image-qanunla-reklam
image-bez-nazvaniya

Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır

image-lady-day-az

Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır.

Müasir müstəqil Azərbaycanın uğurlu inkişaf modeli, keçdiyi tərəqqi yolu və müxtəlif sahələrdə qazandığı zəngin təcrübə bu gün bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir.

Möhkəm təmələ əsaslanan iqtisadi dayaqların formalaşdırılması, təbii enerji resurslarından səmərəli istifadənin təmin olunması, “Neft kapitalının insan kapitalına” çevrilməsi, beynəlxalq müstəvidə tərəfdaşlıq münasibətlərinin qurulması, həmçinin müdafiə potensialının gücləndirilməsi, vətəndaşlara xidmət sahələrində Azərbaycanın əldə etdiyi zəngin təcrübə inkişaf etməkdə olan ölkələr üçün yaxşı nümunədir. Bu baxımdan Azərbaycan ilə əməkdaşlıq zəngin resursları və böyük potensialı olan Somali üçün mühüm önəm daşıyır.

Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana tarixi səfəri iki ölkə arasında münasibətlərdə yeni dövrün başlanğıcı hesab oluna bilər. İmzalanmış sənədlər də hər iki ölkənin əlaqələrini bir çox sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu nümayiş etdirir. Bu razılaşmalar perspektiv əməkdaşlıq üçün əsaslı zəmin yaradır.

Prezident cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, görüş çərçivəsində Somalidə sərmayə imkanlarının öyrənilməsi üzrə müzakirələr aparılıb. Azərbaycanın enerji sahəsi üzrə zəngin təcrübəsi, Somalinin bərpaolunan enerji potensialı qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açır. “Yaşıl enerji sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə praktiki fəaliyyətə başlanılacağını deməyə əsas verir. Əlbəttə ki, bu əməkdaşlıq enerji keçidi dövründə ölkəmiz üçün səmərəli nəticələr vəd edir.

Vətən müharibəsi və antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü, ölkəmizin müdafiə qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan müdafiə sənayesi sahəsində ciddi uğurlara imza atıb. Yerli istehsal müəssisələrində hazırlanan silah-sursat və texnikalar Vətən müharibəsi dövründə geniş istifadə edildi. Bu baxımdan, “Müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” müvafiq hərbi təlimlərin təşkili, müdafiə sənayesi məhsulları ilə təchizat və digər istiqamətlərdə əməkdaşlığı təmin edəcək.

Bu gün böyük qürurla deyə bilərik ki, Azərbaycanın “ASAN xidmət” brendi dünyanın müxtəlif ölkələrində uğurla tətbiq olunur. Dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsi, yeni və müasir yanaşmaların tətbiqi, sosial innovasiyalar üzrə reallaşdırılan layihələr bu nümunəvi modeli beynəlxalq təsisatlar və ölkələr üçün cəlbedici edir. Bu xüsusda, Somalidə “ASAN xidmət” təcrübəsinin tətbiqi iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək. “Təhsil sahəsində əməkdaşlıq haqqında Saziş isə Somalidən olan daha çox tələbəyə Azərbaycanın müasir infrastruktura malik ali təhsil müəssisələrində qabaqcıl təhsil proqramları əsasında təhsil almağa imkan yaradacaq. Azərbaycan-Somali əməkdaşlığının böyük perspektiv vəd etdiyini və qarşılıqlı faydalı əlaqələrin gələcəkdə daha fərqli sahələri əhatə edəcəkdir.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir.

Bu gün Azərbaycan özünün beynəlxalq və ikitərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir. Ölkəmizin artan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Afrika qitəsi ölkələri ilə yaxın təmasların qurulmasıdır. Somali Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı azərbaycanlı həmkarı cənab İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər. Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır.  Bu istiqamətdə Afrika dövlətlərinin Azərbaycanla münasibətlərin genişlənməsinə olan marağı artıb. Hazırda bu dövlətlər öz təbii sərvətlərini və insan resurslarını düzgün idarə edərək dünya iqtisadiyyatında mühüm aktorlara çevrilmək məqsədilə Azərbaycan kimi inkişafını uğurla həyata keçirən ölkələrin təcrübəsindən, xüsusilə enerji resursları modelindən yararlanmaq niyyətindədirlər. Son illər bu dövlətlərin rəsmilərinin ölkəmizə mütəmadi səfərləri, müxtəlif istiqamətlərdə fikir mübadilələri aparmaları da bir daha bundan xəbər verir. Qeyd olunanlar Afrika ölkələrinin inkişafına real töhfə verməklə yanaşı, ölkəmizin də beynəlxalq nüfuzunun artmasına şərait yaradır.
Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında bir sıra mühüm sənədlər imzalanıb. Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Prezident cənab İlham Əliyev  ikitərəfli münasibətlərin tarixində ilk olan bu tarixi səfərin ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını əminliklə vurğulayıb: “Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq” Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcəkdir. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də uzunmüddətli strateji tərəfdaşlığa zəmin olacaqdır.

Zərdab Rayon Həsən bəy Zərdabi Muzeyinin əməkdaşı Dilarə Hacızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki