yetirdi. Təbii ki, uzun illər davam etmiş münaqişə bölgə ilə yanaşı, regionun da inkişafına mənfi təsir göstərib. Qalib ölkə kimi, Azərbaycanın yaratdığı sülh və təhlükəsizliyə əsaslanan yeni reallıqlar bütün region dövlətlərinin maraqlarına cavab verir. Burada ən vacib məqamlardan biri Zəngəzur dəhlizidir ki, bunun açılmasında region dövlətləri də istəklidir və həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Dövlətimizin başçısı dəfələrlə hansı yolla olur-olsun dəhlizin açılacağını bəyan edib. Ermənistan tərəfinin yaratdığı süni əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş siyasəti buna bizi bir qədər də yaxınlaşdırır.
Noyabrın 16-da Ermənistanın hərbi təxribatına layiqli cavabdan sonra bu ölkəni güzəştə məcbur edəcək yeni reallıqlar yaranıb. 26 noyabr üçtərəfli görüşündə Azərbaycanın qazandığı diplomatik üstünlük bir daha göstərir ki, Zəngəzur dəhlizinin açılması o qədər də uzaqda olan məsələ deyil. Həmçinin Rusiya prezidenti Vladimir Putinin nəqliyyat dəhlizləri fikrini səsləndirməsi, eləcə də 26 noyabr Bəyanatında dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına dair bəndlər Moskva ilə Bakının maraqlarının üst-üstə düşdüyünü göstərir.İşlərin daha da sürətlə getməsinə mane olan məqamlardan biri ərazilərin minalanmasıdır ki, Ermənistan tərəfi hələ də mina xəritələrini tam şəkildə təqdim etməyib. Soçi görüşündə mina xəritələri məsələsinin müzakirə olunması ölkəmizin növbəti uğurudur və bu, onu göstərir ki, yaxın zamanlarda bu istiqamətdə də mühüm irəliləyişə nail olunacaq.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

Zəngəzur dəhlizi bölgədə regional işbirliyi və strateji əməkdaşlığın təməlidir

Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycana birbaşa uzanan Zəngəzur dəhlizinin  açılması oldu. 1921-ci ildə sovet Rusiyasının Ermənistana hədiyyə etdiyi, bir zamanlar türkdilli ölkələri parçalayan, bölən,  qədim Zəngəzur  mahalından  keçəcək dəhliz indi coğrafi baxımdan iki yerə bölünən türk dünyası arasında quru əlaqəsi yaratmaqla bərabər bu gün elə həmin ölkələri birləşdirən bir yol olacaq.  Bu strateji  yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. Ədalətin  bərpası olan Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün  türk dünyasında  yeni bir mərhələnin başlanğıcını qoyacaq,  Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış  körpü olacaq.  Zəngəzur dəhlizinin  açılması ilə bağlı çıxışında  Prezident  İlham Əliyev demişdir: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Naxçıvan-Qars dəmir yolunun  tikintisi ilk növbədə, nəqliyyat sisteminin şaxələndirilməsini və mövcud kommunikasiya infrastrukturunun əhəmiyyətini  daha da artırır.   Hava və quru əlaqəsi yalnız İran və ya Türkiyə vasitəsilə mümkün olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir və avtomobil yollarının tezliklə bərpa edilərək istifadəyə verilməsi, eyni zamanda Naxçıvanı Azərbaycan və Türkiyə ilə də  birləşdirəcək. Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə, Çin, Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq. Nəticədə Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxışı olacaq.
Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti Naxçıvan Muxtar Respublikasının ixrac imkanlarını artıracaq və Naxçıvanı bölgənin mühüm tranzit mərkəzinə çevirərək onu Çin, Avropa ölkələri, eyni zamanda, Fars körfəzi ölkələri ilə də  birləşdirəcək.

Kərim Umudov – Çallı kənd sakini, ağsaqqal

 

Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək.

Zəngəzur dəhlizi həm türk dünyası, həm də region ölkələri üçün gələcəyə açılan bir qapıdır. Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq  bu  dəhlizdən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda, digər ölkələr üçün  də əlavə imkanlar yaradacaq.
Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması kimi strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi effektiv nəqliyyat infrastrukturu olmaqla  xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Belə ki,  Zəngəzur dəhlizinin istifadəyə verilməsi türk dünyasının ümumi daxili məhsulunun həcminin artmasına səbəb olacaq, Türkiyədən başlayaraq quru yol xətti ilə Azərbaycana, daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının yaranmasını təmin edəcəkdir.
Yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olan Azərbaycanın geosiyasi və geostrateji mövqeyi gündən-günə  daha da möhkəmlənir. Azərbaycanla Naxçıvan arasında  dəmir yolu əlaqəsinin bərpa edilməsi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, nəqliyyat layihələrinin həyata keçirilməsi artıq Azərbaycan ilə Türkiyə arasında yeni əlaqələri formalaşdıracaq. Hər şeydən əvvəl isə Zəngəzur dəhlizinin açılması bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə  hüquqi zəmin yaradacaq. Prezident İlham Əliyevin dediyi kimi , “regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, – çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, – bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi. Yəni, bütün bunlar çox önəmli məsələlərdir. Çünki biz artıq öz tarixi missiyamızı yerinə yetirdik”.

Abuzər Xəlilov – Şəftəhal kənd sakini, ağsaqqal

 

Ermənistan tərəfinin yaratdığı süni əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş siyasəti buna bizi bir qədər də yaxınlaşdırır.

26 noyabr Bəyanatında Qarabağ adının keçməməsi artıq bu münaqişənin tarixə qovşduğunu bir daha göstərir: “Həmçinin burada Ermənistan tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur. Sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan həmişə sərhədlərin qarşılıqlı olaraq tanınmasına, delimitasiya və demarkasiya prosesinə başlanılmasına, həmçinin sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib və bu barədə bir sıra təkliflər irəli sürüb. Buna uyğun olaraq, Bəyanatda Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması məsələsi ölkəmizin mənafeyini əks etdirir. Əminliklə deyə bilərik ki, nəticələr çox müsbətdir və Azərbaycan qarşısına qoyduğu məqsədlərinə çatıb”.
Azərbaycan uzun illər münaqişənin siyasi yolla həll olunmasına çalışdı, amma Ermənistanın işğalçı mövqeyi və danışıqlar prosesini pozan həm siyasi, həm də mütəmadi hərbi təxribatları bunun qarşısını alırdı: “Növbəti hərbi təxribata cavab olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini heç bir kənar dəstək olmadan, özü təkbaşına yerinə yetirdi. Artıq münaqişənin tarixə qovuşması ilə pararel yeni perspektivlər yaranıb. Təbii ki, uzun illər davam etmiş münaqişə bölgə ilə yanaşı, regionun da inkişafına mənfi təsir göstərib. Qalib ölkə kimi, Azərbaycanın yaratdığı sülh və təhlükəsizliyə əsaslanan yeni reallıqlar bütün region dövlətlərinin maraqlarına cavab verir. Burada ən vacib məqamlardan biri Zəngəzur dəhlizidir ki, bunun açılmasında region dövlətləri də istəklidir və həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Dövlətimizin başçısı dəfələrlə hansı yolla olur-olsun dəhlizin açılacağını bəyan edib. Ermənistan tərəfinin yaratdığı süni əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş siyasəti buna bizi bir qədər də yaxınlaşdırır. Noyabrın 16-da Ermənistanın hərbi təxribatına layiqli cavabdan sonra bu ölkəni güzəştə məcbur edəcək yeni reallıqlar yaranıb. 26 noyabr üçtərəfli görüşündə Azərbaycanın qazandığı diplomatik üstünlük bir daha göstərir ki, Zəngəzur dəhlizinin açılması o qədər də uzaqda olan məsələ deyil. Həmçinin Rusiya prezidenti Vladimir Putinin nəqliyyat dəhlizləri fikrini səsləndirməsi, eləcə də 26 noyabr Bəyanatında dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına dair bəndlər Moskva ilə Bakının maraqlarının üst-üstə düşdüyünü göstərir”.

Ceyhun Abdullayev – YAP fəalı

 

Həmsədrlərdən yalnız Rusiya bu məsələdə daha aktiv və təşəbbüskardır

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq işləri uğurla və kompleks şəkildə həyata keçirilir, dövlətimizin başçısı cənab İlham Əliyevin Şərqi Zəngəzura və Qarabağa hər səfərində biz buna şahid oluruq: “İşlərin daha da sürətlə getməsinə mane olan məqamlardan biri ərazilərin minalanmasıdır ki, Ermənistan tərəfi hələ də mina xəritələrini tam şəkildə təqdim etməyib. Soçi görüşündə mina xəritələri məsələsinin müzakirə olunması ölkəmizin növbəti uğurudur və bu, onu göstərir ki, yaxın zamanlarda bu istiqamətdə də mühüm irəliləyişə nail olunacaq”.
Biz uzun illər münaqişənin həllini üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini görmüşük. Bu qurum ikili standartlara söykənərək münaqişənin həllinə yox, davam etməsində daha çox maraqlı görünürdü. Bütün faktlar ortada ola-ola həm işğalçıya, həm də işğala məruz qalana eyni münasibət bəslənilirdi və bu qurum heç bir tutarlı iş görə bilmədi. “Dağlıq Qarabağ münaqişəsi” artıq mövcud olmadığı üçün bu qurumun mövcudluğu, məncə, formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya bu məsələdə daha aktiv və təşəbbüskardır. Bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi, həmçinin status məsələsinin, ümumiyyətlə, müzakirə mövzusu olmaması Azərbaycanın bilavasitə diplomatik qələbəsidir. Bu qələbənin təmin olunmasında 16 noyabr tarixində sərhəddə erməni təxribatının qarşısının alınması və Ordumuzun öz mövqelərini daha da gücləndirməsi mühüm rol oynadı.

Rafiq Məmmədov – Zərdab şəhər sakini, təqaüdçü

 

Azərbaycan həmişə, istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub.

Cənab Prezident İlham Əliyev Qarabağ haqında bəhs edərkən xalqımızın haqq yolunda, işimizin haqq olduğunu dəfələrlə vurğulamışdır.
44 günlük Vətən müharibəsi Azərbaycan əsgərinin gücü və xalqın öz Ali Baş Komandanına inamı, onun ətrafında sıx  birləşməsi sayəsində qələbə ilə başa çatdı. Lakin qardaş Türkiyənin mənəvi və diplomatik dəstəyi, eyni zamanda Rusiyanın atəşkəsin əldə olunması üçün münaqişədə neytral mövqe tutması bu qələbədə xüsusi rol oynamışdır.
Ölkəmiz Ali Baş Komandanımızın rəhbərliyi ilə həmişə istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub.
Hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçunun Ermənistan tərəfə verilməsi, yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardımın göstərilməsi buna bariz nümunədir. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi “Azərbaycan həmişə humanizm prinsipinin aliliyini əsas götürüb və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindədir. Azərbaycan Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir və bu formatda öz məqsədlərimizə çatacağıq”

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

RƏSMİ ŞƏXSLƏR ARASINDA SƏFƏRLƏRİN DİNAMİKASI YÜKSƏKDİR

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi baxımında böyük önəm kəsb edir. Bu görüşün nəticələri və görüş nəticəsində qəbul edilən bəyanat Azərbaycanın növbəti diplomatik uğuru kimi xarakterizə etmək olar.
Bu bəyanat Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.
Bəyanatda nə status, nə də Qarabağ ifadəsi var. Ermənistan tərəfinin həmişə iddia etdiyi hərbi əsir və girov məsələsinə də toxunulmur. Bəyanatda Rusiyanın məsləhətçi köməyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılıq əldə olunduğu qeyd edilir. Eyni zamanda avtomobil və dəmir yollarının açılması ilə bağlı layihələrin başlanılması barədə qərar qəbul edilib ki, bu da məhz bu Zəngəzur dəhlizini nəzərdə tutur.
Bu görüş eyni zamanda Rusiya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərdi. Soçi görüşü zamanı Azərbaycan və Rusiya dövlət başçıları arasında səmimi və isti münasibətlərin olduğunu gördük. Bu onu göstərir ki, Azərbaycan və Rusiya arasında münasibətlər bundan sonra da yüksələn xəttlə inkişaf edəcək. Rusiya Prezidentinin Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirməsi də diqqət çəkən məqamlardan biri oldu. Vladimir Putinin bu fikirləri Azərbaycanın multikultural dəyərlərinə verdiyi yüksək qiymət olmaqla yanaşı, digər tərəfdən antirusiya meyillərin kəskin artdığı Erməistana ünvanlanmış ciddi xəbərdarlıq idi. Ümumilikdə Soçi görüşü Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi idi. Soçi görüşündə Azərbaycanın mövqeyindən və iradəsindən kənar heç bir məqam müşahidə olunmadı.

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai birliyinin sədri

 

26 NOYABR BƏYANATI

Son bir ilin əsas müzakirə mövzusu 44 günlük İkinci Qarabağ savaşında tarixi Zəfərimiz, bu fonda yaranan yeni reallıqlar, ən əsası postmünaqişə dövrünün çağırışlarını özündə ehtiva edən 10 noyabr 2020 və 11 yanvar 2021-ci illərdə imzalanan üçtərəfli Bəyanatların müddəalarının icrası və Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dünya güclərinin, nüfuzlu beynəlxalq təşkilatların hansı şəkildə maraq göstərmələri və sair kimi məsələlərdir.
Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində bu fikir dayanır ki, indiki mərhələdə əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir.
Ölkə Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə dövlət başçısı İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşləri bir çox məqamlara aydınlıq gətirdi, ən əsası Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində Rusiyanın roluna işıq saldı: “Prezident İlham Əliyev Rusiyanın səylərini yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycan savaşdan ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib. 2020-ci il 10 noyabr Bəyanatında əksini tapmış digər məsələlər artıq icra olunub. Ölkəmiz dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa öyrənmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib. Ölkə Prezidenti İlham Əliyev üçtərəfli görüşdən sonra mətbuata bəyanatında bildirmişdir ki, Ermənistanla Azərbaycan arasında müharibəyə son qoymuş məlum üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən bir ili bütövlükdə müsbət səciyyələndirə bilərik.
Azərbaycan və Rusiya prezidentlərinin görüşündə də qeyd olunduğu kimi, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdırlar. İki ölkənin dövlət başçılarının, hökumət nümayəndələrinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, müzakirə olunan məsələlər də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Rusiya və Azərbaycanı həm də bir-birinə tarixi, siyasi, mədəni tellər bağlayır. İllər keçdikcə münasibətlərin inkişafı üçün yeni prioritetlər müəyyənləşdirilir, birgə səylər göstərilir. Ölkələrimiz arasında ticarət dövriyyəsi yüksəlir, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq diqqəti xüsusilə cəlb edir. Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur. Rusiyada azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb. 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır. Bir sözlə, rəsmi şəxslər arasında qarşılıqlı səfərlərin dinamikası yüksəkdir.”
Ümumilikdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərini iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı, Vladimir Putinin vasitəçiliyi ilə Prezident İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın görüşünü ölkəmizin növbəti qələbəsi, Ermənistanın tarixi Zəfərimizdən sonra adi hal alan təxribatlarının iflasa uğradığının etirafı kimi dəyərləndirə bilərik.
26 noyabr Bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

MİNA XƏRİTƏLƏRİNİN MÜZAKİRƏ OLUNMASI AZƏRBAYCANIN UĞURUDUR

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə Ermənistanın işğalına son qoydu. Düşmən tapdağından azad olunan ərazilərdəki vəziyyət isə ermənilərin vəhşiliyini, barbarlığını bütün dünyaya nümayiş etdirdi. Ermənistanın işğal dövründə törətdiyi insanlıq əleyhinə cinayətlərdən biri də həmin əraziləri minalanmasıdır. Ermənistan tərəfi işğal dövründə cəbhə xəttində xeyli ərazini minalamışdı. Amma bununla kifayətlənməmişdi. 30 illik işğal müddətində bütün Qarabağda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində məqsədli şəkildə minalar yerləşdirmişdilər. Ermənilər tərəfindən basdırılmış çoxsaylı minalar hələ də yüz minlərlə məcburi köçkünün işğaldan azad olunmuş rayonlara qaytarılmasına ciddi maneə yaradır. Mina xəritələrinin verilməsi yenidənqurma və bərpa işlərinin sürətlənməsinə təkan verəcək.
Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Qeyd etmək lazımdır ki, Rusiya dövlətinin humanist təşəbbüsü də təqdirə layiqdir.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən, minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.
Ermənilər müxtəlif bəhanələr gətirərək həmin xəritələri xeyli müddətdir ki, Azərbaycana verməkdən imtina edirdilər və daha çox azərbaycanlının bu minalar nəticəsində həyatlarını itirmələrinə nail olmağa çalışırdılar. Ancaq onların bu bəd niyyəti gözlərində qaldı. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, diplomatik səylər nəticəsində Ermənistan iflasa uğradı.
Biz bu gün öz qədim tariximizin ən şanlı dönəmini yaşayırıq. Azərbaycan heç vaxt bu qədər güclü və qüdrətli olmamışdır. Görünən budur ki, çağdaş dünyanın ən görkəmli dövlət xadimlərindən olan Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti zamanla qarşısına qoyduğu bütün məqsədlərə nail olur. Baş verən son hadisələr bu fikri bir daha təsdiq edir.
Xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə aparılmasına şərait yaradacaq. Yeri gəlmişkən, artıq bölgədə ciddi quruculuq işlərinə başlanılıb. Qısa müddətdə bu ərazilərdə həyat öz axarına qayıdacaq.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

Etibarlı münasibətlərin bərpa olunması

Vətən müharibəsi bitdikdən sonra Ermənistanın Azərbaycana hərbi təzyiq göstərmək və azad edilmiş torpaqları geri qaytarmaq siyasəti iflasa uğradı.Ermənistan Azərbaycanın ötən ilin noyabr ayından təklif etdiyi mehriban qonşuluq, problemləri diplomatik yolla həll etmək təklifini qəbul etməyə məcbur oldu.Müasir tariximizdə Ermənistanın imza atdığı və ya üzərinə götürdüyü öhdəliklərdən asanlıqla imtina etmək nümunələri kifayət qədər çoxdur. Ancaq, qonşu ölkənin indiki yaşadığı siyasi-iqtisadi böhran onu istəməsə də problemlərin həllinin Azərbaycan variantını qəbul etməyə məcbur edir.
Soçi görüşünün nəticəsi olaraq üçtərəfli Bəyanata əsasən sərhədlərin demarkasiyası üçün komissiya yaradılacaq.Kommunikasiyaların açılması üçün Moskvada üçtərəfli komissiyanın iclasını keçirmək barədə razılığa gəlinib. Bu o deməkdir ki, Zəngəzur dəhlizi olacaq.
Bu təkcə Azərbaycanın deyil, bütöv bir regionun, o cümlədən Ermənistanın da xeyrinədir. Dəhlizin işə düşməsi ilə Ermənistan özü özünü saldığı izolyasiyadan çıxır, orada yüz minlərlə yeni iş yeri yaradılır, Ermənistan büdcəsinə stabil olaraq hər il yüz milyonlarla ABŞ dolları vəsait daxil olur. Və bu ancaq başlanğıcdır. Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri qurmaqla Ermənistan iqtisadiyyatını dirçəltmək üçün böyük imkanlar əldə edir.
Ermənistan qəbul etməlidir ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq siyasətində, qonşu dövlətlərə torpaq iddiasından imtina etməsindədir.
Soçi görüşünün nəticələrini möhkəmləndirmək üçün böyük imkanlar var.Hətta mehriban qonşuluqla bağlı Ermənistanın ciddi niyyətləri olarsa, Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri arasında birbaşa rabitə əlaqəsi yaratmaq, hər iki paytaxtda diplomatik kontakt qrupu yaratmaq, Azərbaycan din xadimlərinin İrəvandakı Göy məscidə, erməni din xadimlərinin Bakıdakı erməni kilsəsinə səfərlərini təşkil etmək olar.
Bu siyahını daha da böyütmək olar. Bunun üçün ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, üçtərəfli görüşlərdə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Soçi görüşü Azərbaycanın növbəti diplomatik uğurudur, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi xəttinin növbəti müsbət nəticəsidir.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

Səmərəsiz sabotaj cəhdləri

Bildiyimiz kimi 26 noyabr 2021 ci il tarixdə Rusiyanın Soçi şəhərində görüş təşkil edilmişdir. Həmin görüş zamanı Prezident İlham Əliyevin etdiyi çıxışı dinlədim,burada Azərbaycan və Rusiya arasındakı münasibətlərin strateji müstəvidə inkişafı keçən dövr ərzində Ermənistanın 2020 ci il 9 noyabr və 2021 ci il 11 yanavar tarixli bəyənatlarının müddəalarına necəriayət edilməsi aydın şəkildə müzakirə edilmişdir.Çıxışdan göründüyü kimi Azərbaycan və Rusiya arasında il ərzində çoxlu dialoqlar aparılmış,iki dövlət arasında münasibətlər sürətlə qarşılıqlı maraqlar üzərindəinkişaf etmiş,iqtisadi sahədə əməkdaşlıq gücləndirilmişdir.İki dövlət arasındakı münasibətlər bir çox sahələri ehtiva etmiş,iqtisadiyyatın,nəqliyyatın,humanitarəməkdaşlıqın inkişafı üçün 7 yol xəritəsi reallaşdırılmaqdadır.15000-dən çox Azərbaycanlı tələbənin Rusiyada təhsil alması ölkələrimiz arasında dayanıqlı körpünün olması deməkdir.Mütəmadi olaraq hər iki dövlətin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin təşkili və həyata keçirilməsi münasibətlərin yüksəliş dinamikasına səbəb olur. Cənab Prezidentin çıxışından göründüyü kimi Azərbaycan dövləti həmişə delimitasiya prosesinə başlamağa hazır olmuşdur.Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün saxlanılması,suverenliyinin tanınması,gələcəkdə qonşular kimi yaşamaları üçün sülh müqaviləsi üzərində işə başlanmasına təkliflər verilmişdir. 26 noyabr tarixdə qəbul edilmiş bəyənatda Azərbaycan dövlətinin mövqeyi tam şəkildə əks olunmuşdur.Keçirilmiş üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilmişdir.Azərbaycan dövləti qarşısına qoyduğu məqsədlərinə nail olmuşdur.İnanırıq ki, üçtərəfli bəyənatların tam şəkildə həyata keşirilməsi bölgədə bütün komnikasiyaların açılması,iki ölkə arasında delmitasiya prosesinin başlanması gələcəkdə hər iki xalqın firavan yaşamasına,müharibələrin olmamasına gətirib çıxaracaqdır.

Vüsalə Kərimova-Şəhər 1 saylı məktəb-liseyin direktoru

 

Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji müstəvidə inkişaf edir

Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir.  Ölkələrimiz arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, biz bir-birimizi strateji tərəfdaşlar adlandırırıq. Bu gün biz ikitərəfli münasibətlərin çox geniş gündəliyini nəzərdən keçirdik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirdik. Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur”.
Hazırda ticarət əlaqələrimiz yüksək templərlə inkişaf edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya respublikamızın qeyri-neft məhsullarının ixracı üzrə ilk yerdə dayanır. Azərbaycan ilə Rusiya arasında ticarətin yüksək templə artması strateji əməkdaşlığın mühüm göstəricisi olmaqla bərabər, dövlət başçımızın xarici iqtisadi əlaqələrinin genişləndirilməsinin, eyni zamanda, qeyri-neft ixracının stimullaşdırılması istiqamətində qəbul edilən bir sıra mühüm qərarların, ən başlıcası isə cənab İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən sistemli və ardıcıl layihələrin məntiqi nəticəsidir. Bu gün respublikamızla Rusiya arasında ticarətin dinamik inkişafı istiqamətində mühüm önəm daşıyan tədbirlər reallaşdırılır. Məsələn, Rusiyada ölkəmizin Ticarət Nümayəndəliyi, Həştərxanda Azərbaycan İş Mərkəzi, Yekaterinburq şəhərində Azərbaycan Şərab Evi, habelə Moskvada Azərbaycan məhsullarının geniş çeşiddə təqdim olunduğu “Azərbaycan nemətləri” mağazası fəaliyyət göstərir. Bütün bunlar isə hər iki ölkənin iş adamları arasında birbaşa ticarət əlaqələrinin genişlənməsini sürətləndirir.

Şəhla Eminova –əməkdar müəllim

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki